Məhkəmə qərarları › İş №e-2(037)-91/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-91/2025

14.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-91/2025 14.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə 14 may 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı şəhəri, H.Əliyev prospekti, 209 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsində (əmlak kompleksində) qanunsuz yaşayan cavabdehlər Cavabdeh6, Cavabdeh3 (yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə), Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 (və sonuncuların yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birlikdə) qeyd olunan qeyri-yaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti, 209 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (əmlak kompleksi) xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsinə iddiaçının adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən xüsusimülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmin əmlak kompleksi torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış sahələrindən ibarətdir və əmlak kompleksinə aid qeyri-yaşayış sahəsinin bir hissəsi bir neçə ildir ki, cavabdehlər Cavabdeh6, Cavabdeh3 (yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə), Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 (və sonuncuların yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1) (bundan sonra cavabdehlər) tərəfindən qanunsuz zəbt edilməklə, yaşayış sahəsi kimi istifadə olunur. Həmin cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan əmlak kompleksindən hər hansı formada istifadə etmələri üçün onun tərəfindən hər hansı bir formada razılıq verilməmişdir. Əmlak kompleksindən qanunsuz istifadə edən cavabdehlərdən əmlak kompleksini boşaltmaları tələb edilsə də tələbinə əməl edilməmiş və cavabdehlər əmlak kompleksindən qanunsuz istifadə etməkdə davam edirlər. Odur ki, qeyd olunan cavabdehlər məhkəmə qətnaməsi əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılmalıdır. İsmayıllı şəhəri, H.Əliyev prospekti, 209 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsində (əmlak kompleksində) qanunsuz yaşayan cavabdehlər Cavabdeh6, Cavabdeh3 (yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə), Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 (və sonuncuların yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birlikdə) qeyd olunan qeyri-yaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu vəkili/nümayəndəsi Nümayəndə təmsil etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının vəkili/nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh6 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, 1992-ci ildə əri ilə birlikdə Göyçay rayonundan İsmayıllı şəhəri, H.Əliyev prospekti, 209 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gəlmişdir. Həmin yeri onlara oranın müdiri vermişdir. O, 31 ildir ki, orada yaşayır. Həmin yaşadıqları binanı özləri tikmişlər. Əri orada işləmiş və ona görə də onun əmlakı payı vardır. İddiaçı ona həmin torpaq sahəsindən çıxarılması müqabilində heç bir pul təklifi etməmişdir. İddiaçı ona ev və ya pul verərsə əgər o, həmin torpaq sahəsindən çıxacaqdır. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdeh5 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, Ağdam rayonundan məcburi köçkün olmaqla qeyd olunan yaşayış sahəsinə gəlmişdir. Uzun müddətdir ki, həmin yaşayış sahəsində yaşayır. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. İddiaçı onu yaşayış yeri ilə təmin etdiyi təqdirdə həmin yaşayış sahəsindən çıxacaqdır. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdeh4 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, qeyd olunan yaşayış sahəsinə gəlin gəlmişdir. Uzun müddətdir ki, həmin yaşayış sahəsində yaşayır. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. İddiaçı onu yaşayış yeri ilə təmin etdiyi təqdirdə həmin yaşayış sahəsindən çıxacaqdır. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarında olan: 26 avqust 2020-ci il tarixli 11 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin rəis müavini cənab X3 şəxsində Məmmədov X6 şəhəri, H.Əliyev prospekti, 2 ünvanında yerləşən 45 saylı Təmir Tikinti Sahəsi (ümumi faydalı sahəsi - 555,1 kv.metr) və 5432,8 kv.metr torpaq sahəsini hərracdan satış qiyməti ilə 45000 manata satın almışdır. 16 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və həmin tarixli 407- 1/4716 inventar nömrəli texniki pasportun surətlərindən görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti, 209 ünvanında yerləşən 0,543280 hektar torpaq sahəsi üzərində ümumi sahəsi 555,1 kvadratmetr olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 11 mart 2025-ci il tarixli, 3-21-3-42/2-1226/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr məlumatlarına əsasən qeyd olunan şəxslərin - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. 23 noyabr 2024-cü il tarixli, **********45 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 26 avqust 2020-ci il tarixli 11 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin rəis müavini cənab X3 şəxsində Məmmədov X6 şəhəri, H.Əliyev prospekti, 2 ünvanında yerləşən 45 saylı Təmir Tikinti Sahəsi (ümumi faydalı sahəsi - 555,1 kv.metr) və 5432,8 kv.metr torpaq sahəsini hərracdan satış qiyməti ilə 45000 manata satın almışdır. 16 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa və həmin tarixli 407-1/4716 inventar nömrəli texniki pasporta əsasən İsmayıllı şəhəri, H.Əliyev prospekti, 209 ünvanında yerləşən 0,543280 hektar torpaq sahəsi üzərində ümumi sahəsi 555,1 kvadratmetr olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi 11 mart 2025-ci il tarixli, 3- 21-3-42/2-1226/2025 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr məlumatlarına əsasən qeyd olunan şəxslərin - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşin halları ilə müəyyən edilir ki, cavabdehlərin başqa ünvanda yaşayış sahəsi olmadığına görə İsmayıllı şəhəri, H.Əliyev prospekti, 29 ünvanda yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışlar. İddiaçı cavabdehlərin həmin qeyri-yaşayış sahəsində qeyriqanuni məskunlaşdıqlarını bildirir və ona görə də həmin qeyri-yaşayış sahəsindən çıxarılmalarını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunmalıdır ki, cavabdehlərin məskunlaşıb yaşadıqları yer iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi olmasına baxmayaraq "mənzil" sayılır və bu halda iddia tələbinin həlli yalnız Mülki Məcəllənin 152 və 157-ci maddələrinin deyil, həm də Konvensiyanın 8-ci maddəsinin məqsədlər baxımından həll edilməlidir. Belə ki, Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna görə Konvensiyanın 8-ci maddəsinin məqsədləri baxımından "mənzil" anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır və hər bir halda ayrıayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan "mənzil" anlayışına uyğun olub-olmaması, davamlı əlaqələrin faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və mövcudluğundan asılı olaraq qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli sahədən cavabdehlərin çıxarılması barədə iddia Konstitusiyanın 71-ci maddəsinin İİ və İİİ hissələrində, habelə Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş mənzil hüququnun məhdudlaşdırılması üçün əsaslar baxımından təhlil edilməlidir. Digər hüquqlar kimi mənzil hüququnun məhdudlaşdırılması üçün iki şərtə əməl olunması zəruridir: 1. Fərdin mənzil toxunulmazlığına hörmət edilməsi hüququna hər hansı daxilə qanunla nəzərdə tutulmuş olmalıdır; 2. Müdaxilə "demokratik cəmiyyətdə zəruri” hesab edilməlidir. İş üzrə cavabdehlərin məskunlaşdıqları yer iddiaçının mülkiyyətində olduğuna görə iddianın təmin edilməsi üçün Mülki Məcəllənin 152 və 157-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcuddur və cavabdehlərin çıxarılması qanuna uyğundur. Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqa konkret müdaxilənin "demokratik cəmiyyətdə zəruri” olub-olmadığının müəyyən edilməsi ilə bağlı Avropa Məhkəməsi digər qərarlarında "zərurilik” tələbinə əlavə aydınlıq gətirərək bildirib ki, 8-ci maddənin məqsədləri üçün "zəruri” anlayışı o deməkdir ki, müdaxilə "təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməli və xüsusən qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmalıdır. Müdaxilənin zəruri olub-olmadığını müəyyənləşdirərkən məhkəmə dövlət hakimiyyəti orqanlarına verilməli olan qiymətləndirmə sərbəstliyinin hüdudlarını nəzərdən keçirir, müdaxilə üçün əsas təşkil edən "təxirəsalınmaz ictimai tələbatın" mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür (Pexoviç Polşaya qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli qəranın 212-ci bənd, Paradizo ve Kampanelli İtaliyaya qarşı iş üzrə 24 yanvar 2017-ci il tarixli qərarın 179-184-cü bəndləri). Qeyd olunanlara əsasən, məhkəmə ilk növbədə cavabdehlərin çıxarılması tələblərinin icrasının təcilliyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmə qətnamənin nəticə hissəsində "Qətnamə həmin binada yenidənqurma, əsaslı təmir, bərpa işlərinə başlandığı zaman icra edilsin" məzmununda bənd əlavə edə bilər. Bununla yanaşı, qətnamənin əsaslandıncı hissəsində çıxarılması tələb olunan cavabdehlərin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqlan halda, onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının razılığı olmadan cavabdehlərin istifadə etmələri iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Məmmədova Azərbaycana qarşı 29 iyun 2023-cü il tarixli qərarında, həm də sözügedən qərara əsasən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin noyabr 2023-cü il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyində sözügedən mübahisələrlə bağlı qərar qəbul edilən zaman mənzildən çıxarılmaları onların yaşayış sahəsi ilə təmin edildikdən sonra icrasının mümkün olması anlayışı, fiziki şəxslər arasında olan münasibətlərə deyil, tərəflərdən birinin dövlət orqanı olması əsası ilə əlaqələndirmişdir. Lakin hazırki tələb üzrə iddiaçının cavabdehləri mənzillə təmin öhdəliyinin olmaması, həmin öhədliyin dövlətin pozitiv öhdəliklərinə daxil olmasını nəzərə alaraq, məhkəmə, hazırki tələbin qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə edilməsini, eyni zamanda icra müddətinin göstərilməsi zərurəti olmadığından, məhkəmə qətnamənin nəticə hissəsində "Qətnamə həmin binada yenidənqurma, əsaslı təmir, bərpa işlərinə başlandığı zaman icra edilsin" və s. məzmununda bənd əlavə edilməsini də məqsədə müvafiq hesab etmir. Bununla yanaşı, məhkəmə izah edir ki, cavabdehlər qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları vardır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh6, Cavabdeh3 (yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə), Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 (sonuncuların yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birlikdə) İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan, İsmayıllı şəhəri, H.Əliyev prospekti, 209 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh3 (yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə), Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 (sonuncuların yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birlikdə) İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan, İsmayıllı şəhəri, H.Əliyev prospekti, 209 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılsın. Cavabdehlər qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar