Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-121/2025 25.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Məmmədov (Kərimov) Azər Tofiq oğluna və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Məmmədov (Kərimov) Azər Tofiq oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Məmmədov (Kərimov) Azər Tofiq oğlundan ona borclu olduğu 3176 manat pulun, Cavabdeh1 ona borclu olduğu 14150 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 142.88 manat pulun cavabdehlərdən müştərək olaraq tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə işin məhkəmədə baxılmağa hazırlanması üzrə məhkəmə iclası 25 fevral 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə əlavə sübutların toplanılması, cavabdehlərin yerinin müəyyənləşdirilməsi məqsədi ilə mülki işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsini baxılmamış saxlanılmasına etirazı olmadığını bildirmişdir (müvafiq ərizə təqdim edir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və bu səbəbdən xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 142.88 manat məbləğində dövlət rüsumu büdcəsindən İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5 və 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Məmmədov (Kərimov) Azər Tofiq oğluna və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 142.88 manat məbləğində dövlət rüsumu büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-121/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-121/2025
25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver