Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-347/2024 10.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2, İddiaçı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı üsusi icraat qaydasında ərizə ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, 01 oktyabr 1963-cü il tarixdə Yardımlı rayonu, Bürzünbül kəndində anadan olmuş X1 xx.xx.2017-ci il tarixdə vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan hüquq norması hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, iddia istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin özündə göstərməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperartiv şəkildə müəyyən olunmuşdur. MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.2, 152.3, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə və Yardımlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2(038)-347/2024
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-347/2024
10.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver