Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1146/2024 01.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavbadeh Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 7,500 manat məbləğində pulun, həmçinin 95 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, ərizəçi Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna riayət etmədən məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Maddə 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Qeyd olunmalıdır ki, iddia ərizəsində iddiaçı kimi İddiaçı, onun nümayəndəsi kimi Nümayəndə göstərilərək hər ikisi tərəfindən iddia ərizəsi imzalansa da, nümayəndənin səlahiyyətlərini təsdiq edən müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzlərdən müəyyən olunur ki, iddia ərizəsi Yevlax Rayon Məhkəməsinə ünvanlansa da, dövlət rüsumu Mingəçevir Şəhər Məhkəməsinin hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 149 maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən, habelə həmin Məcəllənin 152-ci maddəsnin tələbləri baxımından qeyd edilən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçılara izah edilməlidir ki, istinad edilən tələblərə riayət etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152.1.1, 152.1.2, 152.1.5, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №e-2(039)-1146/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1146/2024
01.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver