Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-208/2024 15.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 15 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən ziyanın ödənilməsi üçün zərərin yarısı 7300 manat və ödənilmiş 93 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 sentyabr 2023-cü il tarixində təxminən saat 17:45 radələrində A.M.Şərifzadə küçəsində ona məxsus “KİA Sportage” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili park halında olduğu halda cavabdeh idarə etdiyi “Mercedes Benz 200” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol qaydalarını kobud şəkildə pozaraq digər bir şəxs X1 idarə etdiyi “BMW” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq ona məxsus avtomobilə çırpılaraq tam yararsız hala salaraq yol qəzası törətmişdir. Yasamal Rayon DYPŞ-nın 06 sentyabr 2023-cü il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi və X2 isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Qəza nəticəsində ona məxsus “KİA Sportage” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 18654 manat məbləğində ziyan vurulmuşdur. Zərərin 4050 manatını sığorta tərəfindən ödənilmiş və 14604 manat zərər qalmışdır. Cavabdeh və Əli Yusifov vurulmuş zərərin əvəzini ödəməkdən imtina edirlər. Cavabdehdən ziyanın ödənilməsi üçün zərərin yarısı 7300 manat və ödənilmiş 93 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək Bakı şəhərində yaşadığından məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ona görə də məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili/nümayəndəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə cavabdeh və vəkili/nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. Bakı şəhəri Yasamal rayon DYPŞ-nın 06 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətlərindən görünür ki, Cavabdeh barəsində İXM-nin 327.2-ci maddəsi ilə, X2 barəsində isə İXM-nin 327.2 və 332.1-ci maddələri ilə inzibati protokollar tərtib edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli hesabatdın surətindən görünür ki, “KİA Sportage” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 18654,20 manat məbləğində müəyyən edilmişdir. 06 noyabr 2023-cü il tarixli ********** və ********** nömrəli mədaxil qəbzlərinin surətlərindən görünür ki, 4050 manat məbləğində sığorta ödənişi olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli 3-16-16/2-8/707-9/1837 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan məlumatlara əsasən, nəzəri hesablama yolu ilə, təmiri rentabelli hesab edilməyən, qəzadan sonra təxminən avtomobilin ümumi dəyərinin 20% həcmində hissələrinin salamat qalması nəzərə alınmaqla 2008-ci il buraxılışlı “KİA Sportage” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 13200 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. 26 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 94 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 05 sentyabr 2023-cü il tarixində təxminən saat 17:45 radələrində A.M.Şərifzadə küçəsində iddiaçıya məxsus “KİA Sportage” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili park halında olduğu halda cavabdeh idarə etdiyi “Mercedes Benz 200” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol qaydalarını kobud şəkildə pozaraq digər bir şəxs X1 idarə etdiyi “BMW” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq iddiaçıya məxsus avtomobilə çırpılmış və nəticədə yol qəzası törətmişdir. Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən 06 sentyabr 2023-cü il tarixdə cavabdeh barəsində İXMnin 327.2-ci maddəsi ilə, X2 barəsində isə İXM-nin 327.2 və 332.1-ci maddələri ilə inzibati protokollar tərtib edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli hesabata əsasən “KİA Sportage” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 18654,20 manat məbləğində müəyyən edilmişdir. Sığorta tərəfindən zərərin 4050 manatı ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli 3-16-16/2-8/707-9/1837 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan məlumatlara əsasən, nəzəri hesablama yolu ilə, təmiri rentabelli hesab edilməyən, qəzadan sonra təxminən avtomobilin ümumi dəyərinin 20% həcmində hissələrinin salamat qalması nəzərə alınmaqla 2008-ci il buraxılışlı “KİA Sportage” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 13200 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən ziyanın ödənilməsi üçün zərərin yarısı 7300 manat və ödənilmiş 93 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh və vəkili/nümayəndəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh idarə etdiyi “Mercedes Benz 200” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə digər bir şəxs X1 idarə etdiyi “BMW” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq iddiaçıya məxsus “KİA Sportage” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə çırpıldığıdan, cavabdeh və digər şəxs Əli Yusifov birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən də cavabdeh iddiaçıya məxsus avtomobilə dəymiş zərərin yarı hissəsini ödəməlidir. Məhkəmə ekspert rəyinə əsaslanaraq “KİA Sportage” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini 13200 manat qəbul edir. Sığorta tərəfindən həmin məbləğin 4050 manatı iddiaçıya ödənilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi avtomobilə dəymiş ziyana görə tələb olunan 7300 manat hissəsində qismən – 4575 (13200-4050/2=4575) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 4575 manatdır. Ona görə də cavabdehdən həmin məbləğə uyğun olaraq 65,75 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 28,25 manatı iddiaçının özünə aid edilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən iddiaçıdan 75 (yetmiş beş) manat, cavabdehdən 75 (yetmiş beş) manat, ümumilikdə 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4575 manat zərərin əvəzi və 65,75 manat ödənilmiş dövlət rüsumu – cəmi 4640 (dörd min altı yüz qırx) manat 75 (yetmiş beş) qəpik tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 28,25 manatı iddiaçının özünə aid edilsin. İddiaçı 75 (yetmiş beş) manat, Cavabdeh 75 (yetmiş beş) manat, ümumilikdə 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-208/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-208/2024
15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver