Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2304/2024 07.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2753,43 manat, İşsizlikdən sığorta fonduna olan 90,59 manat, İcbari Tibbi Sığorta Fonduna olan 316,93 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix – xx xxxxxxxx 1967-cı il, Doğulduğu yer –Azərbaycan, Yevlax rayonu Malbinəsi kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Yevlax rayonu Kövər Bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 316,93 manat, Dövlət Sosial Müdafiə Fonduna 2753,43 manat, İşsizlikdən sığorta fonduna olan 90,59 manat olmaqla, ümumilikdə 3160,95 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən n xx.xx.2024-cü il tarixli **********973400, xx.xx.2024-cü il tarixli **********975800, xx.xx.2024-cü il tarixli **********974100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək hazırki işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, qeyd olunan borcundan 853.45 manat ödədiyini və qalıq borcunu hissə-hissə ödəcəyini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbardarlıqdan görünür ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Yevlax rayonu Kövər Bələdiyyəsinin (VÖEN:**********) məcburi dövlət sosial sığorta haqqı üzrə 8646.91 maant, işsizlikdən sığorta haqqı üzrə 95.84 manat və icbari tibbi sığorta haqqı üzrə 324.68 manat olmaqla, cəmi 9067.43 manat borcu vardır. İşdə olan sənədlərdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisi olan Yevlax rayonu, Nemətabad Bələdiyyəsinə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə bildirişlər göndərilmişdir. “Hüquqi şəxs haqqında məlumatdan” görünür ki, Yevlax rayonu, Kövər Bələdiyyəsi (2********) VÖEN-lə xx.xx.2004-cü il tarixdə Vergilər Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmin bələdiyyənin rəhbəri Cavabdeh yaşayış yeri – Yevlax rayonu, Kövər kəndidir. Yevlax Rayon Kövər Bələdiyyəsi tərəfindən verilmiş 40 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bələdiyyəni təhvil aldığı dövrdə, yəni 2020-ci ilin əvvələrində Kövər Bələdiyyəsinin dövlət büdcəsinə 13850 manat borcu (sosial öhdəlikləri) olmuşdur. Onların dövrdə bələdiyyə büdcəsindən DSMF və İSSDA-nə 2020-ci ilin əvvəlindən bügünədək 22338.51 manat (habelə xx.xx.2024-cü il tarixdə keçirilən birinci məhkəmə iclasında sonra 853.45 maant) vəsait ödənilmişdir. Bundan başqa 2023-cü ildə Şəki Apellyasiya Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi əsasında 5000 manat borc silinmişdir. Hazırda dövlət büdcəsinə yalnız dəbbə və faiz borcları qalmışdır. İşin müəyyən edilmiş halını nəzərə alan məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək, vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-nin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd edilən maddi və prosessual hüququ normalarının tələblərini işin müəyyən edilmiş halına tətbiqi nəticəsində müəyyən edilir ki, Departamentin ərizəsi əsaslıdır, dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 355-5.-355-7.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1967-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuş, - Yevlax rayonu, Kövər kəndində yaşayan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-2304/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2304/2024
07.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver