Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1829/2022 27.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 100 manatı, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunu və 10 müvəqqəti təmin tədbirlərinə dair verilmiş ərizəyə ödənilmiş dövlət rüsumu, ümumilikdə 140 manat alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, təmir işləri ilə əlaqədar Lalafo.az saytından qapı-pəncərə satışı elanlarının siyahısından bir elan seçərək qapı sifariş vermişdir. Həmin sifarişdə ***-***-**-** nömrəli telefon qeyd edilmişdir. Həmin telefon vasitəsilə əlaqə saxladıqda qeyd edilmişdir ki, qapılar hazırdır və ödəniş edildikdən dərhal sonra çatdırılır və quraşdırılır. Telefonla əlaqə saxladığı şəxs 4 ədəd qapıların pulunu onun kart hesabına köçürülməsi istəmişdir. Tam məbləği ödəmədi sadəcə 100 manat pul ödədi və qalığını dərhal qapılar çatdırıldıqdan sonra ödəyəcəyini düşünmüşdür. Beləliklə, xx.xx.2022-ci il tarixində həmin şəxs tərəfindən ona təqdim edilmiş Unibank kart hesabının rekvizitlərinə əsasən həmin hesaba 100 manat ödəmişdir. Növbəti gün qapıların çatdırılması məsələsinə gəldikdə isə xx.xx.2022-ci il tarixində ***-***-**-** nömrəli telefondan zəng edərək özünü qapını quraşdıran usta kimi təqdim edən şəxs qeyd etmişdir ki, təcili olaraq həmin hesaba pulun qalığını 380 manat hissəsini ödəsin və əlavə olaraq ona usta haqqı qismində 80 manat yerində ödəməli olacaq, eyni zamanda qeyd etmişdir ki, 10-20 dəqiqəyə gəlib çatacaq. Qeyd edilənlərdən və həmin şəxsin danışığından şübhələnərək pulun qalıq hissəsini ödəməmiş, dəfələrlə təkid etmələrinə baxmayaraq ödəniş etməmişdir. Qeyd etmişdir ki, mal çatdırılmasa ödəniş etməyəcək. Bütün qeyd edilənlərdən sonra həmin şəxslər zənglərə cavab vermirlər və alınmış pulun əvəzinə hər-hansı qapı çatdırılmamışdır. Kart hesabının son 8 rəqəmi 21774058 kimi, sahibi isə Cavabdeh qeyd edilmişdir. İnternet resurslarından istifadə edərək müəyyən etmişdir ki, qeyd edilmiş şəxs dələduzdur və ölkə ərazisində bu onun tərəfindən törədilmiş ilk cinayət deyil. Sözügedən şəxs insanları aldadaraq iş görmək və ya mal satışı adı altında onlardan müəyyən məbləğlərdə pul alaraq sonradan telefon zənglərinə cavab vermir. Qeyd edilən məlumatlar internet resurslarında var, və onlardan bir neçəsini hazırki ərizəyə əlavə edir. Bundan sonra İddiaçı iddianın həcminin artırılması barədə ərizə təqdim etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatdadır. Hazırkı iş üzrə pozulmuş hüququnun bərpası üçün xx.xx.2022-ci il tarixində saat 12:00 təyin edilmiş hazırlıq iclasında iştirak etməsi məqsədilə Yevlax şəhərinə gəlməli və məhkəmədə iştirak etməli olduğundan yol xərclərini iddia tələbinə əlavə edilməsini xahiş edir. Belə ki, mülkiyyətində olan Toyota Prado ** DL *** dövlət nömrə nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixində Yevlax şəhərinə gəlmiş və bu səbəbdən yanacaq xərcləri məbləğində iddia tələbinin artırılması zəruridir. Bakı Yevlax-Bakı istiqamətlərində yolun uzunluğu 600 km təşkil edir, avtomobilinin spesifikasiyasına uyğun olaraq hər 100 km şəhərdən kənar rejimdə 14.0 L yanacaq sərf edir, beləliklə 600 km məsafəyə avtomobili 84.0 L yanacaq sərf edir ki, bu onun üçün 84X1.0 manat=84 manat əlavə xərc çəkməli olmuşdur. İddia tələbində qeyd edilmiş məbləğ və tələbin artırılmasına dair ərizələri ilkin tələbin artırılmasına yönəlmişdir və heç bir halda onun azalması və ya dəyişdirilməsi kimi təfsir edilə bilməz. Hazırki ərizədə qeyd edilmiş 84 manat məbləği əsas iddia tələbinə əlavə edilməklə cavabdehdən tutularaq ona ödənilməsini təmin edilməsini xahiş edir. Tərəflərin izahatları: İddiaçı ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Təqdim edilmiş xx.xx.2022-ci il tarixdə 01023 Terminal vasitəsi ilə 100 AZN Cavabdeh məxsus sonu 8 rəqəmi 21774058 nömrəli hesabına ödənilmişdir Digər qəbzdə qeyd olunur ki 16 avqust 2022-ci il tarixli qəbzlərdən müəyyən edilir ki, həmin tarixdə yanacaq üçün 50 manat və 34.00 manat ödəniş edilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 21. hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh, iddiaçıya qapılar satacağına dair yalan vəd verərək ilk olaraq ondan 100 manat pul istəmiş və bunun əsasında iddiaçı, cavabdehin Bank kartına həmin məbləği ödəmişdir. Lakin cavabdeh qapıları iddiaçıya təqdim etməmiş və bununla da əsassız varlanmışdır. Bundan başqa, həmin məbləğin qaytarılması barədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmədə iştirak etmək məqsədi ilə yol üçün 84 manat yanacağa görə ödəniş etmişdir. Bununla da, iddiaçıya həmin məbləğdə ziyan vurulmuşdur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 100 manat əsassız varlanmaya görə, 84 manat maddi ziyan, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və müvəqqəti təminat tədbirinə görə ödənilmiş 10 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 224 (iki yüz iyirmi dörd) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1829/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1829/2022
27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver