Məhkəmə qərarları › İş №e-2(037)-794/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-794/2024

27.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-794/2024 27.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdehlər İsmayıllı rayon İcra və Probasiya şöbəsi,"xxxx" ASC,İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı icra və probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayətin verilməsi və xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişə əsasən keçirilmiş hərracın yekun protokolunun və həmin protokol əsasında bankın adına verilmiş **********82-10301 saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər İsmayıllı rayon İcra və Probasiya şöbəsi, "xxxx" ASC, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı icra və probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayətin verilməsi və xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişə əsasən keçirilmiş hərracın yekun protokolunun və həmin protokol əsasında bankın adına verilmiş **********82-10301 saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki,iddiaçının cavabdeh kimi göstərdiyi hüquqi şəxslərin (İsmayıllı rayon İcra və Probasiya şöbəsindən başqa) ünvanı Bakı şəhəri və Qəbələ rayonudur. Belə ki, iddiaçı hazırkı tələblə keçirilmiş hərracın yekun protokolunun (hərracı keçirmiş Bakı Hərrac Mərkəzi) və həmin protokol əsasında bankın (Xalq Bank ASC) adına verilmiş çıxarışın (çıxarışı vermiş orqan (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda icra məmurunun hərəkətlərindən şikayəti də əlavə edərək İsmayıllı rayon icra və probasiya şöbəsini cavabdeh qismində qeyd etmişdir. Məhkəmə qeyd edir ki, keçirilmiş hərracın yekun protokolunun və həmin protokol əsasında bankın adına verilmiş çıxarışın ləğv edilməsi tələbi üzrə İsmayıllı rayon İcra və probasiya şöbəsi cavabdeh qismində çıxış etmir, o sözügedən tələbə cavab verən şəxs deyil, yalnız üçüncü şəxs qismində verilə bilər, eyni zamanda icra məmurunun hərəkətlərindən şikayətə məhkəmə icraatında 8 indeksi ilə yəni, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılır və sözügedən tələb hazırki tələblə birlikdə verilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarını tənzimləyən 35-ci maddəsində iddianın məhz cavabdehin rəsmi qeydə alındığı və hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsi göstərilməklə bu halı üçüncü şəxslərə şamil etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı sözügedən iddia tələbi ilə cavabdehin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçının hazırki mülki iş üzrə - İsmayıllı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər İsmayıllı rayon İcra və Probasiya şöbəsi, "xxxx" ASC, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı icra və probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayətin verilməsi və xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişə əsasən keçirilmiş hərracın yekun protokolunun və həmin protokol əsasında bankın adına verilmiş **********82-10301 saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar