Məhkəmə qərarları › İş №e-2(037)-14/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-14/2025

25.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-14/2025 25.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi tələbinə dair mülki işə 25 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən 2 nömrəli daşınmaz əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı şəhəri,A.Aslanov küçəsi (indiki Babək küçəsi) ünvanında yerləşən 2 nömrəli ev 3/6 hissədə mənim mülkiyyətindədir. Lakin həmin ev ümumi birgə paylı mülkiyyət olduğu üçün o həmin evin özünə məxsus olan hissəsi ilə bağlı istədiyi kimi sərəncam vermək hüququndan məhrum olmuşdur. Belə ki, cavabdeh ona qeyd edilən əmlakdan istifadə etməyə və qeyd edilən əmlakın ona məxsus olan hissəsi ilə bağlı ona sərəncam verməyə imkan vermir. Buna görə də o ümumi birgə mülkiyyətləri olan yuxarıda qeyd edilən daşınmaz əmlakda olan payının üzərində sərəncam vermək qərarına gəlmişdir. Bu məqsədlə qeyd edilən əmlaklarda olan payının cavabdeh tərəfindən satın alınması, bu mümkün olmadıqda isə satılaraq bölünməsi ilə bağlı cavabdehə təklif göndərmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh onun təkliflərinin heç birinə cavab verməmişdir. Buna görə də o, qeyd edilən daşınmaz əmlaka olan hüquqlarını təmin etmək üçün qeyd edilən ümumi birgə əmlakın satılaraq bölünməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Hesab edir ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən 2 nömrəli daşınmaz əmlak hərracdan satılmalı və satışdan əldə edilmiş pul məbləği paylarına münasib olaraq aralarında bölünməlidir. Ona görə də İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən 2 nömrəli daşınmaz əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 təmsil etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasına gəlməmiş,onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X3 təmsil etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında 0.06 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evində İddiaçı 3/6 hissədə payı müəyyən edilmiş, digər birgə mülkiyyətçilər Cavabdeh1 fərdi ev 1/6 hissə və torpaq 0.01 hektar, Cavabdeh2 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və Cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki Pasport” sənədinin mərtəbələr üzrə otaqlarının təsnifatı hissəsi ilə həmin “Texniki Paspoert” sənədinin tikintilərinin mərtəbələr üzrə planı hissəsi arasında uyğunsuzluq olduğundan mübahisə predmeti olan fərdi yaşayış evinin naturada real bölgü əsasında bərabər hissələrə bölünməsinin mümkün olub-olmaması barədə tədqiqat aparılmadığı qeyd edilmişdir.Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 01 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5324/2024 saylı və 25 avqust 2025-ci il tarixli, 3-21-3-42/2-4037/2025 saylı mütəxəssis rəylərinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evinin sərbəst girişinin yalnız bir hissədən olması və eyni zamanda İddiaçı sözügedən 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmaması səbəbindən fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada tərəflər arasında bölgü aparılması mümkün olmamışdır. Mütəxəssis rəyləri aydındır.Bölmək mümkün deyildir. Ancaq ekspert rəyi başa düşülən deyildir, natamam rəydir. Sübut kimi qəbul edilə bilməz. Daşınmaz əmlak 0.06 hektar torpaq sahəsində yerləşir və iki hissədən giriş çıxışı vardır. Mübahisəli əraziyə yerində baxış keçirilərsə bölünməsinin mümkün olması bilinər. Hasardan yol açmaq mümkündür.Fərdi yaşayış evi ya belə, yada belə bölünməlidir. Nümayəndəsi və vəkili olduğu tərəf Cavabdeh1 fərdi yaşayış evinin bölünməsinə və iddiaçının payına düşən hissədə yaşamasına və ya satmasına etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, mütəxəssis rəylərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evində İddiaçı 3/6 hissədə payı müəyyən edilmiş, digər birgə mülkiyyətçilər Cavabdeh1 fərdi ev 1/6 hissə və torpaq 0.01 hektar,Cavabdeh2 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və Cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, inventar nömrəsi 407-1/270 olan fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evi İddiaçı 3/6 hissə, Cavabdeh1 fərdi ev 1/6 hissə,torpaq 0.01 hektar,Cavabdeh2 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və Cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. "xxxx" MMC-nin 28 avqust 2024-cü il tarixli, QCM/A 004-033/24 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı və digərlərinin paylı mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanın 28 avqust 2024-cü il tarixinə dəyəri torpaq sahəsi: 28000 manat və fərdi yaşayış evi: 51300 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli, №3-16-16/2-10/6724/2024 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki Pasport” sənədinin mərtəbələr üzrə otaqlarının təsnifatı hissəsi ilə həmin “Texniki Paspoert” sənədinin tikintilərinin mərtəbələr üzrə planı hissəsi arasında uyğunsuzluq olduğundan mübahisə predmeti olan fərdi yaşayış evinin naturada real bölgü əsasında bərabər hissələrə bölünməsinin mümkün olub-olmaması barədə tədqiqat aparılmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 01 oktyabr 2024-cü il tarixli, 3-21-3- 42/2-5324/2024 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün mütəxəssislər İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə və daxilində yerləşən fərdi yaşayış evinə və köməkçi tikiliyə baxış keçirmişlər və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********02-10301 reyestr nömrəli 407-1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), Cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi,torpaq 0.01 hektar), Cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və Cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evi və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada tərəflər arasında bölgü aparılması mümkün deyildir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 avqust 2025-ci il tarixli, 3-21-3- 42/2-4037/2025 saylı mütəxəssis rəyindən görünür ki, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı çəlum olmuşdur ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən 2 nömrəli daşınmaz əmlakla bağlı verilmiş 01 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyi verilərkən fərdi yaşayış evinin iki tərəf (İddiaçı və digər 3 mülkiyyətçinin eyni bir tərəf və ya bir şəxs kimi nəzərə alınmaqla) arasında paylara münasib olaraq bölgüsünü, fərdi yaşayış evinin bütün mülkiyyətçilər arasında paylarına münasib olaraq bölgüsünü və fərdi yaşayış evinin üzərində yerləşdiyi və həyətyanı torpaq sahəsində iddiaçının, yəni İddiaçı payının olmamasını nəzərə alınaraq rəy verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********02-10301 reyestr nömrəli 407-1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), Cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi,torpaq 0.01 hektar), Cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və Cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evinin naturada (tikilinin faktiki vəziyyəti üzrə) bölünməsi fərdi yaşayış evinin sərbəst girişinin yalnız bir hissədən olması və eyni zamanda İddiaçı sözügedən 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmamsı səbəbindən (0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığına görə yola çıxışın mümkünsüz olmasından) və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada fərdi yaşayış evinin tərəflər arasında bölgü aparılması mümkün deyildir. xx.xx.2024-cü il tarixli, hökümət ödəniş portalında və ya Asanpay vasitəsilə ödənilmiş qəbzin nömrəsi ********** olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən İsmayıllı Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evində İddiaçı 3/6 hissədə payı müəyyən edilmiş, digər birgə mülkiyyətçilər Cavabdeh1 fərdi ev 1/6 hissə və torpaq 0.01 hektar, Cavabdeh2 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və Cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, inventar nömrəsi 407-1/270 olan fərdi yaşayış evinə dair texniki pasporta əsasən İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evi İddiaçı 3/6 hissə, Cavabdeh1 fərdi ev 1/6 hissə,torpaq 0.01 hektar,Cavabdeh2 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və Cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. "xxxx" MMC-nin 28 avqust 2024-cü il tarixli, QCM/A 004-033/24 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı və digərlərinin paylı mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanın 28 avqust 2024-cü il tarixinə dəyəri torpaq sahəsi 28000 manat və fərdi yaşayış evi 51300 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli, №3-16-16/2-10/6724/2024 saylı ekspert rəyinə əsasən mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki Pasport” sənədinin mərtəbələr üzrə otaqlarının təsnifatı hissəsi ilə həmin “Texniki Paspoert” sənədinin tikintilərinin mərtəbələr üzrə planı hissəsi arasında uyğunsuzluq olduğundan mübahisə predmeti olan fərdi yaşayış evinin naturada real bölgü əsasında bərabər hissələrə bölünməsinin mümkün olub-olmaması barədə tədqiqat aparılmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 01 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5324/2024 saylı mütəxəssis rəyində əsasən işin araşdırılması üçün mütəxəssislər İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə və daxilində yerləşən fərdi yaşayış evinə və köməkçi tikiliyə baxış keçirmişlər və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********02- 10301 reyestr nömrəli 407-1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), Cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi,torpaq 0.01 hektar), Cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və Cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evi və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada tərəflər arasında bölgü aparılması mümkün deyildir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 avqust 2025-ci il tarixli, 3-21-3- 42/2-4037/2025 saylı mütəxəssis rəyinə əsasən kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən 2 nömrəli daşınmaz əmlakla bağlı verilmiş 01 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyi verilərkən fərdi yaşayış evinin iki tərəf (İddiaçı və digər 3 mülkiyyətçinin eyni bir tərəf və ya bir şəxs kimi nəzərə alınmaqla) arasında paylara münasib olaraq bölgüsünü, fərdi yaşayış evinin bütün mülkiyyətçilər arasında paylarına münasib olaraq bölgüsünü və fərdi yaşayış evinin üzərində yerləşdiyi və həyətyanı torpaq sahəsində iddiaçının, yəni İddiaçı payının olmamasını nəzərə alınaraq rəy verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********02-10301 reyestr nömrəli 407-1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), Cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar), Cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və Cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evinin naturada (tikilinin faktiki vəziyyəti üzrə) bölünməsi fərdi yaşayış evinin sərbəst girişinin yalnız bir hissədən olması və eyni zamanda İddiaçı sözügedən 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmamsı səbəbindən (0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığına görə yola çıxışın mümkünsüz olmasından) və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada fərdi yaşayış evinin tərəflər arasında bölgü aparılması mümkün deyildir.İddiaçı nümayəndəsi və vəkili Kərimov X2 şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən 2 nömrəli daşınmaz əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili X3 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən onların iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır.Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs,cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmeti olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evində İddiaçı 3/6 hissədə payı müəyyən edilmiş, digər birgə mülkiyyətçilər Cavabdeh1 fərdi ev 1/6 hissə və torpaq 0.01 hektar, Cavabdeh2 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və Cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. "xxxx" MMC-nin 28 avqust 2024-cü il tarixli, QCM/A 004-033/24 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı və digərlərinin paylı mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanın 28 avqust 2024-cü il tarixinə dəyəri torpaq sahəsi 28000 manat və fərdi yaşayış evi 51300 manat təşkil edir. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinin naturada birgə mülkiyyətçilər arasında real bölgü əsasında bölünməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğular göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli, №3-16-16/2-10/6724/2024 saylı ekspert rəyinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 01 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2- 5324/2024 saylı və 25 avqust 2025-ci il tarixli, 3-21-3-42/2-4037/2025 saylı mütəxəssis rəylərinə əsasən mübahisə predmeti olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sərbəst girişinin yalnız bir hissədən olması və eyni zamanda İddiaçı sözügedən 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmaması səbəbindən (0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığına görə yola çıxışın mümkünsüz olmasından) və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada fərdi yaşayış evinin tərəflər arasında bölgü aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə mübahisə predmeti olan fərdi yaşayış evinin naturada mülkiyyətçilər arasında real bölgüsü mümkün olmadığından həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin mülkiyyətçilər arasında paylarına uyğun bölünməsini və fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 51300 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********02- 10301 olan xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri,A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə edilmiş pul məbləği mülkiyyətçilər arasında paylarına uyğun bölünməli və İsmayıllı şəhəri,A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 51300 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********02-10301 olan xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri,A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul məbləği mülkiyyətçilər arasında paylarına uyğun bölünsün. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********02-10301 olan xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri,A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 51300 manat məbləğində müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar