Məhkəmə qərarları › İş №e-2(039)-2788/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-2788/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-2788/2023 16.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əliyev Kamil Çingiz oğlu, İddiaçı cavabdeh X1 qarşı icra vərəqəsinin ləğv edilməsi, artıq ödənilmiş alimentin və uşağın xəstəliyi ilə əlaqədar ödənilən ödənişin geri qaytarılması tələbinə dair tələbinə dair iddia ərizəsinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı icra vərəqəsinin ləğv, artıq ödənilmiş alimentin və uşağın xəstəliyi ilə əlaqədar ödənilən ödənişin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun himayəsindəki iki uşağın saxlanılması üçün alimentin tutulub Cavabdeh verilməsinə dair 2(039)-2481/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin ləğv edilməsi, 13 ay ərzində tutulmuş alimentin 3380 manat və 6 ay uşağın xəstəliyi və ona qulluqla əlaqədar aldığı müvinətin 1800 manat və onun tərəfindən ödənilmiş 42.60 manat və müvəqqəti təminat tədbiri qaldırdığına görə 10 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığı halda Yevlax Rayon Məhkəməsinə verilmişdir. Belə ki, iddiaçı Ailə qanunvericiliyinin tələbinə əsasən aliment üzrə borcları ödəməkdən azad edilmə tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)- 2481/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin ləğv edilməsi və sair tələblə rayon məhkəməsinə müraciət etmişdir. Qeyd olunur ki, qanunvericiliyə əsasən məhkəmələrin qəbul etdiyi qərarların qanuniliyi və əsaslılığının yoxlanılması eyni hüquqlu məhkəmələrin səlahiyyətlərinə aid deyildir. Məhkəmə qərarları qanunamüvafiq qaydada yalnız yuxarı instansiya məhkəmələrində mübahisələndirilə bilər. Göründüyü kimi iddiaçı məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş müvafiq icra vərəqəsinin ləğv edilməsi və sair tələblə müraciət etmişdir. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.3.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.3-cü maddələrinin tələblərinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-1 maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçının mediasiya prosesindən keçməsi barədə hazırki ərizəsinə əlavə etdiyi sənəd xx.xx.2022-ci il tarixdə digər mülki mübahisə ilə bağlı cavabdehə göndərilən təklif ilə bağlıdır, hazırki mübahisəyə aidiyyatı yoxdur. Həmin məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalı, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılmalıdır. xx.xx.2022-ci il tarixli ********* saylı qəbzə əsasən ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Məhkəmə sadalanan qanun normalarına əsasən hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı icra vərəqəsinin ləğv, artıq ödənilmiş alimentin və uşağın xəstəliyi ilə əlaqədar ödənilən ödənişin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə səlahiyyətlərinə aid olmadığından, iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 153.2.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 qarşı icra vərəqəsinin ləğv, artıq ödənilmiş alimentin və uşağın xəstəliyi ilə əlaqədar ödənilən ödənişin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2022-ci il tarixli ********* saylı qəbzə əsasən ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Qərаrdаddаn 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar