Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-155/2021 31.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Belarus 1221 markalı traktora və AK-5-35 markalı kotana dəymiş ziyana görə 7370 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq "xxxx" ASC-nin Qobustan Regional Nümayəndəliyinin Şamaxı rayon bölməsi ilə X2 arasında bağlanmış 15.09.2020-ci il tarixli, 07/00391 saylı operativ lizinq müqaviləsi ilə Belarus-1221 markalı, ******* şassi nömrəli, 161393 mühərrik nömrəli traktor və 15.09.2020-ci il tarixli, 07/00392 saylı operativ lizinq müqaviləsi ilə AK-5-35 markalı, 0202 şassi nömrəli kotan ona istifadəyə verilmişdir. Hikmət Şirinov 18.09.2020-ci il tarixdə Bakı-Qazax magistral yolunun sağ zolağı ilə hərəkətdə olan zaman yolun 146.5 km-də arxadan gələn Yevlax rayon sakini Cavabdeh idarə etdiyi “KİA Cerato” minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə texnikaya çırpılmışdır. Hadisə nəticəsində traktor və kotana xeyli miqdarda ziyan dəymişdir. Bununla bağlı Hacıqabul rayonu Qarasu kəndində 22 sentyabr 2020-ci il tarixində texnikaya baxış keçirilməsi haqqında akt tərtib edilmişdir. 18 sentyabr 2020-ci il tarixli, TP ******* saylı X7 Haqqında Qərara əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belarus-1221 markalı traktorun və AK-5-35 markalı şum kotanının işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayışa əsasən, İddiaçı ASC-yə 7370 manat maddi zərər dəymişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, "xxxx" ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, baş vermiş yol nəqliyyatı hadisəsində təqsiri olmadığını və vurulmuş ziyanın həddindən çoz hesablandığını bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli, 07/00391 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Qobustan Regional Nümayəndəliyinin Şamaxı rayon bölməsi tərəfindən 2018-ci il buraxılışlı, 90 A 557 dövlət qeydiyyatlı nömrəli Belarus-1221 traktoru X1 istifadəsinə verilmişdir. İş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli, 07/00392 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Qobustan Regional Nümayəndəliyinin Şamaxı rayon bölməsi tərəfindən 2017-ci il buraxılışlı, AK-5-35 kotanı X1 istifadəsinə verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 25.09.2020-ci il tarixli “Belarus-1221 markalı traktorun və AK-5-35 markalı şum kotanının işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə” arayışa əsasən, vurulmuş 1 ədəd DW15Lx38 təkər diskinin qiyməti 300 manat, 1 ədəd 18.4 R38 şinin qiyməti 1250 manat, 1 ədəd 1***-******* arxa körpünün qiyməti 3500 manat, 1 ədəd ***-*******0A ötürmələr qutusunun qiyməti 2200 manat və 1 ədəd kotanın saxlayıcı təkərin qiyməti 120 manat olmaqla, cəmi ehtiyyat hissələrinin dəyəri 7370 manat təşkil edir. İş materiallarında olan X7 haqqında 18.09.2020-ci il tarixli TP seriyalı ******* №li qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/3284 saylı 12.07.2021-ci il tarixli rəyindən müəyyən edilir ki, 25.09.2020-ci il tarixli qüsur aktındkı məlumatlara əsasən avtohissələri qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Belarus-1221” markalı traktorun və 2017-ci il buraxılışılı “AK-5-35” markalı şum kotanının dəyişilməli hissələrinin qiyməti təxminən 5670 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırda iddiaçı cavabdehin törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində ona vurulmuş vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi zaman Cavabdeh tərəfindən iddiaçıya məxsus əmlaka ziyan vurulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 5670 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının və ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5670 (beş min altı yüz yetmiş) manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №e-2(039)-155/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-155/2021
31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver