Məhkəmə qərarları › İş №e-2(038)-102/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-102/2025

15.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-102/2025 15.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, iddiaçının və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 81000 manat məbləğində pulun və 333 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1966-cı il tarixində Cəlilabad rayonu Privolnoye kəndində doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Privolnoye kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Həmçinin, metalların qəbulu və satışı ilə məşğul olmaqla ailəsini dolandırır. Cavabdeh onun yaxın qohumu, yəni bacısı oğludur. Onun Cəlilabad rayonu Privolnoye kəndində yaşadığı evindən başqa, Bakı şəhəri, Mərdəkan rayonu, Qala qəsəbəsində 0,06 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 21 kv.metr olan evi vardır. Cavabdeh 1(bir) il bundan əvvəl, yəni 2023-cü ildə Cəlilabad rayonuna gələrək onun Bakı şəhəri, Mərdəkan rayonu Qala qəsəbəsində yerləşən torpaq sahəsində ev tikib satmaqla qazanc əldə etməsini təklif etmişdir. Cavabdeh və cavabdehin qardaşı Mehman ustalıqla məşğul olduqları üçün o, Elşənlə razılaşmışdır. Aralarında olan razılığa görə o, Qala qəsəbəsində yerləşən torpaq sahəsini və üzərində yerləşən evi 60000 manat müqabilində Elşənə nisyə olaraq satmışdır. Razılaşmanın davamı olaraq cavabdehə əlavə olaraq ayrı-ayrılıqda 56000 manat və 5800 manat pul vermişdir. Aralarında olan razılığa görə Elşən və qardaşı həmin Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində birini onun üçün, digər ikisini isə satmaq məqsədi ilə ümumilikdə 3 ədəd ev tikməli, tikiləcək 3 evdən biri onun yaşayış evi olacaqmış. Digər qalan 2 ev isə cavabdeh tərəfindən satılaraq ona qazanc kimi hər evdən verdiyi 121800 manatdan əlavə 10000 manat pul veriləcəkmiç. Evlərin satışından qalan pul isə cavabdeh və onun qardaşına qalacaqdır. Cavabdeh və onun qardaşı həmin torpaq sahəsində 2 ədəd ev inşa etmiş sonra evlərdən birini 72000 manat müqabilində satmış və ona qazanc kimi 9000 manat pul vermişdir. O, cavabdehə onun üçün tikiləcək 3-cü ev barəsində soruşduqda isə cavabdeh, ona Xəzər rayonunda Qres adlanan ərazidə torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin üzərində olan 1700 ədəd mişar daşı ilə birlikdə 15000 manat müqabilində satıldığını, həmin torpaq sahəsini alıb 3-cü evi onun üçün tikməyi təklif etmişdir. Lakin bunun üçün cavabdeh ona olan 121800 manat borcundan güzəşt etməyi xahiş etmişdir. Həmin vaxt cavabdeh ümumi borcdan 800 manatını ona qaytarmışdır. Cavabdeh onun bacısı oğlu olduğu üçün onunla razılaşmışdır. Belə ki, cavabdehə Mərdəkan rayonu Qala qəsəbəsində nisyə olaraq satdığı 0,06 ha torpaq sahəsinin qiymətini 60000 manatdan deyil 45000 manatdan hesablaşmışlar. Bundan sonra, cavabdehin ona verdiyi 9000 manat qazanc pulu və ona verməli olduğu digər 106000 manat puldan 1000 manat güzəşt etməklə, ümumilikdə cavabdehə 10000 manat pul vermişdir ki, qeyd edilən torpaq sahəsini alaraq onun üçün tikməli olduğu evi inşa etsin. Beləliklə həmin vaxt cavabdehin ona verməli olduğu ümumi borcun məbləği 105000 manat təşkil etmişdir. Cavabdehlər ona olan həmin pulu 3 ay müddətində qaytarcaqlarını bildirdirsələr də sonra pulu qaytarmaqdan imtina etmişlər. Bundan sonra o, cavabdehin və onun qardaşının barəsində Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti ilə əlaqədar Bakı şəhər Xəzər rayonu Polis İdarəsinin 1-ci və 2-ci polis şöbələrində araşdırma aparılmış, aparılan araşdırma zamanı onların izahatları alınmış, cavabdeh izahatında ona borclu olduğunu etiraf etmiş və ona güzəşt edilməsini xahiş etmişdir. O, cavabdehin anasına, yəni bacıma görə, cavabdehin Qala qəsəbəsində inşa etdiyi 2-ci evin satışından ona verəcəyi 10000 manat qazancı və verməli olduğu ümumi 105.000 manat puldan 5000 manatını cavabdehə güzəşt etmişdir. Polis Şöbəsində araşdırma zamanı Elşən ona 100000 manat pul borclu olduğunu və həmin puldan 19000 manatını dərhal ödəyəcəklərini, qalan 81000 manat pulu isə 3 ay müddətində ödəyəcəklərini bildirmişdir. O, qohumluq münasibətlərini nəzərə alaraq cavabdeh ilə razılaşmışdır. Həmin vaxt Elşən ona 19000 manat pul qaytarmışdır . Qalan pulun qaytarılması üçün isə 3 ay vaxt istəmişdir. Lakin bu günə kimi cavabdeh həmin pulu qaytarmamışdır. Daha sonra, o, cavabdehdən borclu olduğu pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də, Cavabdeh 81000 manat məbləğində pulun və 333 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iclasında İddiaçı, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh onun bacısı oğludur. Cavabdeh onlara gələrək onun Qala qəsəbəsində olan torpaq sahəsinin üzərində ev inşa edərək satıb qazanc əldə etməyi təklif etmişdir. O, da həmin təkliflə razılaşmış, Qala qəsəbəsində yerləşən torpaq sahəsini və üzərində yerləşən evi 60000 manata Elşənə nisyə satmışdır. Elşən ona həmin torpaq sahəsində üç fərdi yaşayış evinin tikiləcəyini həmin evlərdən ikisinin satış məqsədi ilə üçüncü evi isə onun üçün tikiləcəyini bildirmişdir. Həmçinin satış məqsədi ilə tikilmiş evlərin hər birindən ona 10000 manat qazanc əldə edəcəyini demişdir. Bundan əlavə tikinti işlərinin aparılması üçün Elşənə 56000 manat pul vermişdir. Həmçinin Elşən ona yarımtikili ev satıldığını həmin evi almaq üçün 5800 manat pul lazım olduğunu bildirmiş, evin satışından hər adama 1000-2000 manat xeyir qalacağını bildirmiş o, da Elşənə həmin pulu vermişdir. Həmin pulun 800 manatını axşam Elşən ona qaytarmışdır. Torpaq sahəsinin üzərində tikilən evin birincisini cavabdeh 72000 satdıqdan sonra qazanc olaraq ona 9000 manat pul vermişdir. Cavabdeh üçüncü evin tikintisi üçün Qresdə torpaq sahəsi satıldığını ona bildirmiş o da aldığı 9000 manatıda cavabdehə qaytarmış cavabdeh həmin torpaq sahəsini 15000 manat almışdır. Həmin 15000 manat pul Qalada 60000 manata satılmış torpaq sahəsinin pulundan çıxılmış 45000 manat borclu qalmışdır. Qresdəki fərdi yaşayış evini qardaşı Fərail satmışdır həmin evin satışından əldə edilmiş pul ondadır. Qaladakı ikinci yaşayış evini Elşən tikmiş və satmışdır. Həmin evin satışından əldə olunanan vəsaitdən məlumatı yoxdur. O, Polis Şöbəsində qohumluq münasibətlərini nəzərə alaraq güzəştlər etdikdən sonra cavabdehin ona 100000 manat borcu qalmışdır. Cavabdeh həmin borcdan 19000 manatını versədə qalan 81000 manatı hal-hazıra kimi verməmişdir. Ona görədə o, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh 1(bir) il bundan əvvəl, yəni 2023-cü ildə Cəlilabad rayonuna gələrək onun Bakı şəhəri, Mərdəkan rayonu Qala qəsəbəsində yerləşən torpaq sahəsində ev tikib satmaqla qazanc əldə etməsini təklif etmişdir. Cavabdeh və cavabdehin qardaşı Mehman ustalıqla məşğul olduqları üçün o, Elşənlə razılaşmışdır. Aralarında olan razılığa görə o, Qala qəsəbəsində yerləşən torpaq sahəsini və üzərində yerləşən evi 60000 manat müqabilində Elşənə nisyə olaraq satmışdır. Razılaşmanın davamı olaraq cavabdehə əlavə olaraq ayrı-ayrılıqda 56000 manat və 5800 manat pul vermişdir. Aralarında olan razılığa görə Elşən və qardaşı həmin Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində birini onun üçün, digər ikisini isə satmaq məqsədi ilə ümumilikdə 3 ədəd ev tikməli, tikiləcək 3 evdən biri onun yaşayış evi olacaqmış. Digər qalan 2 ev isə cavabdeh tərəfindən satılaraq ona qazanc kimi hər evdən verdiyi 121800 manatdan əlavə 10000 manat pul veriləcəkmiç. Evlərin satışından qalan pul isə cavabdeh və onun qardaşına qalacaqdır. Cavabdeh və onun qardaşı həmin torpaq sahəsində 2 ədəd ev inşa etmiş sonra evlərdən birini 72000 manat müqabilində satmış və ona qazanc kimi 9000 manat pul vermişdir. O, cavabdehə onun üçün tikiləcək 3cü ev barəsində soruşduqda isə cavabdeh, ona Xəzər rayonunda Qres adlanan ərazidə torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin üzərində olan 1700 ədəd mişar daşı ilə birlikdə 15000 manat müqabilində satıldığını, həmin torpaq sahəsini alıb 3-cü evi onun üçün tikməyi təklif etmişdir. Lakin bunun üçün cavabdeh ona olan 121800 manat borcundan güzəşt etməyi xahiş etmişdir. Həmin vaxt cavabdeh ümumi borcdan 800 manatını ona qaytarmışdır. Cavabdeh onun bacısı oğlu olduğu üçün onunla razılaşmışdır. Belə ki, cavabdehə Mərdəkan rayonu Qala qəsəbəsində nisyə olaraq satdığı 0,06 ha torpaq sahəsinin qiymətini 60000 manatdan deyil 45000 manatdan hesablaşmışlar. Bundan sonra, cavabdehin ona verdiyi 9000 manat qazanc pulu və ona verməli olduğu digər 106000 manat puldan 1000 manat güzəşt etməklə, ümumilikdə cavabdehə 10000 manat pul vermişdir ki, qeyd edilən torpaq sahəsini alaraq onun üçün tikməli olduğu evi inşa etsin. Beləliklə həmin vaxt cavabdehin ona verməli olduğu ümumi borcun məbləği 105000 manat təşkil etmişdir. Cavabdehlər ona olan həmin pulu 3 ay müddətində qaytarcaqlarını bildirdirsələr də sonra pulu qaytarmaqdan imtina etmişlər. Bundan sonra o, cavabdehin və onun qardaşının barəsində Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti ilə əlaqədar Bakı şəhər Xəzər rayonu Polis İdarəsinin 1-ci və 2ci polis şöbələrində araşdırma aparılmış, aparılan araşdırma zamanı onların izahatları alınmış, cavabdeh izahatında ona borclu olduğunu etiraf etmiş və ona güzəşt edilməsini xahiş etmişdir. O, cavabdehin anasına, yəni bacıma görə, cavabdehin Qala qəsəbəsində inşa etdiyi 2-ci evin satışından ona verəcəyi 10000 manat qazancı və verməli olduğu ümumi 105000 manat puldan 5000 manatını cavabdehə güzəşt etmişdir. Polis Şöbəsində araşdırma zamanı Elşən ona 100000 manat pul borclu olduğunu və həmin puldan 19000 manatını dərhal ödəyəcəklərini, qalan 81000 manat pulu isə 3 ay müddətində ödəyəcəklərini bildirmişdir. O, qohumluq münasibətlərini nəzərə alaraq cavabdeh ilə razılaşmışdır. Həmin vaxt Elşən ona 19000 manat pul qaytarmışdır . Qalan pulun qaytarılması üçün isə 3 ay vaxt istəmişdir. Lakin bu günə kimi cavabdeh həmin pulu qaytarmamışdır. Daha sonra, o, cavabdehdən borclu olduğu pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də, cavabdehin iddiaçıya borclu olduğunu cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda, səs yazısında və məhkəmə hazırlıq iclasında etiraf etməsini və iddianın əsaslılığını nəzərə alaraq Cavabdeh 81000 manat məbləğində pulun və 333 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, prokurorluqda iddiaçı qazancla birlikdə 100000 manat borclu olduğunu etiraf etmişdir. Qazancsız isə iddiaçıya 70000 manat borclu olduğuna razılaşmışlar. İddiaçı ondan evi mayasına sataraq pulunu tez verməsini tələb etmişdir. O, iddiaçıdan Qaladakı torpağı qazancla birlikdə 40000 manat razılaşaraq almışdır. Həmçinin o, iddiaçıdan əlavə 56000 manat pul almışdır. Prokurorun yanında Qaladakı torpaq sahəsinin qiymətini iddiaçı ilə 20000 manata razılaşmışlar. Qalada tikilmiş 1-ci ev 70000 manata satılmış və həmin pul tam şəkildə iddiaçıya verilmişdir. Qalada tikilmiş 2-ci ev onun şəxsi vəsaiti hesabına tikilmiş və satılaraq pulu Fərailə çatmışdır. Qresdə tikilmiş ev Fərail dayısı tərəfindən 40 min manata satılmışdır. Qresdəki evin satışından ona heç bir vəsait çatmamışdır. O, iddiaçıya olan borcunu müxtəlif vaxtlarda ödənişlər etməklə tam şəkildə ödəmişdir. Ona görədə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə, iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyildir. İddiaçı cavabdehə müraciət edərək onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində 6 sot torpaq sahəsi olduğunu bildirimişdir. Cavabdeh qardaşı Mehman ilə usta kimi fəaliyyət göstərdiyi üçün həmin torpaq sahəsində 2 ədəd ev inşa etməyini daha sonra həmin evlərin satılmasını xahiş etmiş və bu işlərin görülməsi üçün İddiaçı cavabdehə sərmayə pulu kimi 7100-3000-400-6000-7200-7910-6865-5840- 5000-200-1500-200-200 manat olmaq cəmi 56415 (əlli altı min dörd yüz on beş) azn pul vermişdir. Cavabdeh həmin puldan 200-200-3000 manat olmaqla cəmi 3400 manat qaytarmış, Rəhimin cavabdehə verdiyi sərmayə cəmi 53015 manat olmuşdur. Cavabdeh qardaşı Mehman ilə torpaq sahəsində eyni vaxtda tikinti işlərinə başlayaraq 1 ədəd tam şəkildə 1 ədəd isə yarımtikili şəkildə ev inşa etmişdir. Cavabdeh tam şəkildə hazır olan evi 70000 (yetmiş min) azn sataraq bütün pulu Rəhimə vermişdir. Rəhim 10.000 (on min) manatını yarım tikili olan evin başa çatdırılması üçün ayırmış, 10.000 (on min) manatını qazanc olaraq əldə etmiş, 50.000 (əlli min) manatını isə Xəzər rayonu Şimal Dres qəsəbəsində yeni tormaq sahəsi alaraq orada 3-cü evi tikdirmişdir. Yəni satılmış evin 70.000 (yetmiş min) manatı tam şəkildə cavabdehin dayısı İddiaçı çatmışdır. Bundan sonra Qala qəsəbəsində tikilmiş 2-ci ev və Şimal Dres qəsəbəsində tikilmiş 3-cü ev satılmadığı üçün İddiaçı sərmayənin pulunu və qazancının pullarını verə bilməmişdir. Evlərin satılmadığını görən Rəhim cavabdehdən şikayət etmək qərarına gəlmişdir. Bundan başqa Rəhim Qala qəsəbəsində hüquqi sənədi olmayan torpaq sahəsinin 1 sotunun qiyməti 3500 azn olduğu halda həmin torpaq sahəsinin hər sotuna 8000 azn şişirtmə maddi dəyər qoyaraq ümumilikdə cavabdehdən və cavabdehin qardaşından torpaq pulu kimi 45000 (qırx beş min) azn pul tələb etmişdir. Rəhim cavabdehə cəmi 53015 manat tikinti üçün pul və 5.5 sot torpaq sahəsindən başqa heç nə verməmişdir. Cavabdeh isə Rəhimə 70000 (yetmiş min) manat əlbəəl polis şöbəsində 19000 manat dayısı oğlu Fəridin vasitəsi ilə 20000 manat, dayısı Fərailin vasitəsi ilə 5000 manat, sonra 3000(üç min) manat vermişdir. Sonra isə 3-cü evi Fərail iddiaçının etibarnaməsi əsasında sataraq 38000 (otuz səkkiz min) manatı Rəhimə vermişdir. Rəhim cavabdehə cəmi 53015 manat tikinti üçün pul və 5.5 sot torpaq sahəsindən başqa heç nə verməmişdir. Cavabdeh isə Rəhimə 70000 manat əlbəl, polis şöbəsində19000 manat, dayısı oğlu Fəridin vasitəsi ilə 20000 manat, dayısı Fərail vasitəsi ilə 5000 manat, sonra 3000 manat, bacısı oğlu Mahsunun vasitəsi ilə 2000 manat vermiş, sonra isə 3-cü evi Fərail iddiaçının etibarnaməsi əsasında sataraq 38000 manat götürməklə ümumilikdə 157000 manat götürmüşdür. 157000 manatdan Rəhimin xərcini çıxsaq Rəhimin bu sövdələşmədə 33985 manat qazancı olduğu məlum olur. Qeyd edilənlərə əsasən məlum olur ki cavabdehin Rəhimə yox, Rəhimin cavabdehə borcu vardır. Cavabdehin bu barədə səs yazılarım vardır. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə iclasından çıxıb evə gələn zaman şahid dayısı Fərailin oğlu Fəridlə danışmış və danışıqları avtomobildə olan video registrator qeydə almışdır və həmin danışığın audio yazısınıda sizə təqdim edərək bir daha bildirirəm kı, cavabdehin tələbkara heç bir borcu yoxdur, əksinə tələbkarın cavabdehə 30 min manat borcu vardır. O, cavabdehin qeyd edilən borc məbləğinin etiraf edilməsi ilə bağlı iddiaçının subutlarının olmamasını, cavabdehin iddiaçıya olan borcunu tam şəkildə ödədiyini, əksinə iddiaçının cavabdehə borclu olduğunu, iddianın əsassız olmasını nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, o iddiaçını və cavabdehi tanıyır. İddiaçı onun qardaşı cavabdeh isə bacısı oğludur. Tərəflərin arasında olan mübahisədən məlumatı vardır. O, tərəfləri evinə barışığa çağırmış tərəflər razılıq əldə etmişlər. Elşən 100000 manat pulu 6 ay ərzində ödəyəcəyinə söz vermişdir. Lakin Elşən pulu ödəmədiyinə görə Rəhim Polisə müraciət etmişdir. X4 Rəhimə 19000 manat pul vermişdir. Prokurorluqda tərəflərin arasında olan pul məsələsini 50000 manat Elşən tərfindən Rəhimə ödənilməsi barədə razılaşmışlar. O, Elşənə Qresdəki evi sataraq Rəhimə ödəməsini bildirmişdir. Elşən əvvəlcə evi 50000 manata satacağını sonra isə evi 40000 manata satmağa razılaşdığını bildirmişdir. Həmin ev notariusda 35000 manat satılmışdır. 5000 manatını isə Elşən əvvəlcədən pula ehtiyacı olduğu üçün özü götürmüş və bir neçə günə qaytaracağını bildirmişdir. O, evin satışından əldə edilmiş 35000 manat pulu Rəhimə vermişdir. Sonra Elşən bacısı oğlundan ona Rəhimə vermək üçün 3000 manat vermişdir. O da həmin pul Rəhimə vermişdir. Elşən ona qeyd etdiyi pullardan başqa heç bir pul məbləği verməmişdir. Qresdə satılan evin tərəflər arasında qeyd edilən borc mübahisəsinə aidiyyatı yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, o, iddiaçını və cavabdehi tanıyır, cavabdeh onun dayısı, iddiaçı isə anasının dayısıdır. Tərəflər satmaq üçün ev tikmişlər. Aralarında qeyd edilən mübahisə yaranmışdır. Elşən ona müxtəlif vaxtlarda iki dəfə 3000 və 5000 manat olmaqla ümumilikdə 8000 manat pulu Fərailə çatdırmaq üçün ona vermişdir. O da həmin pulu Fərailin şəxsən özünəı yox, onun yaşdığı evdə ailəsinə vermişdir. Qalada tikilmiş ikinci evin pulunu Elşən Fərailə vermişdir. Pulun nə qədər oplduğundan və evin hansı qiymətə satılmağından məlumatı yoxdur. Dayısı ilə evdən çıxanda satılmış evin pulunu Fərailə vermək üçün getdiyini bilmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, o, iddiaçını və cavabdehi tanıyır. İddiaçı onun əmisi, cavabdeh isə bibisi oğludur. Əmisi Rəhim ona zəng etmiş, Elşənin ona pul verəcəyini həmin pulu Elşəndən gedib almasını bildirmişdir. O, da Elşən ilə danışmış, X2 yanında yerləşən restoranda Elşən polis əməkdaçı ilə onun yanına gəlmış ona qəbzə imza etdirməklə 19000 manat pul vermişlər. O da həmin pulu əmisinə vermək üçün almışdır. Tərəflər arasında olan mübahisədən məlumatı yoxdur. Bakı şəhəri Xəzər rayonu Polis İdarəsinin 2-ci Polis şöbəsinin 19 yanvar 2024-cü il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı müraciəti əsasında toplanmış materil üzrə cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 ünvan ünvanında yerləşən 0.0245 ha torpaq sahəsini 3500 manata İddiaçı satmışdır. İlkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Əzizbəyov rayonu, Qala bələdiyyəsinin qərarına əsasən Qala qəsəbəsində yerləşə1200 kvm torpaq sahəsinin 3.5 kv.m hissəsini üzərində olan yarım tikilini 68000 manat dəyərində qiymətləndirmişlər. Alıcı Satıcıya depozit hesabı vasitəsi ilə 9500 manat məbləğində ilkin ödəniş etmişdir. Alıcı qalan 58500 manat pulu xx.xx.2022-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddianın verilməsinə görə 333 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Tərəflər arasında mübahisə alqı-satqı müqaviləsindən irəli gəldiyindən, mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları da Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı münasibətlərini tənzimləyən normalarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, alqı-satqı müqaviləsinin şərti ondan ibarətdir ki, satıcı satdığı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib, onun əvəzində əşyanın dəyəri olan razılaşdırılmış pul məbləğini alıcıya ödəməlidir. Nisyə alqı-satqı müqaviləsində isə alıcı qəbul etdiyi əşyanın dəyərini tərəflərcə müəyyənləşdirilmiş vaxtda və məbləğdə hissə-hissə ödəməlidir. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması və iddiaçının mülkiyyətində olan əşyanı cavabdehə təhvil verməsi işin mübahisələndirilməyən hallarıdır. __________________________ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin): 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını, satılmış əşyanın dəyərini və əşyanın alıcıya təhvil verilməsini sübut etmək iddiaçının (satıcının, həmin əşyanın dəyərinin ödənilməsini sübut etmək isə cavabdehin (alıcının) vəzifəsidir. Cavabdeh iddiaçının dəlilini hər hansı hissədə qəbul etdiyi andan iddiaçı iddia etdiyi dəlili sübut etmək yükündən azad edir. Cavabdeh tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını və əşyanın ona təhvil verilməsini qəbul etdiyindən iddiaçı bu halları sübutetmə yükündən azaddır və məhkəmə bu halları işin mübahisəsiz halı kimi qəbul edir. Məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyanın dəyəri ilə bağlı qeyd edir ki, ________________________________________ NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, _______________________________________________. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 80500 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 333 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 80500 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 333 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar