Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-749/2023 08.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Ərizəçilər İddiaçı3, İddiaçı2, X10 və X1 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsini İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: Ərizəçilər İddiaçı3, İddiaçı2, X10 və X8 ərizə ilə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə 0,12 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında KOD-40726038, JN-027F saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın “X9” (aktda X4 göstərilmiş), X11 (aktda X5 göstərilmiş), İddiaçı2 (aktda X6 göstərilmiş), X10 (aktda X7 göstərilmiş) və X3 (aktda X2 göstərilmiş) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərdən, mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ərizəçilər Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçilər aidiyyət qaydalarına riayət etmədən məhkəməyə müraciət etdiklərindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçilərə izah edilir ki, ərizənin qaytarılması qərardadda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyatı üzrə məhkəməyə müraciət etmələrinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: Ərizəçilər İddiaçı3, İddiaçı2, X10 və X8 tərəfindən verilmiş hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. 07 iyun 2023-cü il tarixdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı2 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-749/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-749/2023
08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver