Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1325/2025 24.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi (vəkil) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 qızıl-zinət əşyalarını özündə saxlamaqla ona (iddiaçıya) vurduğu ziyanın əvəzi olaraq 11441 (on bir min dörd yüz qırx bir) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(107)-1821/2021 saylı qətnaməsi ilə Cavabdeh, badam formalı brilyant sırğa-üzük dəsti - 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 2200 (iki min iki yüz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 550 (beş yüz əlli) manat; sep-bilərzik dəsti - sepin çəkisi 10 qram, bilərziyin çəkisi 4.2 qram, ümumi qızıl çəkisi 14.2 qram olmaqla, qiyməti 750 (yeddi yüz əlli) manat; ağ qaşlı uşaq sırğası - 3 qram çəkidə, əyarı 585, qiyməti 120 (bir yüz iyirmi) manat; uşaqlar üçün 2 ədəd qızıl bilərziklər - hər biri 2 qram olmaqla, əyarı 583, qiyməti hər biri 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat və digər məişət əşyalarının dəyərinin alınıb ona (iddiaçıya) verilməsi qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(102)-2747/2024 saylı qətnaməsi ilə qanuni qüvvədə saxlanılmışdır. Məişət əşyalarının üzərinə həbs qoyulsa da qızıl-zinyət əşyaları mövcud olmadığından onların üzərinə həbs qoyulması mümkün olmamışdır. Cavabdeh ona qarşı həmin əşyaların dəyərinin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilməmişdir. Bununla da öz təsdiqini tapmışdır ki, cavabdeh onun (iddiaçının) mülkiyyətində olan əmlakların dəyərini ödəməyə çalışır. Məhkəmə qətnaməsi qəbul olunarkən qızıl əşyalarının dəyəri 2013-cü ildə toyları olarkən qızıllarda mövcud olmuş birka qiymətləri əsas götürüldüyündən, hazırda cavabdeh 2013-cü ilin dəyəri ilə qızılların dəyərini ödəməyə çalışır. Bununla isə onun (iddiaçının) hüquqları pozulur. Cavabdeh vicdansız sahib olaraq onun əmlakını qanunsuz olaraq özündə saxlamaqla, həmin əşyaların əsl dəyərindən xeyli aşağı məbləği ona ödəməklə qalan vəsaiti əlində saxlamağa çalışır. Qızıl əşyalarının özünün qaytarılmasını gözlədiyindən hazırki müddətə qədər iddia qaldırmamışdır. Cavabdeh isə icra üsulunun dəyişdirilməsi barədə ərizə verməklə əşyalarının naturada qaytarılmayacağını göstərdiyindən hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1 və 157.5-ci maddələrinə istinad edərək, Cavabdeh qızıl-zinyət əşyalarını özündə saxlamaqla ona vurduğu ziyanın əvəzi olaraq 11441 (on bir min dörd yüz qırx bir) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh qızıl-zinyət əşyalarını özündə saxlamaqla ona vurduğu ziyanın əvəzi olaraq 11441 (on bir min dörd yüz qırx bir) manat pulun və 2021-ci ildən ödəmədiyi 4441.36 manat gecikdirilən məbləğinə illik 5 faiz məbləğinin alınıb ona veriməsinə dair qətnamə çıçxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddianın həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin və iddianın həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, ididanın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını arışdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmn edilməlidir. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(107)-1821/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh, X4 və X6 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 09 iyun 2021ci il tarixli 2(039)-438/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qətnamə çıxarılması və iddianın qismən təmin edilməsi, Cavabdeh, badam formalı brilyant sırğaüzük dəsti - 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 2200 (iki min iki yüz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 550 (beş yüz əlli) manat; sep-bilərzik dəsti - sepin çəkisi 10 qram, bilərziyin çəkisi 4.2 qram, ümumi qızıl çəkisi 14.2 qram olmaqla, qiyməti 750 (yeddi yüz əlli) manat; ağ qaşlı uşaq sırğası - 3 qram çəkidə, əyarı 585, qiyməti 120 (bir yüz iyirmi) manat; uşaqlar üçün 2 ədəd qızıl bilərziklər - hər biri 2 qram olmaqla, əyarı 583, qiyməti hər biri 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat; mebel yataq dəsti (termo, şifoner, tümbalar, qoşa çarpayı, oturacaqlar) - 3000 manat, gecə lampası- 2 ədəd - 60 manat, şəkil — (divardan asılma) - 10 manat, qorka mebel - 900 manat, pianino - 800 manat, divan və kiçik masa - 1500 manat, 3 ədəd 3x2 m xalçalar, 1 ədədi Təbriz - 700 manat, 1 ədədi Kaşmir - 500 manat, 1 ədədi Türk malı 300 manat olmaqla, cəmi 1500 manat, 2 ədəd 1.5 x 0.5 m ölçüdə xırda xalça - 50 manat, 3 otağın 16 metrə pərdələri 500 manat, ütü - 50 manat, ütü stolu - 50 manat, 1 ədəd iki nəfərlik, 2 ədəd bir nəfərlik döşək - 280 manat, 1 ədəd iki nəfərlik, 2 ədəd bir nəfərlik yorğanlar — 240 manat, 6 ədəd tük balınc — 180 manat, 4 ədəd sintifon balınc - 100 manat, 4 ədəd pakrıval, (1 ədədi işləməli, qaşlı, balınclı - 350 manat, 1 ədədi buxovıy - 120 manat, 1 ədədi sintifon - 30 manat, 1 ədədi yun - 60 manat olmaqla) - 560 manat, 1 ədəd divan üstü -90 manat, 2 ədəd uşaq yorğanı, 2 ədəd uşaq döşəyi, 2 ədəd sintifon balınc - 300 manat, 1 ədəd uşaq üçün buxovıy odeyal 30 manat, 1 ədəd uşaq üçün nazik odeyal 15 manat, 1 ədəd 8 şamlı, xrustal çilçıraq - 350 manat, 1 ədəd 3 gözlü çilçıraq - 50 manat, 2 ədəd sok çəkən - 40 manat və 60 manat olmaqla, cəmi 100 manat, Lepkalı qaşlı 2 ədəd meyvə qabı, 1 ədəd güldan böyük - 500 manat, VEST Qold qazan dəsti - 8 ədədli - 240 manat, nerj qazan dəsti -6 ədədli 70 manat, tuj qazan dəsti - 6 ədədli - 50 manat, 10 ədəd can dəsmalı - 150 manat, 25 ədəd əl-üz dəsmalı - 250 manat, 30 ədəd çay dəsmalı - 400 manat, şamdan 1 ədəd - 25 manat, tək nəfərli 6 ədəd pastel dəsti — 6 ədəd 250 manat, tək nəfərli işlənmiş pastel dəsti- 4 ədəd - 80 manat, cüt nəfərli pastel dəsti - 3 dəst - 200 manat, cüt nəfərli işlənmiş pastel dəsti - 120 manat, 5 ədəd süfrə (2 ədədi qaşlı işləməli, 1 ədədi krujevalı, 2 ədədi parça) - 300 manat, 3 ədəd klyonka süfrə - 30 manat, 1 ədəd zal üçün divar saatı - 50 manat, 1 ədəd uşaq otağına saat - 20 manat, 7 dəst bogema bakallar - cəmi 42 ədəd - 600 manat, 1 ədəd qrafinka dəsti bogema - 80 manat, qaşıq-çəngəl çemodan dəsti - 350 manat, 1 ədəd tuj vedrə, 2 ədəd aliminium vedrə, 2 kapron vedrə, 2 dəmir vanna, 2 kapron vanna, 10 kapron ləyən, 1 su dolçası - 100 manat, 4 ədəd böyük çuqun ləyən, 1 ədəd böyük aşsüzən — 100 manat, 2 ədəd oxlov, bir ədəd dördayaq, 1 ədəd ələk - 30 manat, 24 ədəd boşqab dəsti - 60 manat, 24 ədəd aura boşqab dəsti - 100 manat, 4 dəst fincan-nəlbəki dəsti - 100 manat, 12 ədəd xrustal stəkan — 120 manat, 12 ədəd nəlbəki- 40 manat, 12 ədəd kasa - 50 manat, 1 ədəd xrustal güldan - 45 manat, 1 ədəd xrustal ləpə qabı - 30 manat, ədəd xrustal kül qabı - 20 manat, 2 ədəd şüşə ləpə qabı - 10 manat, 2 ədəd qaşlı bogema mürəbbə qabı- 50 manat, 12 ədəd xrustal limon qabı - 30 manat, 2 şüşə qənd qabı - 10 manat, Tefal çaydan-çaynik dəsti - 70 manat, 4 ədəd çaynik - 40 manat, 1 dəst podnos - 3 ədədli - 45 manat, 2 ədəd plastmas podnos - 15 manat, sap naboru - 11 manat, 2 ədəd suvenir qoyun, 1 ədəd suvenir göz muncuğu, 1 suvenir su nasosu - 30 manat, 2 ədəd göy taxtası - 10 manat, 1 paltar səbəti - 20 manat, paraşok qabı - 2 ədəd - 12 manat, 1 dənə qab setkası - 15 manat, 1 ədəd paltar çemodanı böyükdiyircəkli - 150 manat, 1 ədəd supnik - 20 manat, 12 ədəd xrustal duz qabı - 20 manat, 6 ədəd xrustal rumka - 40 manat, 2 ədəd bogema konfet qabı 60 manat, 2 ədəd xrustal konfet qabı 60 manat, 2 ədəd konfet qabı şüşə - 10 manat, 3 ədəd tort qabı, keks qabları – biri böyük, 18 ədəd kiçik – 60 manat, 2 ədəd meyvə qabı - xrustal - 35 manat, 1 ədəd meyvə qabı-bogema - 60 manat, 1 ədəd böyük yerdən qoyulan güldan güllərlə -70 manat, 1 ədəd tozsoran 120 manat, 1 ədəd ətçəkən - 50 manat, 1 ədəd mikser 30 manat, 1 ədəd kofeçəkən - 25 manat, 1 ədəd euroluks paltaryuyan - 600 manat, 2 ədəd plastmas şkaf (uşaq üçün) - 50 manat, 1 ədəd elektrik tərəvəzdoğrayan - 25 manat, 2 ədəd saç feni qurudan və ütü - 75 və 25 manat olmaqla, 100 manat, Epilator - 20 manat, 1 ədəd qənd doğrayan, 1 ədəd balon ağzıaçan, 2 ədəd qatıqaçan, 1 ədəd sarımsaqəzən, 1 ədəd kartofsoyan, 4 ədəd mətbəx bıçağı, 1 ədəd kotletgötürən - 30 manat, 2 ədəd tefal tava - 25 manat, Tutalğac, qapaqaltı - 15 manat, Döşəmə yumaq üçün vedrə, 2 ədəd süpürgə-xəkəndaz - 20 manat, yay odeyalı - 1 ədəd taxt üçün - 35 manat, uşaq odeyalı, buxovıy, kiçik ölçülü - 3 ədəd - 50 manat, parça şifoner - 30 manat, daraq dəsti - 7 manat, böyük yolka oyuncaqları və işiğı ilə bərabər - 100 manat, ərzaq saxlamaq üçün nabor - 2 dəst - 15 və 10 manat, cəmi - 25 manat, 6 ədəd qulplu stəkan - 12 manat, 4 ədəd kola stəkanı - 6 manat, 8 ədəd su fincanı - 15 manat, 2 dənə beta stəkan nəlbəki - 4 manat, su qrafini - şüşə - 4 manat, 3 ədəd şotka paltar, gəbə, patalok üçün dəst - 18 manat, 2 ədəd çay termosu, böyük və uşaq üçün - 30 manat, tefal qaşıqlar - dəst 3 ədəd - 16 manat, 2 ədəd salfet qabı kapron - 5 manat, 6 ədəd plov üçün bulud - 15 manat, Pesok qabı, 1 ədəd - 7 manat, 10 ədəd 3 litrlik balon, 20 ədəd kiloluq banka, 15 ədəd 0.5 litrlik banka, 30 ədəd aroma bankası, boş halda - 40 manat, 3 ədəd ağ gilas mürəbbəsi balonu, 2 kiloluq qırmızı moruq mürəbbəsi, 1 ədəd kiloluq çiyələk mürəbbəsi, 1 kiloluq heyva mürəbbəsi, 1 kiloluq gilənar mürəbbəsi - 60 manat, 25 ədəd veşilka - 50 manat, 2 ədəd uşaqların böyüdülmüş şəkli - 15 manat, 2 ədəd kukla maşa, 2 yekə ayı, 1 ədəd qız kukla, 1 ədəd pələng, 1 ədəd dovşan balaları ilə birlikdə, 1 ədəd üçbaşlı ilan, 1 ədəd saçlı qız kukla, 1 ədəd siçan kukla, maşınlar - 150 manat, 3 ədəd çətir, 3 ədəd dezodorant - 25 manat, 3 ədəd ətir - 40 manat, 1 ədəd uşaq otağı üçün gecə lampası - 7 manat, 3 ədəd qol saatı - 30 manat, 1 keratin şampun - 20 manat, 2 dəst yemək və çay qabı (okulbəsləmə çantası)- 28 manat, icra vaxtı həmin əmlaklar naturada olmadıqda isə onların dəyərinin alınaraq, İddiaçı xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022ci il tarixli, 2(102)-2747/2022 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmədən. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1821/2021 nömrəli iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(039)-2/2023 saylı qəraradadından görünür ki, İddiaçı məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(107)-1821/2021 saylı qətnaməsi ilə alınaraq tələbkar İddiaçı verilməli olan 4120 manat indeksasiya edilməklə 4441.36 manat həcmində icra olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı sifariş edərək, təqdim etdiyi siyahı üzrə qızıl-zinət əşyalarının qiymətləndirilməsi prosesində brilyant sırğa-üzük dəsti - 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 6099 (altı min doxsan doqquz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 6949 (altı min doqquz yüz qırx doqquz) manat; sep-bilərzik dəsti - çəkisi 14.2 qram, qiyməti 2451.5 (iki min dörd yüz əlli bir manat əlli qəpik) manat; ağ qaşlı uşaq sırğası - 3 qram çəkidə, əyarı 585, qiyməti 404 (dörd yüzdörd) manat; qızıl bilərziklər - 4 qram, əyarı 583, qiyməti 536.36 (beş yüzotuz altı manat otuz altı qəpik) manat olmaqla, qızılların cəmi dəyəri 16439.86 (on altı min dörd yüz otuz doqquz manat səksən altı qəpik) manat müəyyən edilmişdir. İşdə olan Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 21 oktyabr 2025-ci il tarixli, 155373/1 məktubundadn görünür ki, Cavabdeh icra vərəqəsində adları qeyd olunmuş cehiz əmlaklarının özləri, özləri olmadıqda isə cəmi dəyəri olan 4441.36 manat borcun alınaraq tələbkar İddiaçı ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1821/2021 saylı, 24 dekabr 2021-ci il tarixli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Həmin tarixdə icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək məhkəməyə və tələbkara rəsmi məlumat verilməklə yanaşı, tələbin təmin olunması üçün borcluların icra sənədi üzrə yaşayış ünvanına bildiriş göndərilmişdir. “Elektron İcra” İnformasiya sistemində borclu şəxsin əmlak və gəlir yeri aşkar olunmamışdır. Lakin borclu özü icra şöbəsinə ərizə ilə müraciət edərək əmək haqqı almasını, aylıq alimenti tutulduqdan sonra qalıq pulun hər ay cehiz işi üzrə tutulmasını xahiş etmişdir. Lakin tələbkar tələbin tam təmin olunmasını istədiyi üçün hissə-hissə ödənişə etiraz edərək bank hesabı təqdim etməkdən imtina etmişdir, (tələbkar faktiki olan mövcud olan cehiz əmlakları götürməkdən imtina edərək, qızılların qaytarılmasını tələb edir). Bu barədə rəsmi ərizə ilə münasibət bildirmişdir. Belə olan halda borc üzrə olan əmlakların götürülməsi, olmayan əmlakların isə dəyərinin ödənilməsi mümkün olmamışdır. İcra işi hazırda nəzartdədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1821/2021 saylı qətnaməsi ilə qızıl-zinət əşyaları tələbinə dair hissədə Cavabdeh cəmi 4120 (dörd min bir yüz iyirmi) manat dəyərində qızıl-zinət əşyalarının, icra vaxtı həmn əmlaklar naturada olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra İddiaçı məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 8(039)- 2/2023 saylı qəraradadı ilə ərizə qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(107)-1821/2021 saylı qətnaməsi ilə alınaraq tələbkar İddiaçı verilməli olan 4120 manat indeksasiya edilməklə 4441.36 manat həcmində icra olunması qərara alınmışdır. İddiaçı Cavabdeh həmin əşyaların dəyərinin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyini, lakin ərizənin təmin edilmədiyini, bununla da cavabdehin onun (iddiaçının) mülkiyyətində olan əmlakların dəyərini ödəməyə çalışdığının təsdiq olunduğunu, məhkəmə qətnaməsi qəbul olunarkən qızıl əşyalarının dəyərinin 2013cü ildə toyları olarkən qızıllarda mövcud olmuş birka qiymətləri əsas götürüldüyündən, hazırda cavabdehin 2013-cü ilin dəyəri ilə qızılların dəyərini ödəməyə çalışdığını, bununla onun (iddiaçının) hüquqlarının pozulduğunu, Cavabdeh vicdansız sahib olaraq onun əmlakını qanunsuz olaraq özündə saxlamaqla, həmin əşyaların əsl dəyərindən xeyli aşağı məbləği ona ödəməklə qalan vəsaiti əlində saxlamağa çalışdığını, Cavabdeh icra üsulunun dəyişdirilməsi barədə ərizə verməklə əşyalarının naturada qaytarılmayacağını göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olma başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixlə Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi müddəası digər real zərərlərdə olduğu kimi gecikdirmə müddəti ərzində pulun dəyərinin azalması şəklində ifadə olunan zərər anlayışını da özündə ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin göstərməyi vacib bilir ki, öhdəliyin icra edilməməsi zamanı faizlərin ödənilməsi ilə bağlı qanunvericilikdə bir sıra tənzimləmələr nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələrində müvafiq olaraq aşağıdakı müddəalar təsbit edilmişdir: - Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; - özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; - kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Qanunvericinin Mülki Məcəllənin yuxarıda göstərilən normalarda ifadə etdiyi bu mövqeyi borclunun öhdəliyin icrasından yayınmasının qarşısını almağa, həmçinin öhdəliyin pozulması nəticəsində borcverənin üzləşdiyi zərərin kompensasiya edilməsinə yönəldilmişdir. İş materiallarından müəyyən edildiyi kimi cavabdeh məhkəmə qətnaməsi ilə ondan alınaraq iddiaçıya verilməsi müəyyən edilmiş qızıl-zinət əşyalarını, həmin əmlaklar naturada olmadıqda isə dəyərini iddiaçıya verməli olduğu halda, hazırkı vaxtadək nə əşyaları, nə də həmin əşyaların dəyərini iddiaçıya verməmişdir. İddiaçı Cavabdeh qızıl-zinət əşyalarını özündə saxlamaqla ona 11441 manat ziyan vurduğunu göstərsə də, həmin ziyanın nədə ifadə olunduğuna aydınlıq gətirə və iddianın həmn hissədə əsaslılığına dair mötəbər sübutlırını məhkəməyə təqdim edə bilməmişdir. Belə halda məhkəmə hesab edir ki, iddia qismən, yəni 2021-ci ildən qızıl-zinət əşyalarının dəyəri olan və ödənilməyən 4120 manat üçün illik 5 faizin tutulması hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, 4120 manat pulun 2021-ci ildən gecikdirilərək ödənilmədiyi 5 ilə görə hər il üçün illik 5 faiz pul məbləği (4120 x 5 ÷ 100 = 206 manat, 206 x 5 il = 1030 manat), yəni cəmi 1030 (bir min otuz) manat pulun Cavabdeh alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(107)-1821/2021 saylı qətnaməsi (qızıl-zinət əşyalarının dəyərinə aid hissədə) ilə tutulmalı olan 4120 (dörd min bir yüz iyirmi) manat pula görə (2021-2025-ci illər üzrə 5 il üçün) illik 5% faiz hesablanmaqla (4120 x 5 ÷ 100 = 206 manat, 206 x 5 il = 1030 manat) cəmi 1030 (bir min otuz) manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30.3 (otuz manat otuz qəpik) dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. İdda qalan hissədə əsassız olduğundan təmn edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-1325/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1325/2025
24.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver