Məhkəmə qərarları › İş №e-2(039)-142/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-142/2025

14.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-142/2025 14.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı pul və tələbin nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Baş X17 İdarəsinin həyətində yerləşən 48 saylı Notariusun qarşısında Yevlax rayon sakini Cavabdeh ona (iddiaçıya) məxsus **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu 14000 manat pul vəsaiti müqabilində alması barədə razılığına gəlmişlər və xx.xx.2023-cü il tarixdə etibarnaməsasında həmin yarımqoşqu cavabdehin adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh ona (iddiaçıya) məxsus olan yarımqoşqunun pulunu vermək əvəzinə onun (cavabdehin) xəbəri olmadan yarımqoşqunu xx.xx.2023-cü il tarixdə X10 adına rəsmiləşdirmişdir. Dəfələrlə ona (iddiaçıya) məxsus yarımqoşqunu və ya 14000 manat pul vəsaitini qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə həmin pul vəsaitini qaytarmaqdan yayınmışdır. X13 isə öz növbəsində yarımqoşqunu xx.xx.2023-cü il tarixdə X7 adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin şəxsin mülkiyyətindədir. Bundan sonra o (iddiaçı) əlacsız şalaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh verdiyi etibarnaməni ləğv etdirmək məcburiyyətində qalmışdır. Sonuncu dəfə cavabdehlə əlaqə yaratdıqda, ondan ya qoşqunu geri qaytarmasını, ya da 14000 manat pul vəsaitini qaytarmasını tələb etmiş, cavabdeh isə ona cavabında hədə-qorxu gələrək hara istəyirsə şikayət etməsini və heç kimdən qorxmadığını bildirmişdir. Bundan sonra o (iddiaçı) məcbur qalaraq Binəqədi RPİ-nə müraciət etmiş, İstintaq şöbəsində material üzrə araşdırma aparılaraq izahatları alınmış və cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Çoxsaylı şikayətlərdən sonra cavabdeh pulun müəyyən hissəsini qaytarsa da, 5000 (beş min) manatı bu günədək qaytarmamışdır. Hesab edir ki, ona (iddiaçıya) məxsus yarımqoşquya dair vermiş olduğu etibarnamə etibarsız hesab edilərək, onun (iddiaçının) mülkiyyətinə qaytarılmalı və yaxud razılaşdıqları pul vəsaiti cavabdeh tərəfindən ona ödənilməlidir. Mübahisə predmeti olan pul vəsaitinin yaranma səbəbi ona (iddiaçıya) məxsus Cavabdeh tərəfindən onun (iddiaçının) etibarından istifadə edilməklə üçüncü şəxs X10, sonradan isə digər üçüncü şəxs X7 adına qeydiyyata alınmış **-ZX-*** dövlət qeydiyyat nişanlı, YUKSEL markalı yarımqoşqudur. Bu səbəbdən məhkəmə araşdırması zamanı pul vəsatinin qaytarılması üçün tələbin mübahisə predmeti olan həmin yarımqoşquya yönəldilməsi zərurəti yaranacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-cimaddəsinə görə Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 385.2-ci maddəsinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətlərizamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-cimaddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 5000 manat pul vəsatinin həmin pul vəsaitinə görə xx.xx.2023cü il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər olan dövr ərzində bank faizinin uçot dərəcəsinə müvafiq olan məbləğinin alınaraq ona (iddiaçıya) verilməsinə və həmin tələbin mübahisə predmetinə əsas olmuş **-ZX-*** dövlət qeydiyyat nişanlı, YUKSEL markalı yarımqoşquya yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh 5000 manat pul vəsatinin həmin pul vəsaitinə görə xx.xx.2023-cü il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər olan dövr ərzində bank faizinin uçot dərəcəsinə müvafiq olan məbləğinin alınaraq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmlidir. Belə ki, işdə olan X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yazılı izahatdan görünür ki, Kənan Abdullazadə izahatında həmin tarixdə İddiaçı aralarında olan razılaşmaya əsasən yarımqoşqunu 14000 manata alması barədə razılığa gəldiklərini, həmin məbləğdən 8500 (səkkiz min beş yüz) manatını ödədiyini göstərmiş, qalan 5500 (beş min beş yüz) manatı isə 2023-cü ilin sentyabr ayınadək İddiaçı ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə olan komputer bazasından çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan Yuksel markalı, 99ZX924 qeydiyyat nişanlı yarımqoşqunu xx.xx.2023-cü il tarixdə X6 etibar etmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və qeyd edilən nəqliyyat vasitəsi alqı-satqı müqviləsinə əsasən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İşdə olan «Elektron notariat» X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə X4 adına verilmiş etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı X8 barəsində şikayəti həmin şöbədə araşdırılmış və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, X8 araşdırma zamanı verdiyi izahatında İddiaçı 14000 (on dörd min) manat müqabilində yarımqoşqu aldığını, həmin məbləğdən cəmi 9000 (doqquz min) mantını ödədiyini, qalan 5000 (beş min) manat pulu isə 2 ay müddətində ödəyəcəyinə dair söz vermişdir. Beləliklə, məhkəmə iclasında müəyən edilmişdir ki, 21 aprel 2023-cü il tarixdə cavabdeh X8 İddiaçı sonuncuya məxsus yarımqoşqunu 14000 (on dörd min) manat müqabilində alması barədə razılığa gəlmişlər. Həmin yarımqoşquya görə cavabdeh Kənan Abdullazadə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 8500 (səkkiz min beş yüz) manat ödənilmiş, Kənan Abdullazadə tərəfindən bu barədə yazılı izahat verilmiş və qalan borcunu 2023-cü ilin sentyabr ayınadək ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçı tərəfindən həmin yarımqoşquya dair cavabdehin adına xx.xx.2023-cü il tarixdə etibarnamə verilmiş, lakin cavabdeh qalan borcunu ödəmədiyindən iddiaçı tərəfindən həmin etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv etdirilmişdir. Sonrakı vaxtlarda cavabdeh borcundan 500 (beş yüz) manat ödəmiş, lakin qalan 5000 (beş min) manat borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı Bakı şəhəri Binəqədi RPİ-ə şikayət etmiş, həmin şikayət əsasında araşdırma aparılmış, araşdırma zamanı X2 Rasim Cavanşir oğlundan 14000 (on dörd min) manat müqabilində yarımqoşqu aldığını etiraf etmiş, həmin məbləğdən cəmi 9000 (doqquz min) mantını ödədiyini göstərmiş və qalan 5000 (beş min) manat pulu isə 2 ay müddətində ödəyəcəyinə dair söz vermişdir. Tərəflər arasından yaranmış mübahisə mülki xarakterli olduğundan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilərək, şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, iddia 5000 (beş min) manat pul tələbinə dair hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın 5000 manat pul vəsaitinə görə xx.xx.2023-cü il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər olan dövr ərzində bank faizinin uçot dərəcəsinə müvafiq olan məbləğin cavabdehdən tutulması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onunödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bankuçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3.-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasənona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehdən 2024-cü ilin aprel ayından məhkəmə qətnaməsi qəbul edildiyi tarixədək, yəni 1 il 10 ay müddət üçün illik 5 faiz 458.3 (dörd yüz əlli səkkiz manat otuz qəpik) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Fizuli rayonundan olan məcburi köçkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 5000 (beş min) manat və 1 il 10 ay müddət üçün illik 5% hesblanmaqla 458.3 (dörd yüz əlli səkkiz manat otuz qəpik) manat, cəmi 5458.3 (beş min dörd yüz əlli səkkiz manat otuz qəpik) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh X3 74.59 (yetmiş dörd manat əlli doqquz qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar