Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-315/2025 21.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X2” X6 Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair mülki işə 21 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X2” PHŞ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/06901 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40 sm x 60 sm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L),1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü:BFE WG-6D),1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66 sm x 40 sm x 14 sm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə,200 sm x 69 sm x 123 sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9 KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masasının (metal, paslanmayan polad, 120 sm x 60 sm x 80 sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra-Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair”xx.xx.2022-ci il tarixli 2022/ÖM/06901 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cmx60cm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66 sm x 40 sm x 14 sm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200 sm x 69 sm x 123 sm,yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq), 1 ədəd iş masası (metal, paslanmayan polad, 120 sm x 60 sm x 80 sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli aktla vətəndaş Cavabdeh ““Un məmulatı istehsalı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən,özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2024-ci il 27 mart tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cmx60cm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cm x 40cm x 14cm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200 sm x 69 sm x 123 sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq), 1 ədəd iş masası (metal, paslanmayan polad, 120sm x 60sm x 80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) aşkar edilməmişdir. Cavabdeh aktivləri satdığını bildirmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-S-54897/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizələri təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cm x 60cm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cm x 40cm x 14cm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200sm x 69sm x 123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq), 1 ədəd iş masası (metal, paslanmayan polad, 120sm x 60sm x 80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyriformal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Qeyd edilməlidir ki, həm “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında yuxarıda qeyd edilən münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilən şəxslərə bu aktivlər 1 (bir) il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər.Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur.Qeyd edilməlidir ki, özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda, həm də Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020ci il 17 dekabr tarixli 239 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Məsələ ilə əlaqədar əlavə olaraq qeyd olunmalıdır ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Ona görə də cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/06901 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cm x 60cm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cm x 40cm x 14cm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200 sm x 69sm x 123 sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masasının (metal, paslanmayan polad, 120sm x 60sm x 80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “X2” X6 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Diyallı kəndində yaşayır. Özünüməşğulluq proqramı çərçivəsində onunla X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/06901 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən ona “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası,1 ədəd mikser, 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli, 1 ədəd xəmir topları üçün qablar, 1 ədəd soyuducu (virtin), 1 ədəd elektron tərəzi 40 kq və 1 ədəd iş masası natura şəklində ona təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2024-ci il 27 mart tarixli yekun monitorinq aktına əsasən ona verilmiş “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası, 1 ədəd mikser, 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli, 1 ədəd xəmir topları üçün qablar, 1 ədəd soyuducu (virtin), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masası aşkar edilməmişdir. Onun maddi imkanı yaxşı deyildir. Belə ki, o həmin avadanlıqları maddi imkanını yaxşılaşdırmaq məqsədi ilə götürmüşdür. Ancaq bilmədən həmin avadanlıqları satmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 avqust 2022-ci il tarixli, №ÖM/06901 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24cü maddəsinə uyğun olaraq,özünüməşğulluğun təşkili üçün natura şəklində material,avadanlıq və digər istifadəyə verilən aktivlərin geri qaytarılmasının özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 avqust 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən Cavabdeh “Un məmulatları istehsalı” zərfi çərçivəsində 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası,1 ədəd mikser,1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli, 1 ədəd xəmir topları üçün qablar, 1 ədəd soyuducu (virtin), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masası verilmiş, Cavabdeh həmin istifadəyə verilən aktivləri təhvil almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialı tərəfindən Cavabdeh ünvanlanmış 05 noyabr 2024-cü il tarixli, 3-17-2/2-S-54897/2024 nömrəli məktubdan görünür ki, Cavabdeh ilə özünüməşğulluğunu təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixli №06901 nömrəli müqavilə bağlanılaraq “Un məmulatları istehsalı” zərfi çərçivəsində əmlak təqdim edilmişdir. “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 24.1.5-ci bəndinə uyğun olaraq monitorinq zamanı sizə verilmiş istifadəyə verilən aktivlərin geri qaytarılmasıdan sözügedən müqavilənin 3.2-ci bəndinin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyi (özgəninkiləşdirdiyi) aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən verilmiş istifadəyə verilən aktivlərin geri qaytarılması məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarmağı, bu mümkün olmadıqda isə həmin istifadəyə verilən aktivlərin geri qaytarılmasının dəyərini bu məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanaraq Agentliyin xəzinə hesabına (əlavə olunur) pul vəsaiti şəklində köçürməyi tələb olunmuşdur. Əks təqdirdə sözügedən Qaydanın 9.2-ci bəndinə və onunla bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 mart 2024-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi aktından görünür ki, İsmayıllı rayonu, Diyallı kəndində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh “Un məmulatları istehsalı” zərfi çərçivəsində 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası,1 ədəd mikser,1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli, 1 ədəd xəmir topları üçün qablar, 1 ədəd soyuducu (virtin), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masası verilmişdir. Yoxlama zamanı 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası,1 ədəd mikser,1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli, 1 ədəd xəmir topları üçün qablar, 1 ədəd soyuducu (virtin), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masası aşkar edilməmişdir. Vətəndaş Cavabdeh “Un məmulatları istehsalı” zərfi çərçivəsində verilən avadanlıqları bilmədən satdığını bildirmişdir. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı “X2” PHŞ tərəfindən xx.xx.2022-ci il tarixli, 2022/ÖM/06901 nömrəli “Özünü məşğulluğa kömək göstərilməsinə dair” müqaviləyə əsasən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası,1 ədəd mikser, 1 ədəd fermentasiya kabinəsi 6 mərtəbəli, 1 ədəd xəmir topları üçün qablar,1 ədəd soyuducu (virtin),1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masası natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh “X2” PHŞ tərəfindən özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən ona natura şəklində verilmiş 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası,1 ədəd mikser, 1 ədəd fermentasiya kabinəsi 6 mərtəbəli, 1 ədəd xəmir topları üçün qablar,1 ədəd soyuducu (virtin),1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masasını satmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, “X2” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili,işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, iş axtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin,habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi,bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra-müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqini aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən,Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda,özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən isə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115.1-ci maddəsində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək,zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.Belə ki,işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası,1 ədəd fermentasiya kabinəsi 6 mərtəbəli, 1 ədəd xəmir topları üçün qablar, 1 ədəd soyuducu (virtin), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masası vermiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə riayət etməyərək heç bir əsas olmadan özünün deməsinə görə həmin avadanlıqları bilmədən satmışdır. Məhkəmə iclası zamanı sədrlik edən tərəfindən iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmışdır ki, bildirirsiniz ki, 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası,1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli,1 ədəd xəmir topları üçün qablar, 1 ədəd soyuducu (virtin), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masasının hamısı cavabdeh tərəfindən satılıbdır. Belə olduğu halda avadanlıqlar olmadıqda həmin avadanlıqların dəyərini tələb etmək istəmirsinizmi soruşulmuşdur. İddiaçı isə avadanlıqların yalnız natura şəklində qaytarılmasına dair Agentlikdən göstərişin olduğunu bildirmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2022/ÖM/06901 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü:L*W*H (mm) 835*770*575/, 220V/50HZ,tava ölçüsü:40smx60sm,BFE ESD-8A),1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L),1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D),1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66 sm x 40 sm x 14 sm BFE Ü-17B),1 ədəd soyuducu (virtin) (şüşə, 200 sm x 69 sm x 123 sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masası (metal, paslanmayan polad, 120 sm x 60 sm x 80 sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub,üst səthi düz,biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) alınaraq natura şəklində “X2” X4ytarılmalıdır. Göründüyü kimi iddia qiymətləndirilməyən iddiadır və buna görə qanunvericilikdə 100 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı belə bir rüsumu ödəməkdən azad olunduğundan, həmçinin iddia təmin edildiyindən həmin qiymətləndirilməyən iddia üçün ödənilməli olan 100 manat rüsum cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş,iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu, Diyallı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1971-ci ildə anadan olmuş Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli,2022/ÖM/06901 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40sm x 60sm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG- 6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66 sm x 40 sm x 14 sm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200 sm x 69 sm x 123 sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masası (metal, paslanmayan polad, 120 sm x 60 sm x 80 sm, paslanmayan poladdan hazırlanmış,fırçalanmış,mətbəx MDF panelleri ilə təchiz olunub,üst səthi düz, biri rəfin altındadır,38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) alınaraq natura şəklində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X2” X4ytarılsın. Cavabdeh qiymətləndirilməyən iddianın qiyməti olan 100 manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-315/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-315/2025
21.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver