Məhkəmə qərarları › İş №e-2(039)-1382/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1382/2023

08.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1382/2023 08.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi maraqlı şəxs Cavabdeh qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2823.48 manat, işsizlikdən sığorta fonduna olan 66 manat, icbari tibbi sığorta fonduna olan 105.41 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Cavabdeh barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəni onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 05 aprel 2023-cü il tarixə vergi ödəyicisi olan Yevlax rayonu Cırdaxan Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2823.48 manat, İşsizlikdən sığorta fonduna 66 manat, dövlət büdcəsinə 03 manat məbləğində (o cümlədən, vergilər üzrə 03 manat), İcbari Tibbi Sığorta Fonduna 105.41 manat, olmaqla, ümumilikdə 2929.58 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 18 yanvar 2023-cü il tarixli **********840900, 18 yanvar 2023-cü il tarixli **********603500, 18 yanvar 2023-cü il tarixli **********53490005, 18 yanvar 2023-cü il tarixli **********949800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin baş direktoru Elnur Teymurov ərizəyə məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi haqqında ərizə əlavə edərək, məhkəmə baxışının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 355- 7.2-ci maddəsinə əsasən məhkəmə, maraqlı şəxsin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh şəxsi hesab vərəqindən görünür ki, onun vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergilər üzrə vergilər üzrə Dövlət Sosial Müdafiə Fonduna 2823.48 manat, İşsizlikdən sığorta fonduna 66 manat, dövlət büdcəsinə 03 manat məbləğində (o cümlədən, vergilər üzrə 03 manat), İcbari Tibbi Sığorta Fonduna 105.41 manat, olmaqla, ümumilikdə 2929.58 manat borcu vardır. Azərbaycan Respublikası Konstitutsiyasının 73-cü madəsinin İ-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək Vergi orqanlarının hüquqdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikasının MPM-nin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Azərbaycan Respublikasının MPM-nin 355-7.4-cü maddəsinə əsasənvergi ödəcəyi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh dövlətə olan vergi borcunun ödənilməsinin təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 305.12, 355-7 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxx 1950-ci il tarixdə Yevlax rayonu, Cırdaxan kəndində anadan olmuş, Yevlax rayonu, Cırdaxan kəndində qeydiyyatda olan Cavabdeh (şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi AZE 0*******) Dövlət Sosial Müdafiə Fonduna 2823.48 manat, İşsizlikdən sığorta fonduna 66 manat, dövlət büdcəsinə 03 manat məbləğində (o cümlədən, vergilər üzrə 03 manat), İcbari Tibbi Sığorta Fonduna 105.41 manat, olmaqla, ümumilikdə 2929.58 manat borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar