Məhkəmə qərarları › İş №e-2(038)-97/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-97/2025

22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-97/2025 22.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100.000(bir yüz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünü «Zeynaloğlu Group» tikinti şirkətinin rəhbəri kimi təqdim edən Cavabdeh ilə bağlanılmış xx.xx.2023-cü il tarixli tikinti podrat müqaviləsinə əsasən cavabdeh tərəfindən əvvəlcədən 150.000 (yüz əlli min) manat məbləğində ödənişin qəbul edilməsinə baxmayaraq, təmir-tikinti işlərinin icrası həmin məbləğə uyğun olaraq başa çatdırılmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən müqavilə üzrə cavabdehə ödənilmiş 150.000 (yüz əlli min) manat məbləğində pul vəsaitindən 100.000 (yüz min) manat pulun ümumiyyətlə tikintiyə sərf edilmədiyi aşkar olunmuşdur. Qeyd edilən 100.000 manat pul vəsaitinin İddiaçı qaytarılması yazılı bildirişlə cavabdehdən tələb olunsa da, məsələnin razılıqla həlledilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, iddiaçıdan alınmış və müqavilə öhdəliyi üzrə, yəni təyinatı üzrə sərf edilməyən 100.000 (yüz min) manat pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı qaytarılmalıdır. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə 21600 manata binanı tikmək üçün razılığa gəlmişlər və bu barədə aralarında müqavilə bağlanmışdır. İddiaçının verdiyi 150000 manatı tikintiyə xərcləmişdir. Çətinlikləri olduğundan 6 ay ərzində tikintini başa çatdıra bilməmişdir. Tikintini davam etdirmək üçün qalan pulu verməli olduğunu iddiaçıya bildirmişdir. İddiaçı Almanyada olduğunu və gəldikdən sonra bu barədə söhbət edəcəyini bildirmişdir. Bundan sonra iddiaçı hazırki, iddianı qaldırıb. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ilə aralarında podrat müqaviləsi bağlanmışdır. Cavabdeh 150000 manat pulu əvvəlcədən alıb, işi təhvil verməyib və tikintini yarımçıq qoyub. Qəbzlərlə 20.000 və 65.000 manat alması təsdiq olunur və qalan məbləği almasını isə səs yazısında etiraf edir. Bunu təsdiq etmək üçün cavabdeh özü olmalıdır. İnkar etsəydi yəqin ki, etirazı olardı. Səs yazısının onun olması barədə sübutu yoxdur. Qiyətləndiricinin rəyi ilə tanış olmuşdur, rəydə tikintinin dəyəri 70000 manat qiymətləndirilib və rəyə etirazı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmasını nəzərə alaraq, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 12 iyul 2023-cü il tarixli Tikinti Podrat Müqaviləsindən görünür ki, İddiaçı və “ZEYNALOĞLU GROUP” tikinti şirkətinin rəhbəri Cavabdeh ona təqdim olunmuş smeta və tikinti layihəsinə əsasən aralarında müqavilə bağlamışlar. Müqaviləyə əsasən, müqavilə qiymətinin 30%-i əvvəlcədən, 2-ci 30% (Hörgü işi görüldükdən sonra), 3-cü 30% (daxili və fasad suvaq işləri bitdikdə və dam vuruluqdan sonra) qalan 10%-i isə sifariş təhvil verildikdə iddiaçı tərəfindən ödənilməlidir. Müqavilədə təhvil müddəti 6 ay olaraq göstərilmişdir. “X2” MMC Qiymətləndirmə və Konsaltinq xidmətlərinin 26 sentyabr 2025-ci il tarixli, 004/2025/DƏQ/SBG saylı rəyindən görünür ki, Azərbaycan Qiymətləndiricilər Palatasına Yardımlı Rayon Məhkəməsi tərəfindən daxil olmuş müraciət №222 qərarla X2 MMC-yə təhvil verilmişdir. Bu müraciətə əsasən İddiaçı məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsində yarı tikili əmlakın bazar dəyərini müəyyən etmək üçün qivmətləndirici mütəxəssislər tərəfindən qiymətləndirmə işi həyata keçirilmişdir. Uyğun metodların tətbiqi, eyni zamanda, etibarlı mənbələrdən alınmış məlumatların təhlili nəticəsində qiymətləndiricı mütəxəssislər tərəfindən aparılmış hesablamalara uyğun olaraq, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsində yarı tikili əmlakın 26 sentyabr 2025-ci il tarixinə olan bazar dəyəri 70,000.00 (yetmiş min) manat müəyyən edilmişdir. 23 dekabr 2023-cü il tarixli, 397427 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 20.000 manat pulu təmir-tikinti işləri üçün Cavabdeh ödəmişdir. 14 iyul 2023-cü il tarixli, 397413 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 65000 manat pulu təmir-tikinti işləri üçün Cavabdeh ödəmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı təmir-tikinti işinə dair cavabdehə ödədiyi 100000 manat məbləğində pulu geri qaytarması üçün 3 gün vaxt vermiş, pulu qaytarmadığı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 390 manat məbləğində dövlət rüsumu keçirilmişdir. Təqdim edilmiş səs yazısından görünür ki, iddiaçı tərəfindən cavabdehə tikintinin həyata keçirilməsi üçün 150000 manat məbləğində pul vəsaiti ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 755 Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Podrat müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, müqavilə qiymətinin 30%-i əvvəlcədən, 2-ci 30% (Hörgü işi görüldükdən sonra), 3-cü 30% (daxili və fasad suvaq işləri bitdikdə və dam vuruluqdan sonra) qalan 10%-i isə sifariş təhvil verildikdə iddiaçı tərəfindən ödənilməlidir. Podrat müqaviləsində təhvil müddəti 6 ay olaraq göstərilmişdir. İddiaçı ümumilikdə 150000 manat məbləğində pul vəsaitini təmir-tikinti işi üçün Cavabdeh ödəmişdir. Qiymətləndiricinin rəyinə əsasən Cavabdeh podrat müqaviləsində nəzərdə tutulan təmir-tikinti üzrə gördüyü işin dəyəri 70000 manat olaraq qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin): 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflər arasında podrat müqaviləsinin bağlanmasını, müavilə üzrə ödənişlərin edilməsini sübut etmək iddiaçının (sifarişçinin) müqavilədə nəzərdə tutulmuş işlərin görülməsini sübut etmək isə cavabdehin (podratçının) vəzifəsidir. Qeyd olunan müqavilədən görünür ki, iddiaçı podrat müqaviləsi üzrə razılaşdırılmış ilkin məbləği cavabdehə ödəmiş, lakin cavabdeh isə podratçı olaraq hər hansı iş görməmiş, müqavilə üzrə görülməli olan işləri görməsi barədə isə məhkəməyə gəlməməklə yanaşı, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

NƏTİCƏ HİSSƏSİ:

Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ona ödənilmiş 150000 manat məbləğində pul vəsaitindən yalnız 70000 manat hissəsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən, öhdəliyin icra edilməyən digər hissəsində, yəni iddia qismən təmin edilməli, 80000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun geri qaytarılması ilə bağlı hissəsinə qiymət verərək, hesab edir ki, MPM-nin 119.1-ci maddəsinin tələbi baxımından dövlət rüsumunun məbləği də iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 12 iyul 2023-cü il tarixli podrat müqaviləsi üzrə 80000(səksən min) manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 312 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar