Məhkəmə qərarları › İş №e-2(038)-634/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-634/2025

19.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-634/2025 19.09.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı xxnin cavabdeh xxnə qarşı «doğum faktının müəyyən olunması tələbi» barədə iddia icraatı qaydasında verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri Yardımlı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı xx iddia ərizəsi ilə müraciət edərək, Quluzadə Lalənin doğum tarixi xx.xx.2019-cu il, doğum yeri Bakı şəhəri, ana və atanın isə naməlum olması göstərilməklə doğum faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin özündə ərizənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qeyd edilsə də, texniki səbəblərdən yanlış olaraq elektron məhkəmə informasiya sistemi vasitəsilə Yardımlı Rayon Məhkəməsinə ünvanlanmışdır. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı xxnin cavabdeh xxnə qarşı «doğum faktının müəyyən olunması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı xxnə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı xxnin cavabdeh xxnə qarşı «doğum faktının müəyyən olunması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı xxnə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar