Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-546/2023 31.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Cavabdeh Mı̇ kayıl oğlunun iştirakı ilə İddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Mı̇ kayıl oğluna qarşı əldən çıxmış faydaya görə ziyanın ödənilməsi tələbinə dair mülki işə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-yə əldən çıxmış faydaya görə dəymiş 19050 manat məbləğində maddi ziyanın Cavabdeh tutularaq İddiaçı BOKT MMCnin xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə ərizə göndərərək, cavabdehlə razılığa gəlindiyindən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Mı̇ kayıl oğlu məhkəmə iclasında iddiaçı bankla aralarında razılıq əldə olunduğunu bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsini geri götürməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, ərizə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 147.50 (bir yüz qırx yeddi manat, əlli qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Mı̇ kayıl oğluna qarşı əldən çıxmış faydaya görə ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 147.50 (bir yüz qırx yeddi manat, əlli qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-546/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-546/2023
31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver