Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1291/2025 13.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı “X17 Təsərrüfatı” MMC-nin direktoru (nümayəndəsi) Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “X17 Təsərrüfatı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X17 Təsərrüfatı” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X17 Təsərrüfatı” MMC Ağdam rayonu Əfətli kəndində yerləşən, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan müəssisədir. Müəssisə həmin ərazidə yerləşən bir sıra torpaq mülkiyyətçilərindən torpaq sahələrini satın almışdır. Onlardan biri də Yevlax şəhər sakini olan Cavabdehdır. O yarısı özünə, digər yarısı isə anası X1 məxsus olan Ağdam rayonu Əfətli kəndində yerləşən 0,96 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Cavabdehin xahişini nəzərə alaraq həmin torpaq sahəsini razılaşdıraraq 2500 ABŞ dollarına satın almışlar. Bu məbləğ isə onun qohumları vasitəsilə Yevlax şəhərinə göndərilmişidir. Həmin vaxt Cavabdeh anası rəhmətə getdiyinə görə pul verilən zaman notarial alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Cavabdeh onlara o zaman etibarnamə vermiş və həmin etibarnamə əsasında bütün vərəsəlik məsələlərini, öz xərcləri hesabına onlar həyata keçirmişlər. Bunun əsasında da Cavabdeh adına çıxarış almışlar. Daha sonra 2020-ci il Vətən müharibəsi baş verdiyinə görə onların təsərrüfatına ciddi ziyan dəymiş və bu səbəbdən də başları qarışıq olmuşdur. Bundan sonra həmin torpaq sahəsinin “X17 Təsərrüfatı” MMC-nin adına rəsmiləşdirilməsini Cavabdeh tələb etslər də, o bundan imtina etmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Cavabdeh məktub ünvanlasalar da o buna məhəl qoymamışdır. Eyni zamanda Ağdam rayonu, Əfətli kəndində yerləşən 0,96 ha torpaq sahəsi üçün ödənilmiş 2500 ABŞ dollarını da geri qaytarmamışdır. Onlar bu zaman anlamışlar ki, şəxsin ilkin niyyəti onları aldatmaqdan ibarət olmuşdur. İddiaçı cəmiyyət tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.11091.2, 439.4-cü maddələrinə istinad edərək, Cavabdeh 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitinin, məhkəmə proseslərində iştirak etmək üçün lazım olan 150 manat məbləğində yol xərclərinin, vərəsəlik məsələləri ilə bağlı çəkilmiş 500 manat xərcin, dövlət rüsumu üçün ödənilmiş 72 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı cəmiyyətə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı cəmiyyətin direktoru (nümayəndəsi) Nümayəndə iddianı müafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı “X17 Təsərrüfatı”MMC cavabdehə qarşı “Əsassız varlanma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı həmin iddia ərizəsi ilə Cavabdeh 2500 ABŞ dolları məbləğində pul vəsaitinin, məhkəmə prosesində iştirak etmək üçün lazım olan 150 manat məbləğində yol xərcinin, vərəsəlik məsələləri ilə bağlı guya çəkdiyi 500 manat xərcin, 72 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını əsassız olaraq məhkəmədən xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “X17 Təsərrüfatı” MMC Ağdam rayonu Əfətli kəndində yerləşən və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan bir müəssisədir. Müəssisə həmin ərazidə yerləşən bir sıra torpaq mülkiyyətçilərindən torpaq sahələrini satın almışdır. Onlardan biri də guya cavabdehdir. Guya cavabdeh bildirmişdir ki, yarısı özünə yarısı da anasına (anası hazırda vəfat etmişdir) məxsus olan, Ağdam rayonu Əfətli kəndində yerləşən 0,96 ha torpaq sahəsini satmaq istəyir. İddiaçı tərəf də guya onların istəyini nəzərə alaraq onlarla razılaşıb 2500 ABŞ dollarına torpaq sahəsini almışdır. Lakin anası rəhmətə getdiyi üçün alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. Guya bütün vərəsəlik xərclərini öz hesablarına həyata keçirib çıxarış alıblar. Adlarına rəsmiləşdirmək istəsələr də cavabdeh imtina etmişdir. Ona görə də hazırda 2500 ABŞ dolları məbləğində pul vəsaitinin, məhkəmə prosesində iştirak etmək üçün lazım olan 150 manat məbləğində yol xərcinin, vərəsəlik məsələləri ilə bağlı guya çəkdiyi 500 manat xərcin və 72 manat məbləğində dövlət rüsumunun əsassız olaraq cavabdehdən tutulmasını istəyir. İddia ərizəsində göstərilələrin əksinə olaraq iddiaçı ilə razılaşmaya əsasən 2011-ci ildə 750 manat məbləğində pul verərək torpaq 10 (on) illik icarəyə götürülmüşdür. İnandığı üçün müəyyən hüquqları həyata keçirmək üçün iddiaçıya etibarnamə də vermişdir. Torpaq 10 (on) illik icarəyə verməsinə baxmayaraq iddiaçı həmin torpaqdan 2023-cü ilədək istifadə etmişdir. Hətta torpaq onların razılığı və xəbəri olmadan cavabdehin etibarından sui-istifadə edilərək iddiaçı tərəfindən bir neçə şəxsə satılsa da, sonradan torpağın sahibi cavabdeh olduğunu bildikdən sonra torpağını satdığı həmin şəxslər alqı-satqıdan imtina etmişlər. Bu hallar ona sonradan məlum olmuşdur. Həmin vaxtdan sonra cavabdeh iddiaçıya heç bir etibarnamə verməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehə məxsus həmin torpağı ondan 2500 ABŞ dollarına almış və sənədləşməsinə 500 manat xərc çəkmişdir. Halbuki, iddiaçının iddia ərizəsində göstərilənlərin əksinə olaraq iddiaçı ilə razılaşmaya əsasən iddiaçı 2011-ci ildə 750 manat məbləğində pul verərək torpağı 10 (on) illik icarəyə götürmüşdür. Məhkəmədə iddiaçı tərəfindən cavabdehə qarşı iddia qaldırıldıqdan sonra ona məlum olmuşdur ki, iddiaçı tərəf onun savadsızlığından və etibarından istifadə edərək 2011-ci ildə icarə müqaviləsi adı ilə ona öhdəlik müqaviləsinə imza etdiribdir. Cavabdeh özü 2018-ci ildə 200 manat xərc çəkərək çıxarış almışdır. İddiaçı bununla bağlı heç bir xərc çəkməmişdir. İcarə müqaviləsinin müddətinin bitdiyi üçün iddiaçıya iradını bildirərək qanunsuz hərəkətlərinə son qoymasını iddiaçıdan tələb etmişdir. İddiaçı da öz növbəsində yalanlarının üstü açıldığı üçün cavabdehin haqlı tələbindən yayınmaq və vaxt uzatmaq niyyəti və məqsədi ilə 2024-cü ilin mart ayında barəsində Yevlax RPŞ-yə şikayət etmişdir, lakin orada da, iddiaçının şikayəti əsassız olduğundan rədd edilmişdir. Eyni zamanda iddiaçı tərəfin “e.məhkəmə” sisteminə yerləşdirdiyi bir sıra sənədlərin, yəni öhdəlik müqaviləsinin (xətt və imza, mərhum Nuridə İbrahimovanın imzası ümumiyyətlə tamam fərqlidir və mərhumun öz imzasına heç bir oxşarlığı yoxdur), iddianın etirafı haqqında ərizənin (xətt və imza, cavabdeh bu ərizə üçün ümumiyyətlə heç bir notariusda olmamışdır), daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın (qiymətləndiririnin imzası ümumiyyətlə yoxdur), hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (reystrdə olan çıxarışla sistemə yerləşdirilən çıxarış fərqlidir, iddiaçı tərəfindən sistemə yüklənmiş çıxarışda torpaq sahəsinin ölçüsü 0,96 ha qeyd olunub, reystrdə olan ölçü isə 0,88 ha qeyd olunub) iddiaçı tərəfindən saxtalaşdırıldığı aşkar şəkildə görülməkdədir. Bu və digər səbəblərdən də, hesab edir ki, iddia tələbi tam olaraq əsassızdır, heç bir əsası yoxdur və rədd olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, tam əsassız olduğu üçün iddiaçı “X17 Təsərrüfatı”MMCnin Cavabdeh qarşı qardırdığı “Əsassız varlanma tələbinə dair” iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh İdras qızının nümayəndəsi və vəkili Vəkil iddianı etiraf etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçınn vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, “X17 Təsərrüfatı”MMC-də briqadir vəzifəsində işləyir. Ferma tikilən zaman Ağdam rayonu Əfətli kəndindən torpaq sahələri almaq istədiklərini elan etmişlər. Ağdam rayonu Əfətli kəndindən 25 hektar torpaq almışlar. Cavabdeh onun qonşusudur, eyni zamanda uzaq qohumudur. Cavabdehin bacısı oğlu Vüsal adlı şəxs onlarla birlikdə fermada işləmişdir. Fermanın işçisi Vüsal ona Cavabdeh torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, Nümayəndə ilə danışmış, Nümayəndə isə həmin torpaq sahəsi almağa qərar vermişdir. Aralarında olan razılaşmaya əsasən Nümayəndə Cavabdeh İdras qızına onun vasitəsi ilə 2500 ABŞ dolları pul yollamış və imzalaması üçün müqavilə vermişdir. Pulu vermiş və müqaviləni imzaladıb Nümayəndə geri qaytarmışdır. Son 1 (bir) ilə qədər həmin torpağı onlar əkiblər. Bir il əvvəl torpağa cavabdeh tərəfindən arpa əkildiyini görmüşlər. Cavabdehlə əlaqə saxlanılmış pulu və ya torpağı qaytarması tələb olunmuş, lakin nə torpaq nə də pul qaytarılmamışdır. Əlaqə zamanı cavabdeh müqavilənin müddətinin sona çatdığını bildirmişdir. Cavabdeh İdras qızı ilə müqavilə 2011-ci ildə bağlanmış və 2500 ABŞ dolları ödənilmişdir. Ferma icarə müqaviləsi əsasında torpaq sahəsindən istifadə etməyibdir. Aldıqları torpaq sahələrini nağd pul verərək alqı-satqı müqaviləsi əsasında almışlar. Alınan bütün torpaq sahələri onun vasitəsi ilə alınıb və aldıqları bütün torpaq sahələrinin pulu onun vasitəsi ilə torpaq sahiblərinə göndərilmişdir. İşdə olan Ağdam rayon Əfətli kənd nümayəndəliyi tərəfindən verilmiş 05 may 2017ci il tarixli, AZ-T №026892 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1971-ci il tarixdə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, atası X7, anası X2r. İşdə olan 20 aprel 2000-ci il tarixli JN 103 (kod: ********) saylı torpaga mülkiyyət hüququna dair Dovlət aktının surətindən görünür ki, X5 və X3 Ağdam rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 02 dekabr tarixli 07 saylı qərarı ilə Ağdam rayonu, Əfətli kəndindin ərazisindən 0.96 hektar torpaq sahəsi verilmişdir. İşdə olan 11 noyabr 2011-ci il tarixli öhdəlik müqaviləsindən görünür ki, X6, Cavabdeh və "X17 Təsərrüfatı" MMC arasında 2000-ci il tarixli 1114 nömrə (kod:60903005, JN-103) ilə qeydiyyata alınmış dövlət aktına əsasən onlara məxsus olan Ağdam rayonu Əfətli kəndi ərazisində yerləşən 0,96 hektar torpaq sahəsini “X17 Təsərrüfatı MMC-yə satmışlar və razılaşdırılmış alqı-satqı məbləğini tam olaraq alıcıdan almışlar. Satıcı öhdəsinə götürmüşdür ki, müqavilə Aılıcının tələb etdiyi zaman notarial qaydada rəsmiləşdiriləcəkdir. Tərəflər təsdiq edirlər ki, torpağın razılaşdırılmış dəyəri tam məbləğdə “X17 Təsərrüfatı” MMC tərəfindən ödənilmişdir və alıcının müqavilə üzrə heç bir borcu qalmamışdır. Müqavilə imzalandığı andan qüvvəyə minir və hüquqi qüvvəyə malikdir. İşdə olan Ağdam RİHB-nın Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ № 602259 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü ildə ölmüşdur. İşdə olan xx.xx.2017-ci il tarixli ƏN-İ №536027 nömrəli etibarnamədən görünür ki, Cavabdeh İdras qızı Azərbaycan Respublikasının bütün idarə və təşkilatlarında, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarələrində, ASAN xidmət mərkəzlərində, Ədliyyə Nazirliyində, Notariat kontorlarında və digər aidiyyatı orqanlarda məni təmsil etməyi, Ağdam rayon Qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnaməni almağı, miras əmlakdakı ona düşən paya uyğun vərəsəlik şəhadətnaməsi almağı, mülkiyyətimdə olan Ağdam rayonunun Əfətli kəndində yerləşən 0,96 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı adından alqı satqı müqaviləsi bağlamağı, bununla bağlı lazımi sənədləri imzalamağı, göstərilən torpaq sahəsi ilə bağlı reyestrdən çıxarış və yeni cizgilər əsasında texniki pasport almağı, əmlakın girovda və ipotekada olmaması barədə arayış almağı, ərizələr və digər sənədləri təqdim etməyi və almağı, ərizə və digər sənədləri imzalamağı, hazır sənədləri almağı, aparılacaq sənədləşdirmə işlərində lazımı sənədlərin imzalanmağı, Azərbaycan Respublikasının məhkəmələrində iddia qaldırmağı, iddia ərizəsini imzalamağı, həmçinin məhkəmənin bütün qərar, qətmanə və « qərardadlarından yuxarı məhkəməyə verilmiş şikayət ərizələrini imzalamağı, iddia tələblərindən tam və ya qismən imtina etməyi, iddianın predmeti və ya əsasını dəyişdirməyi, barışıq sazişi bağlamağı, məhkəmə aktından şikayət verməyi, məhkəmə aktının məcburi icrasını tələb etməyi, məhkəmə aktının icrasında iştirak etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar zəruri olan digər bütün hərəkətləri etməyi X8 və Nümayəndə etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilib və 20403/2017 tarixtdək qüvvədə olmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli AR-İ № 585632 nömrəli etibarnamədən görünür ki, Cavabdeh İdras qızı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarələrində, ASAN xidmət mərkəzlərində, Ədliyyə Nazirliyində, Notariat kontorlarında və digər aidiyyəti orqanlarda onu təmsil etməyi, Agdam rayon Qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnaməni almağı, miras əmlakdakı ona düşən paya uyğun vərəsəlik şəhadətnaməsi almağı, mülkiyyətində olan Ağdam rayonunun Əfətli kəndində yerləşən 0,96 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı adından alqı satqı müqaviləsi bağlamağı, bununla bağlı lazımi sənədləri imzalamağı, göstərilən torpaq sahəsi ilə bağlı reyestrdən çıxarış və yeni cizgilər əsasında texniki pasport almağı, əmlakın girovda və ipotekada olmaması barədə arayış almağı, ərizələr və digər sənədləri təqdim etməyi və almağı, ərizə və digər sənədləri imzalamağı, hazır sənədləri almağı, aparılacaq sənədləşdirmə işlərində lazımı sənədlərin imzalanmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar zəruri olan digər bütün hərəkətləri etməyi X8 və Nümayəndə etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilib və xx/xx/2019 tarixtdək qüvvədə olmuşdur. İşdə olan Cavabdeh tərəfindən Ağdam Rayon Məhkəməsinə ünvanlanmış iddianın etirafı haqqında notarial qaydada xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh ərizəsində 20 aprel 2000-ci il tarixli 1114 nömrə ilə (kod:60903005, JN-103) qeydiyyata alınmış dövlət aktına əsasən anası- X1 və ona məxsus olan Ağdam rayonu, Əfətli kəndində yerləşən 0.96 hektar torpaq sahəsini 11 noyabr 2011-ci il tarixli öhdəlik müqaviləsinə əsasən “X17 Təsərrüfatı” MMC-yə satmışlar. Torpaq sahəsinin satdıqlarından bir müddət sonra anası- İbrahimova Nuridə vəfat etmişdir. Həmin vaxt rəsmiləşdirmə işlərini həyata keçirə bilməmişlər. Hal-hazırda “X17 Təsərrüfatı” MMC iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək 11 noyabr 2011-ci il tarixli öhdəlik müqaviləsinə əsasən torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraf edir ki, Ağdam rayonu, Əfətli kəndində yerləşən 0,96 hektar torpaq sahəsini 11 noyabr 2011-ci il tarixli öhdəlik müqaviləsinə əsasən “X17 Təsərrüfatı” MMC-yə satmışlar və torpağın razılaşdırılmış alqı-satqı məbləğini “X17 Təsərrüfatı” MMC-dən tam almışlar və həmin ildə torpağı cəmiyyətə təhvil vermişlər. Həmin vaxtdan torpaq sahəsi Cəmiyyətin sahibliyində və istifadəsində olmuşdur və cəmiyyət tərəfindən əkilib-becərilmişdir. “X17 Təsərrüfatı” MMC-yə qarşı heç bir iddia və tələbləri yoxdur. İddia tələbinin təmin olunmasına etiraz etmir və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, № ******* nömrəli çıxarışdsan görünür ki, Ağdam rayonunun, Əfətli kəndində yerləşən 0,96 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh İdras qızının xüsusi mülkiyyətindədir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, № 3-21-3-46/2-3263/25 saylı məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, Ağdam rayonu, Əfətli kəndində yerləşən JN- 103 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2 nəfər ailə üzvü ilə birlikdə olan 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixli, 2V-43 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 adından Cavabdeh vərəsəlik edilmiş və 0.88 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. (0.96 ha torpaq sahəsi TEKUİS-də 0.88 ha işlənmişdir. Azalma ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilmişdir.) İşdə olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli, № 02/2294 və № 02/2295 nömrəli arayışlardan görünür ki, Ağdam rayonu, Əfətli kəndi ərazisində 2017-ci il tarixinə 1.0 ha torpaq sahəsinin dəyəri 3000 (üç min) manat təşkil etmişdir. İşdə olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli, № 02/30831 nömrəli arayışdan görünür ki, Ağdam rayonu, Əfətli kəndi ərazisində 2024-cü il tarixinə 0.88 ha torpaq sahəsinin dəyəri 2600 (iki min altı yüz) manat təşkil etmişdir. İşdə olan AN-İ №0661872, AN-İ №0525163, AN-İ №06611424 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “X17 Təsərrüfatı” MMC Ağdam rayonu, Əfətli kəndi ərazisindən digər torpaq sahələri almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İdras qızı və onun mərhum anası X6 iddiaçı «X17 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2011-ci ildə Ağdam rayonunun Əfətli kəndində yerləşən 0,96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuş, həmin torpağa görə iddiaçı cəmiyyət tərəfindən Cavabdeh 2500 (iki min beş yüz) ABŞ dolları ödənilmiş və mülkiyyətçilər alqısatqı müqaviləsini alıcının tələb etdiyi zaman notarial qaydada rəsmiləşdirməyi öhdələrinə götürmüşlər. Torpağın mülkiyyətçilərindən olan X6 xx.xx.2013-cü ildə ölmüş və Cavabdeh anasından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınmışdır. Cavabdeh sonradan öhdəliyini yerinə yetirməmiş və buna görə tərəflər arasında olan razılaşma pozulmuşdur. İddiaçı cəmiyyət tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh torpağın alqı-satqısı ilə əlaqədar aldığı 2500 (iki min beş yüz) ABŞ dollarını iddiaçı cəmiyyətə qaytarmaqdan imttna etmişdir. Buna görə də, iddiaçı cəmiyyət hazıkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmn Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında iddiaçı cəmiyyətin direktoru Nümayəndə vərəsəlik məsələləri ilə bağlı 500 (beş yüz) manat, yol xərcinə 150 (bir yüz əlli) manat vəsait xərcləndiyini göstərsə də, həmin halları təəsdiq edən ötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdirlər. Məhkəmə iclasında cavabdehin nüayəndəsi (vəkil) Vəkil mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçı cəmiyyətə icarəyə verildiyini göstərsə də, həmin halı təəsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Cavabdeh İdras qızından 2500 (iki min beş yüz) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin alınıb iddiaçı cəmiyyətə verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 62.5 (altmış iki manat əlli qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı cəmiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İdras qızından 2500 (iki min beş yüz) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 62.5 (altmış iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı “X17 Təsərrüfatı” MMC-yə verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-1291/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1291/2025
13.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver