Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-823/2025 10.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 662 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin təxminən avqust aylarında avtomobilinin bəzi hissələrini düzəltdirmək və onu rənglətmək məqsədi ilə cavabdehin işlədiyi servisə getmişdir. Cavabdeh avtomobilinə baxdıqdan sonra hansı hissələrin təmirə və rənglənməyə ehtiyacı olduğunu bildirmişdir. Aralarında razılaşma olmuş və o avtomobilinin təmiri və rənglənməsi üçün cavabdehə təhvil vermişdir. Bu məqsədlə də ayrı-ayrı günlərdə cavabdehin ona göndərdiyi kart hesabına (**********263600) ümumilikdə 662 manat məbləğində pul göndərmişdir (100+150+412). Sonra cavabdeh, avtomobili ona təhvil verdikdə o müəyyən etmiş ki, cavabdeh avtomobili söz verdiyi kimi təmir etməmiş və rəngləməmişdir. O avtomobildə görülən işləri bəyənməmiş və cavabdehə bu barədə fikrini bildirmişdir. Cavabdehdə də ona ödədiyi pulları qaytaracağına söz vermişdir. O, cavabdehə dəfələrlə smslər yazmış, zənglər etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr edərək onun pulunu qaytarmaqdan imtina etmişdir. Nəhayət bu məsələ ilə bağlı müvafiq polis orqanlarına müraciət etmişdir. Şikayəti əsasında Suraxanı RPİ-nin 33-cü PŞ-də araşdırma aparılmış və xx.xx.2025-ci il tarixli məktubla ona müraciətinin mülki xarakterli olduğuna görə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyət olunmuşdur. Polis Şöbəsinə çağrıldıqda cavabdeh ona pul borclu olduğunu etiraf etmişdir. O həmin şöbədə olan izahatların və digər sənədlərin surətini əldə etmək istəmiş, lakin həmin sənədlərin surətləri ona təqdim olunmamış və bildirilmiş ki, məhkəmə sorğusu əsasında məhkəməyə təqdim oluna bilər. Cavabdehlə aralarında olan yazışmalar və səsyazmalar ilə də müəyyən olunur ki, cavabdeh ona olan borcunu etiraf edir. Bu səbəbdən də o cavabdehə qarşı «pul» tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər sübutlarını iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, maşınını təmir etmək üçün Yusiflə tanış olmuşdur. Yusif ona «maşını təmir edim, pulunu sonra verərsən» demişdir. O da, əvvəlcə 100 manat, daha sonra isə malyar işləri üçün ayrıca 100 manat cavabdehin kartına pul atmışdır. O, sonra avtomobilin təmir edilmədiyini görmüş, bu barədə cavabdehə demiş, cavabdeh isə ondan avtomobilin hazır olması üçün 2 gün vaxt istəmiş, lakin buna baxmayaraq yenə də avtomobili təmir edilməmişdir. Daha sonra cavabdeh və müdürü ondan əlavə olaraq 2 gün vaxt istəmiş, lakin yenə də vaxt verilməsinə baxmayaraq, avtomobil tam təmir edilməmişdir. Beləliklə aralarında narazılıqlar olmuşdur. O cavabdehdən pulunu istəmiş, cavabdeh isə «pulum yoxdur, pulu hissə-hissə verərəm» demişdir. O, bu barədə polisə şikayət vermişdir. Cavabdeh polisdə izahat verərək, pulu ödəyəcəyi barədə söz vermişdir və ona hissə-hissə ödəyərəm demişdir. Cavabdeh avqust ayından pulu ödəmir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Əlavə olaraq məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılıb, qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Suraxanı RPİ 33-cü Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 54-4/2-A-7175/11/25 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 33-cü PŞ-nə etdiyi müraciət mülki xarakterli olduğuna görə mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişdir. xx.xx.2025-ci il tarixli, 15888242 nömrəli qəbzdən görünür ki, 531599*****4222 nömrəli kart hesabından, 541124*****3600 nömrəli kart hesabına 150 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 15905158 nömrəli qəbzdən görünür ki, 531599*****4222 nömrəli kart hesabından, 541124*****3600 nömrəli kart hesabına 100 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 15938899 nömrəli qəbzdən görünür ki, 531599*****4222 nömrəli kart hesabından, 541124*****3600 nömrəli kart hesabına 412 manat məbləğində pul köçürülmüşdür. ƏSASLANDİRİCİ HİSSƏ Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı avtomobilin təmiri üçün 662 manat məbləğində pulu cavabdehə vermiş, lakin cavabdeh isə həmin razılaşmaya əsasən üzərinə düşən öhdəliyini tam şəkildə və lazımınca yerinə yetirməmiş və pulu da iddiaçıya geri qaytarmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 755 Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh şifahi razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə İddiaçı qarşısında məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
NƏTİCƏHİSSƏSİ:
Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ilkin və qarşılıqlı iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 662 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 230 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 662 manat və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.
X2