Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-1881/2022 28.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, Ərizəçi İddiaçı Maraqlı şəxs qeyd etməklə, “vəfat etmə faktının təsdiqinə” dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Maraqlı şəxs qeyd etməklə, “vəfat etmə faktının təsdiqinə” dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, sonradan isə sözügedən ərizəni səhvən verdiklərini bildirməklə xx.xx.2022-ci il tarixli müraciətlər həmin sənədlərin qaytarılmasını istəmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədləri ərizəçinin nümayəndəsi Nümayəndə qaytarılmalıdır. Belə ki, ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirərkən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri ərizəçinin nümayəndəsi Nümayəndə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinin tələbinə görə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçinin nümayəndəsinə qaytarılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.9, 152.2, 152.2.3, 152.4, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qeyd etməklə, “vəfat etmə faktının təsdiqinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərzəçinin nümayəndəsi Nümayəndə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1881/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-1881/2022
28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver