Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-2614/2021 26.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Psixonevroloji dispanserin Yevlax rayon Psixonevroloji Kabinetinə qarşı qeydiyyatının etibarsız, əsassız hesab edilərək, qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Psixonevroloji dispanserin Yevlax rayon Psixonevroloji kabinetinə qarşı qeydiyyatının etibarsız, əsassız hesab edilərək, qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Yevlax rayon Psixonevroloji Kabinetdə qeydiyyata alınmışdır. İddiaçı xəstə olmadığını, onun həmin Kabinetdə qeydiyyatda olmağından xəbərsiz olduğunu əsas gətirərək qeydiyyatdan çıxarılmasını istəyir. İlk öncə onu qeyd edilməlidir ki, iddiaçı hazırkı tələbi ilə cavabdeh kimi qeyd etdiyi orqana müraciət etməlidir. Lakin iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə belə bir müraciətin olunması təsdiq olunmur. Bundan əlavə qeyd olunur ki, iddiaçının hazırkı tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçının hazırkı tələbi, cavabdeh kimi qeyd etdiyi orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçıya izah olunur ki, hazırkı tələbi ilə bağlı ilk növbədə səlahiyyətli inzibati orqana, tələbi təmin edilmədikdə isə inzibati orqanın olduğu yer üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Psixonevroloji dispanserin Yevlax rayon Psixonevroloji kabinetinə qarşı qeydiyyatının etibarsız, əsassız hesab edilərək, qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №e-2(039)-2614/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-2614/2021
26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver