Məhkəmə qərarları › İş №e-2(038)-216/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-216/2025

13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-216/2025 13.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Yardımlı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh oğluna qarşı pul tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra 13.03 2025-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini, və ona əlavə olunmuş sənədləri, dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. «Dövlət rüsumu haqqında»Azərbaycan Respublikası Qanunun 5.1.2. maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, iddiaçı "xxxx" ASC Cavabdeh oğluna qarşı «pul» tələbi barədə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, həmçinin iddianın məhkəməyə verilməli üçün dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC -yə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun iddiaçıya geri qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar