Məhkəmə qərarları › İş №e-2(039)-159/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-159/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-159/2025 08.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2023-cü ilin əvvəllərində tanış olmuş və onların münasibətləri 2024-cü ilin may ayına kimi davam etmişdir. Həmin müddət ərzində isə cavabdeh özünü ona (iddiaçıya) yaxşı tanıdaraq, maddi cəhətdən imkanının aşağı olmasından və ona olan etibarından istifadə edərək ondan (iddiaçıdan) 15705 (on beş min yeddi yüz beş) manat məbləğində borc pul almışdır. Belə ki, təxminən 2023-cü ilin may ayının əvvəllərində öz aralarında şifahi razılaşma əsasında bir il müddət ərzində qaytarmaq şərti ilə cavabdehin qaldığı evi qızdırmaq üçün öz adına kreditlə 312 manat olan 273 manat dəyərində qaz sobasını və öz adına «Kontakt Home» mağazasından kreditlə 519.89 manat dəyərində olan mobil telefonu cavabdehə vermişdir. Bundan başqa, 2023-cü ilin may ayının əvvəllərində öz aralarında şifahi razılaşma əsasında özünə məxsus «Bir Kart» bankomat kartından hissə-hissə, yəni hər dəfə 800 (səkkiz yüz) manat olmaqla, cəmi 1600 (bir min altı yüz) manat pul çıxardaraq cavabdehə vermişdir. Həmçinin bu müddətdə özünə məxsus «Kapital Bank» maaş kartından hissəhissə ümumilikdə 2000 (iki min) manat məbləğində pul çıxardaraq cavabdehə vermişdir. Bundan əlavə, öz aralarında olan şifahi razılaşma əsasında 2023-cü ilin may ayının 17-də öz adına Beynəlxalq Bankdan faizi ilə birlikd 9395 manat olan, faizini çıxdıqdan sonra əsas hissəsi 6900 manat kredit pulunu götürərək cavabdehə vermişdir. Həmçinin cavabdehlə aralarında şifahi razılaşmaya əsasən hissə-hissə 779 manat cavabdehin adına pul göndərmişdir. 700 manat valideynləri tərəfindən hazırda yaşadığı evə alınmış əşyaları satıb kredit borcunu vermişdir. Bundan başqa, xalası Sənubər Qarayevadan 400 manat borc alaraq, cavabdeh görə götürdüyü kredit borcuna ödəniş etmiş və bu faktları təsdiq edəcək qəbzlər, şahidlər və cavabdehin ona borcunun olmasını etiraf etməsi barədə səs yazısnı əks etdirən disk olmaına baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanılır gətirərək ona olan borcunu ödəmir buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 740, 385, 442, 448.2-ci maddələrinə istinad edərək, cavabdehdən 15705 (on beş min yeddi yüz beş) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izhat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehin bildirməsinə görə tərəflər faktiki ər-arvad münasibətlərində olmuşlar və birlikdə yaşamışlar. İddiaçı cavabdehin evinin qızdırılması üçün soba, həmçinin cavabdehlə əlaqə saxlamaq üçün mobil telefon alaraq hər iki əşyanı cavabdehə hədiyyə etmişdir. Faktiki olaraq ər-arvad münasibətlərində yaşadıqları dövrdə iddiaçı bazarlıq etməsi üçün cavabdehə bir neçə dəfə xırda məbləğlərdə pul vermiş və cavabdeh özü də pul qoyaraq evə bazarlıq etmişdir. İddiaçı tərəfindən cavabdehə həmin pullardan başqa hər hansı məbləğdə pul verilməmişdir. Tərəflər arasında münasibətlər pozulduqdan sonra iddiaçı qəsdən hzırkı tələblə çıxış etmşdir. idİddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları və şhid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmn edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əssında şahid qismində dindirilmiş X3 verdiyi ifadəəsində göstərmişdir ki, İddiaçı onun (şahidin) bacısının oğludur. İddiaçı ondan pul istəmiş, əvvəllcə pulu hansı səbəbdən istədiyini deməmiş, lakin sonradan bir xanımın onu aldıtğını, krediti ödəyə bilmədiyini demişdir. O da xalası olaraq İddiaçı kömək etmişdir. Sonradan iddiaçı ona bankdan kredit götürüb həmin xanıma verdiyi bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun (şahidin) oğludur. İddiaçının kiməsə pul verməsindən məlumatı olmamışdır. Mərhum ərinin hərbiçi yoldaşı olmuş və ümumi tanışlıqları olan Mayıl Vəliyev bir gün onunla küçədə rastalşmış, onunla hal-əhval tutmuş və oğlu İddiaçı bir xamına pul verdiyini demişdir. Bundan sonra oğlu Mətləb Əmraslanovun bankdan pul götürərək bir xanıma verdiyini bilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı mərhum atası ilə döyüş yoldaşı olmuşlar, İddiaçını və onun anasını da bu səbəbdən tanımışdır. Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanadan çıxan zaman İddiaçı görmüş, onunla görüşmüş və ondan burada nə etdiyini soruşmuşdur. Mətləb də ona işinin olduğunu demiş, o da Mətləbdən nə işinin olduğunu soruşmuşdur. Həmin vaxt Mətləbin əlində pul olmuş, Mətləb ona bir nəfərlə iş gördüyünü, pulu verdikdən sonra onunla(şahidlə) gedəcəyini demişdir. Mətləbdən nə iş görəcəklərini soruşmuş, Mətləb bankdan pul götürdüyünü və həmin pulla iş görəcəklərini bildirmişdir. Mətləbin əlində olan pulu şəxsən saymış, 500 manat Mətləb ayrıb götürmüş, qalan 6400 manatı isə əlində saxlamışdır. Bundan sonra Mətləb yolu keçmiş və bir nəfər xanımla görüşərək, əlində olan pulu həmin xanıma vermişdir. Mətləbin pulu həmin xanıma verdiyini görsə də, həmin xanımı tanımamış və əvvəllər də həmin şəxsi görməmişdir. Sonradan Mətləbin anası Bənövşə Əmiraslanova ilə görüşən zaman bu barədə ona məlumat vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh hesabına Milliön vasitəsi ilə 31 (otuz bir) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh hesabına Milliön vasitəsi ilə 120 (bir yüz iyirmi) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh hesabına Milliön vasitəsi ilə 222 (iki yüz iyirmi iki) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh hesabına Milliön vasitəsi ilə 202 (iki yüz iki) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh hesabına Milliön vasitəsi ilə 142 (bir yüz qırx iki) manat ödəniş edilmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət əsasında araşdırma aparılmış və materialda cinayət tərkibi olmadığından ciinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2023-cü ilin əvvəllərindən 2023-cü ilin ortalarınadək faktiki ər-arvad münasibətlərində olmaqla, ailə kimi birlikdə yaşamışdar. Həmin müddətdə iddiaçı tərəfindən cavabdehə bir ədəd qaz sobası və bir ədəd mobil telefon hədiyyə edilmişdir. Aralarında olan narazılıqlara görə tərəflər 2023-cü ilin ortalarında ayrılmışlar və tərəflər ayrıldıqdan sonra isə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda borc olaraq cəmi 717 (yeddi yüz on yeddi) manat verilmişdir. Ayrldıqdan sonra iddiaçı həmin əşyaları və borc olaraq verdiyi pulu cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan imtina etmiş və buna görə də iddiaçı hazırkı iddi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın bir ədəd qaz sobası və bir ədəd mobil telefonun dəyərinin ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, məhkəmə iclasında müəyyən edildyi kimi tərəflər 2023-cü ilin əvvəllərindən 2023-cü ilin ortalarınadək faktiki ər-arvad münasibətlərində olmaqla, ailə kimi birlikdə yaşamışlar. Həmin müddətdə iddiaçı tərəfindən cavabdehə bir ədəd qaz sobası və bir ədəd mobil telefon hədiyyə edilmişdir. İddiaçı cavabdehlə faktiki ər-arvad münasibətlərində olmadığını və həmin əşyaları cavabdehə bağışlamadığını göstərsə də, həmin hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, işdə olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından müyyən edilir ki, araşdırma zamanı İddiaçı verdiyi izahatında Cavabdeh 2023-cü ilin əvvəllərindən tanıdığını, onunla aralarında qeyri-rəsmi ər-arvad münasibətlərinin yarandığını, 2023-cü ilin ortalarınadək onunla münasibətlərinin davam etdiyini, 2023-cü ilin may ayında öz adına «Kontak home» adlı mağazadan bir ədəd mobil telefon və bir ədəd qaz sobası alaraq Cavabdeh bağışladığını göstərmişdir. Məhkəmə hesab edir ki, həmin əşyalar cavabdehə hədiyyə şəklində verildiyindən və cavbdehə məxsus olduğundan iddiaçı tərəfindən həmn əşyaların dəyərinin tələb edilməsi əsassızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə iddianın pulun borc verilməsi tələbinə dair hisəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı öz adına 2023-cü ilin may ayında 6900 (altı min doqquz yüz) manat kredit götürdüyünü və cavbdehə 6400 (altı min dörd yüz) manat, həmçinin 2023-cü ilin may ayının əvvəllərində iki dəfəyə 1600 (bir min altı yüz) manat və hissə-hissə 2000 (iki min) manat verdiyini göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 və X1 da İddiaçı Cavabdeh pul verməsindən xəbərsiz olduqlarını, bu barədə sonradan məlumatlarının olduğunu göstərmişlər. İş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 isə məhkəmə iclasında verdiyi ifadəsində İddiaçı pul verdiyi şəxsi tanımadığını, əvvəllər də həmin şəxsi görmədiyini bildirmişdir. Belə halda məhkəmə hesab edir ki, həmin şahidlərin ifadələri iddianın qeyd edilən hissəsinin təsdiqi üçün kifayət etmir və mötəbər sübut hesab edilə bilməz. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə cəmi 717 (yeddi yüz on yeddi) manat borc verdiyi öz təsdiqini tapır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən Cavabdeh hesabına Milliön vasitəsi ilə cəmi 717 (yeddi yüz on yeddi) manat ödənilmişdir. Cavabdeh həmin pulları borc almadığını göstərsə də, məhkəmə hesab edir ki, həmin vəsait cavabdehə borc olaraq verilmişdir. Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından müyyən edilir ki, araşdırma zamanı Cavabdeh verdiyi izahatında İddiaçı ilə münasibətlərinin 2023-cü ilin iyun ayında bitdiyini göstərmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən isə müəyyən edilir ki, iddiaçı tərəfindən həmin ödənişlər Cavabdeh hesabına 2023-cü ilin avqust ayından, yəni tərəflər arasında münasibətlər bitdikdən sonra ödənilmişdir. Belə halda, məhkəmə hesab edir ki, həmn məbləğlər iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş digər ödəniş qəbzlərinə münasibətdə qeyd edir ki, həmin qəbzlərdən ödənilmiş vəsaitin Cavabdeh hesabına ödənilməsi təsdiq edilmir. Həmin halı təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddianın 700 manat və 400 manat tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı həmin məbləğləri bankdan götürdüyü və cavabdehə borc olaraq verdiyi vəsaitə görə ödədiyini göstərsə də, iddiaçının cavabdehə tələb etdiyi məbləğdə borc verməsi öz təsdiqini tapmamışdır. Buna görə də, iddia qeyd edilən hissədə də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən 717 (yeddi yüz on yeddi) manat borc pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıçxarılmalıdr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilməli dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iş materiallarında olan vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsinin üzvüdür. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 717 (yeddi yüz on yeddi) manat borc pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar