Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-88/2025 04.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, ərizəçi İddiaçı və Maraqlı şəxs1 nümayəndəsi X4 iştirakı ilə, ərizəçi İddiaçı «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri 01 oktyabr 1963-cü il tarixdə Yardımlı rayonu, Bürzünbül kəndində doğulmuş X2 xx.xx.2017-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Yardımlı rayonu Bürzünbül kəndində anadan olmuş, 24 may 1986-cı il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. xx.xx.2017-ci il tarixdə əri X3 uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Lakin ölümün qeydiyyatı aparılmamış və ölüm şəhadətnaməsi götürülməmişdir. Ölümün qeydə alınması üçün Balakən ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə müraciət olunmuş, lakin imtina cavabı verilmişdir. Mərhum ərindən miras qalmış əmlaka dair vərəsəlik işi açılması zərurəti yaranmışdır. Lakin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün vərəsəlik işlərinin həyata keçirilməsi mümkün olmur. X1 ölüm haqqında şəhadətnaməsinin olmaması sənədləşmə və vərəsəlik işlərində problemlər yaradır. Ona görə də, 01 oktyabr 1963-cü il tarixdə Yardımlı rayonu, Bürzünbül kəndində doğulmuş X2 xx.xx.2017-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs1 rəisi X5 izahat verərək göstərdi ki, mərhumun tibbi şəhadətnaməsi olmadığı üçün qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçinin tələbinin təmin olunmasına heç bir etirazı yoxdur. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Balakən Regional «Asan Xidmət» mərkəzi Qeydiyyat şöbəsinin 02 may 2024-cü il tarixli, 3-16-5/8-436/2024 nömrəli məktubundan görünür ki, X2 ölümü barədə ölüm tibbi şəhadətnaməsi və Ədliyyə Nazirliyinin informasiya sistemində ölümü barədə məlumat yoxdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 oktyabr 1963-cü ildə Yardımlı rayonu Telavar kəndində doğulmuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, o ərizəçi İddiaçı tanıyır. Şamamanın əri mərhum X3 xx.xx.2017-ci ildə vəfat etmiş və Lökbatan qəbristanlığında dəfn edilmişdir. O, Fizulinin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiklərinə uyğun eyni məzmunlu ifadələr vermişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X2 2017-ci il dekabr ayının 20-də ölməsi faktı öz təsdiqini tapır. Ona görə də İddiaçı ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin): 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizədə qeyd olunanlar təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməli, 01 oktyabr 1963-cü ildə Yardımlı rayonu, Bürzünbül kəndində doğulmuş X2 20 dekabr 2017-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 oktyabr 1963-cü ildə Yardımlı rayonu, Bürzünbül kəndində doğulmuş X2 20 dekabr 2017-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X9
Məhkəmə qərarları › İş №e-2(038)-88/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-88/2025
04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver