Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-496/2025 22.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri Yardımlı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC xüsusi icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Hüseynov Ramil Əsədulla oğlu arasında bağlanmış, xx.xx.2024-cü il tarixli, MŞB/20/2024-00124 barışıq sazişinin təsdiq edilməsini və Cavabdeh 17570,26 manat əsas borcun, 100 manat dövlət rüsumunun tutulub «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi üçün işin məcburi icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə xx.xx.2025-ci il tarixdə Yardımlı Rayon Məhkəməsinə daxil olmuşdur. Daha sonra 22 iyul 2025-ci il tarixdə İddiaçı MMC «AZEMİS» elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, icraatda olan e-2(038)- 496/2025 saylı iş üzrə texniki səbəbdən məhkəmə aidiyyatının düzgün seçilməməsi və bu səbəbdən işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.1.9, 263-268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(038)-496/2025
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-496/2025
22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver