Məhkəmə qərarları › İş №e-2(039)-2776/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2776/2025

07.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2776/2025 07.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X3 Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə 07 yanvar 2026-cı il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində ona vurduğu maddi zərərin cavabdehdən onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Cavabdeh 2023-cü ilin dekabr ayının ortalarında ona müharibə əlilliyi ilə əlaqədar təqaüd düzəldəcəyinə söz verərək, pul müqabilində köməklik göstərəcəyinə yalandan vəd verib, onu aldadaraq dələduzluq yolu ilə ümumilikdə ondan 5700 (beş min yeddi yüz) manat məbləğində pulunu alıb ələ keçirərək qəsdən ona qarşı dələduzluq cinayəti törətmişdir. Bu məsələ ilə əlaqədar onun şikayəti əsasında cavabdehin barəsində cinayət işi başlanmış və cinayət işi baxılması üçün Yevlax Rayon məhkəməsinə verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(039)-98/2025 saylı hökmü ilə cavabdeh X1 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmışdır. Qeyd etmişdir ki, Cavabdeh ondan aldığı pulu hələ də qaytarmamışdır. Bu səbəbdən də hazırki məsələ ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi xahiş etdi. Cavabdeh hazırda saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssəsinə iddiaya münasibət bildirilməsi üçün məlumat verilsə də münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2004-cü il tarixli 052076 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 1(039)-98/2025 nömrəli hökmün təsviri və əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək niyyəti ilə tanış olduğu İddiaçı müharibə əlilliyi ilə əlaqədar təqaüd düzəldilməsinə pul müqabilində köməklik göstərəcəyinə yalandan vəd verib İddiaçı aldadaraq 2023-cü ilin dekabr ayının ortalarında, istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Ağ Zanbaq” kafesində İddiaçı 5700 (beş min yeddiz yüz) manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə 5700 (beş min yeddiz yüz) manat məbləğində xeyli miqdarda pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 1(039)-98/2025 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 25 aprel 2025-ci il tarixdən 26 aprel 2025-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 16 sentyabr 2025-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməsi, barəsində «həbs» qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclası zalından həbs edilməsi hökm edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Cavabdeh dələduzluq edərək İddiaçı 5700 manat pulunu mənimsəmişdir. İddiaçı dəymiş ziyan ödənilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5700 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5700 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar