Məhkəmə qərarları › İş №e-2(039)-1547/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1547/2023

23.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1547/2023 23.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsinə tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1339 manat və ödənilmiş dövlət rüsumuna görə 43.39 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh2 məxsus ** BB *** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Mingəçevir şəhəri, Gəncə şosesi ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21214” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “VAZ 21214” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1339 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Bu fakt AR-İ № 827519 saylı etibarnamədə də öz əksini tapmışdır. Belə ki, etibarnamənin verilən səlahiyyətlər hissəsinin son cümləsində qeyd edilmişdir ki, bu etibarnamə “X4” Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. "xxxx" ASC tərəfindən Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş, xx.xx.2023-cü il tarixdə subroqasiya hüququna əsasən 1339 manat pul vəsaitinin Cəmiyyətinə ödənilməsi barədə bildiriş göndərilmiş, Cavabdeh2 həmin bildirişi qəbul etməkdən imtina etmişdir. Hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 30 il əvvəl həmin maşını etibarnamə əsasında satmış, avtomobilin harada olmasından məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktından müəyyən olunur ki, PQA********** saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “VAZ 21214” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri Gəncə şosesi yol nəqiliyyat hadisəsi baş verən hadisəsi zamanı avtomobil ilə toqquşması nəticəsində **-CF-*** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyan "xxxx" ASC tərəfindən dəymiş maddi zərərə 1339 manat sığorta ödənişi edilmişdir. “İcbari sığorta müqaviləsinə” dair məlumatdan görünür ki “VAZ” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalı Cavabdeh2 tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Mingəçevir ŞPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır; Qiymətləndirmə barədə xx.xx.2021-ci il tarixli aktından görünür ki, “VAZ 21214” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi 469 manat və təmir işləri isə 870 manat olmaqla, cəmi 1339 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 1339 manat sığorta ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, sürücü Cavabdeh2 AR İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 12/224İX-22 saylı məktubdan görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 mülkiyyətində olan “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etməsi faktına görə Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nə gəndərilmişdir. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 43.39 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış avtomobil ilə sığorta hadisəsi törətmiş və Cavabdeh2 sözügedən hadisəni törədərkən onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Hadisə zamanı vurulmuş ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə. 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sığorta hadisəsi törədilərkən sözügedən avtomobil Cavabdeh2 idarəetməsində qanuni əsaslarla olmadığından iddia hər iki cavabdehə münasibətdə əsaslıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1339 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43.39 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1339 (bir min üç yüz otuz doqquz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 (qırx üç) manat 39 (otuz doqquz) qəpik alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar