Məhkəmə qərarları › İş №e-2(039)-1999/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1999/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1999/2020 27.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 300 manat məbləğində sığorta ödənişinin əvəzi, 20,40 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbl edilməısini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus ** DK *** dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-ci il tarixdə Cavabdeh idarə etdiyi ** DK *** dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** RG *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı liə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 300 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AD seriyalı 549152 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Vectra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdır. İş materiallarında olan AC seriyalı 642520 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Sonata” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İş materiallarından müəyyən olunur ki, “Opel Vectra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2018-ci il tarixdə xx xxxxxxx 2019-cu il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə “xxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabata əsasən “Hyundai Sonata” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin zərər vurulmuş cəmi ehtiyyat hissələrinin dəyəri 300 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktından müəyyən olunur ki, PPA********** saylı sığorta şəhadətnaməsinə əsasən xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “Opel Vectra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxx 2019-cu il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 162-ci kilometrliyində baş verən sığorta hadisəsi zamanı sığortalanmış avtomobil ilə toqquşması nəticəsində zərərçəkən şəxs X2 300 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli plastik kartların təhviltəslim aktına akta əsasən sığorta ödənişi kimi 300 manat məbləğndə pul Kazım Heydərova ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İXP seriyalı ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 3(039)-616/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, sığortalının vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 300 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 300 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,40 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat 40 (qırx) qəpik alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar