Məhkəmə qərarları › İş №e-2(039)-25/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-25/2024

14.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-25/2024 14.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayon Kövər Bələdiyyəsinə qarşı «torpaq sahəsindən məcburi çıxarılma» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayon Kövər Bələdiyyəsinə qarşı «torpaq sahəsindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə hüququ əsasında ona məxsus olan ünvan 1ində yerləşən reyestr nömrəsi **********61 olan 5.4 ha torpaq sahəsi, reyestr nömrəsi **********67 olan 3.1547 ha torpaq sahəsi, reyestr nömrəsi **********66 olan 3.67 ha torpaq sahəsi, reyestr nömrəsi **********68 olan 12 ha torpaq sahəsi, reyestr nömrəsi **********63 olan 16.2 ha torpaq sahəsi, reyestr nömrəsi **********64 olan 1.7 ha torpaq sahəsi, reyestr nömrəsi **********62 olan 5.6 ha torpaq sahəsi, reyestr nömrəsi **********65 olan 2.98 ha torpaq sahələri olmaqla, ümumilikdə 50.7 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həçminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh icarə hüququ əsasında ona məxsus olan ünvan 1ində yerləşən reyestr nömrəsi **********61 olan 5.4 ha torpaq sahəsi, reyestr nömrəsi **********67 olan 3.1547 ha torpaq sahəsi, reyestr nömrəsi **********66 olan 3.67 ha torpaq sahəsi, reyestr nömrəsi **********68 olan 12 ha torpaq sahəsi, reyestr nömrəsi **********63 olan 16.2 ha torpaq sahəsi, reyestr nömrəsi **********64 olan 1.7 ha torpaq sahəsi, reyestr nömrəsi **********62 olan 5.6 ha torpaq sahəsi, reyestr nömrəsi **********65 olan 2.98 ha torpaq sahələri olmaqla, ümumilikdə 50.7 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, mütəxəssis rəyi alınmasına görə ödədiyim 559 manatın və dövlət rüsumu olaraq ödədiyim 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı həmin torpaq sahələrini icarəyə götürmüşdür. Hazırda iddianı müdafiə edir. Əvvəl smeta xərcini bilmirdilər. Ona görə də tələbin həcminin artırılmasını vermişlər. Ekspert rəyi ilə razıdır. Cavabdeh əvvəlki məhkəmə iclasında izah etmişdir ki, 2004-cü ildən həmin torpaq ondadır. 17 ildir ki, o həmin torpaqda əziyyət çəkir. Torpaq onsuz hərraca çıxarılıb. O torpağı əlli illik icarəyə götürmüşdür. Torpaq onundur. Maraqlı şəxs Yevlax rayon Kövər Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon Kövər Bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 5.4 ha olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.1547 ha olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.67 ha olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 16.2 ha olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.7 ha olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 5.6 ha olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.98 ha olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 dekabr 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı icarəsində ünvan 1i ərazisində mülkiyyətində 2.98 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 dekabr 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı icarəsində ünvan 1i ərazisində mülkiyyətində 5.6 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 dekabr 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı icarəsində ünvan 1i ərazisində mülkiyyətində 1.7 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 dekabr 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı icarəsində ünvan 1i ərazisində mülkiyyətində 16.2 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 dekabr 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı icarəsində ünvan 1i ərazisində mülkiyyətində 12 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 dekabr 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı icarəsində ünvan 1i ərazisində mülkiyyətində 3.67 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 dekabr 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı icarəsində ünvan 1i ərazisində mülkiyyətində 3.1547 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 dekabr 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı icarəsində ünvan 1i ərazisində mülkiyyətində 5.4 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 yanvar 2023-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 iyul 2023-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı mütəxəssis rəyinin verilməsi üçün 559 manat rüsum ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 avqust 2023-cü il tarixli 3-21-3-35/2-2910/2023 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Kövər bələdiyyəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemindəki xəritəsinə əsasən **********61, **********62, **********63, **********64, **********65, **********66, **********67 və **********68 reyestr nömrəli çıxarışlarla Yevlax rayonu, Kövər Bələdiyyəsinin mülkiyyətinə aid olan və vətəndaş İddiaçı icarəsinə verilmiş 50.0 ha torpaq sahəsi naturada vətəndaş Cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli 3-16-16/2- 10/7007 saylı ekspert rəyindən görünür ki, iddiaçının icarəsinə erilmiş 50.0 ha torpaq sahəsi naturada cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar əsasında reyestr nömrəsi **********61 olan 5.4 ha torpaq sahəsi, reyestr nömrəsi **********67 olan 3.1547 ha torpaq sahəsi, reyestr nömrəsi **********66 olan 3.67 ha torpaq sahəsi, reyestr nömrəsi **********68 olan 12 ha torpaq sahəsi, reyestr nömrəsi **********63 olan 16.2 ha torpaq sahəsi, reyestr nömrəsi **********64 olan 1.7 ha torpaq sahəsi, reyestr nömrəsi **********62 olan 5.6 ha torpaq sahəsi, reyestr nömrəsi **********65 olan 2.98 ha torpaq sahələri olmaqla, ümumilikdə 50.7 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 50 ha hissəsini cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan 50 ha torpaq sahəsindən cavabdeh çıxarılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu və 559 manat mütəxəssis rəyinin verilməsi üçün rüsum cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Həmçinin cavabdehdən 100 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan ünvan 1ində yerləşən reyestr nömrəsi **********61 olan 5.4 ha torpaq sahəsi, reyestr nömrəsi **********67 olan 3.1547 ha torpaq sahəsi, reyestr nömrəsi **********66 olan 3.67 ha torpaq sahəsi, reyestr nömrəsi **********68 olan 12 ha torpaq sahəsi, reyestr nömrəsi **********63 olan 16.2 ha torpaq sahəsi, reyestr nömrəsi **********64 olan 1.7 ha torpaq sahəsi, reyestr nömrəsi **********62 olan 5.6 ha torpaq sahəsi, reyestr nömrəsi **********65 olan 2.98 ha torpaq, ümumilikdə 50 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsumu və 559 manat mütəxəssis rəyinin verilməsi üçün rüsum tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar