Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-574/2020 28.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Vəlı̇ yev Amı̇ d Xanlar oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Vəlı̇ yev Amı̇ d Xanlar oğlundan (bundan sonra cavabdeh) 750 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumu - cəmi 780,40 manat məbləğinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx xxxxxx 2017-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx xxxxxx 2018-ci il tarixdə cavabdeh idarə etdiyi “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmiş və bununla bağlı Dövlət Yol Polisi əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “Mercedes Benz C180” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 750 manat məbləğində müəyyən edilmişdir. İddiaçının xx xxxxxx 2018-ci il tarixli sığorta aktına əsasən “Mercedes Benz C180” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 750 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İddiaçı cavabdehdən 750 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumu - cəmi 780,40 manat məbləğinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə o, idarə etdiyi “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı tərəfindən baş vermiş hadisə nəticəsində “Mercedes Benz C180” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat zərər dəydiyi bildirilsə də, o, hesab edir ki, həmin məbləğ yüksək hesablanmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxx 2015-ci il tarixdə verilmiş nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil Vəlı̇ yev Amı̇ d Xanlar oğluna məxsusdur. xx xxxxxx 2017-ci il tarixli, PPA********** nömrəli icbari sığorta müqaviləsinin surətindən müəyyən edilir ki, “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. Bakı şəhəri Binəqədi DYPŞ-nin xx xxxxxx 2018-ci il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokolunun və TP ******* nömrəli qərarının surətlərindən müəyyən edilir ki, Vəlı̇ yev Amı̇ d Xanlar oğlu barəsində İXM-nin 327.6-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Amid Vəlı̇ yev İXM-nin 327.6-cı maddəsinə əsasən 100 manat cərimə edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, 72814 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 750 manat məbləğində zərər dəymişdir. xx xxxxxx 2018-ci il tarixli plastik kartların təhvil-təslim aktının surətindən müəyyən edilir ki, xx xxxxxx 2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış “Mercedes Benz C180” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə iddiaçı tərəfindən 750 manat sığorta ödənişinin alınması üçün 1100 0000 0029 4337 nömrəli plastik kart X1 təhvil verilmişdir. xx xxxxxx 2018-ci il tarixli sığorta aktının surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən sığortalanmış “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C180” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə baş vermiş hadisəyə görə sığorta ödənişinin məbləği ümumilkdə 750 manat müəyyən edilmiş və həmin məbləğ etibarnamə əsasında X1 təqdim olunan 1100 0000 0029 4337 nömrəli karta köçürülmüşdür. xx xxxxxx 2018-ci il tarixli, 4225/1 nömrəli məktubun surətindən müəyyən edilir ki, iddiaçının ödədiyi 750 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmişdir. İddia ərizəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən daxil olduğundan xx xxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4394 nömrəli ekspert rəyindən müəyyən edilir ki, “Mercedes Benz C180” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 750 manat məbləğində zərər dəymişdir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx xxxxxx 2018-ci il tarixdə cavabdeh idarə etdiyi “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bakı şəhəri Binəqədi DYPŞ-nin xx xxxxxx 2018-ci il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokolu və TP ******* nömrəli qərarına əsasən cavabdeh barəsində İXM-nin 327.6-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin maddəyə əsasən 100 manat cərimə edilmişdir. xx xxxxxx 2018-ci il tarixli sığorta aktına əsasən baş vermiş hadisəyə görə sığorta ödənişinin məbləği ümumilkdə 750 manat müəyyən edilmiş və həmin məbləğ etibarnamə əsasında X1 təqdim olunan 1100 0000 0029 4337 nömrəli karta köçürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4394 nömrəli ekspert rəyinə əsasən “Mercedes Benz C180” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 750 manat məbləğində zərər dəymişdir. İddiaçının ödədiyi sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı 750 manat məbləğində sığorta ödənişini və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 780,40 manat məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, “Mercedes Benz C180” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat zərər məbləğinin yüksək hesablandığını bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. xx xxxxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq iddiaçı tərəfindən X1 ödənilmiş 750 manat sığorta məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləği Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cavabdehdən 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Vəlı̇ yev Amı̇ d Xanlar oğlundan 750 manat sığorta ödənişi, 30,40 manat ödənilmiş rüsum məbləği – cəmi 780,40 (yeddi yüz səksən) manat 40 qəpik tutularaq iddiaçı "xxxx" Açiq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. Cavabdeh Vəlı̇ yev Amı̇ d Xanlar oğlundan 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-574/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-574/2020
28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver