Məhkəmə qərarları › İş №e-2(039)-28/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-28/2025

09.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-28/2025 09.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh XXX Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə işə 09 sentyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh XXX Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən (rezin sexinin yaxınlığında) evin təmir xərclərini o ödədiyi üçün, həmin təmir xərclərinə görə ona borclu olduğu 27000 (iyirmi yeddi min) manat pulun və ödədiyi 171 (yüz yetmiş bir) manat məhkəmə dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qət etməsini xahiş etmişdir. Cavabdeh XXX Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı övladı X8 ilə onun oğlu X10 7 ay qeyri-rəsmi nikahda olmuşlar. İddiaçı ona aid olmayan cavabdehin mülkiyyətində olan mənzilindən istədiyi pul məbləği tam əsassızdır. Bütün bunların məhkəmə tərəfindən araşdırılaraq iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh XXX Cavabdeh məxsus, o cümlədən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində (rezin sexinin yaxınlığında) fərdi yaşayış evində iddiaçı tərəfindən həyata keçirilmiş təmirtikinti işlərinin əvəzi olaraq cavabdehdən 270000 manat pulun və 171 manat dövlət rüsumu məbləğinin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək izah etdi ki, qızı X8 ilə cavabdehin oğlu İsayev Nicat Cavabdeh oğlu evlənmək qərarına gəlmişdilər. Onlar ailə qurduqdan sonra Nicatın evinin olmadığını və atası Cavabdeh evində yaşamaq qərarına gəlmişlər. Həmin ev təmirsiz olduğu üçün Cavabdehla aralarında olan razılaşmaya əsasən evin təmiri onun tərəfindən aparılmasını və xərclənən pulu sonradan qaytaracağını söz verdikdən sonra 2022-ci ilin aprel ayında evdə təmir işləri aparılması üçün əvvəldən tanıdığı X4 ilə danışıb lazımı tikinti materialları alaraq işə başlamışdır. Şahsəddin, Oruc, qardaşı Orxan Nazim və İlqar tərəfindən evin təmir işləri görülərək təhvil verilmişdir. Bir müddət sonra Cavabdeh evin təmiri üçün xərclədiyi 27000 manatını qaytarmasını bildirdikdə evi satıb verəcəyini söz versə də qaytarmayaraq onu aldatmışdır. Bu səbəbdən iddiaçı Sabunçu Polis İdarəsinin 15-ci Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Sabunçu Polis İdarəsinin 15-ci Bölməsinə gələrək, iddiaçı tərəfindən evin təmir edildiyini etiraf etsə də, guya ki, iddiaçının 5000 (beş min) manat pul xərclədiyini bildirmişdir. Beləliklə bu mübahisələr qızı ilə cavabdehin oğlu arasında münasibətləri pozmuş və bu borc onların ailə münasibətlərini uğursuz etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, övladı X8 2022-ci ilin avqust ayında İsayev Nicat Cavabdeh oğlu ilə ailə həyatı qurmuşlar. Onlar ailə qurduqdan sonra Nicatın evinin olmadığını və atası Cavabdeh evində yaşamaq qərarına gəlmişlər. Həmin ev təmirsiz olduğu üçün Cavabdehla aralarında olan razılaşmaya əsasən evin təmiri onun tərəfindən aparılmasını və xərclənən pulu sonradan qaytaracağını söz verdikdən sonra 2022-ci ilin aprel ayında evdə təmir işləri aparılması üçün əvvəldən tanıdığı X4 ilə danışıb lazımı tikinti materialları alaraq işə başlamışdır. Bir müddət sonra Cavabdeh evin təmiri üçün xərclədiyi 27000 manatını qaytarmasını bildirdikdə evi satıb verəcəyini söz versə də qaytarmayaraq onu aldatmışdır. Verilmiş suala cavab olaraq bildirmişdir ki, çəkilmiş xərci qızına hədiyyə etməmiş, sadəcə olaraq qudası həmin pulun bir hissəsini toydan yığılan pula digər hissəsində sonradan verəcəyinə söz vermişdir. Qızını yola verməmişlər. Faktiki ayrılmışlar. Cavabdeh XXX Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 izah etdi ki, əvvəlki iclaslarda cavabdehin qeyd etdiyi kimi iddia tələbini qəbul etmir. Cavabdehin qeyd olunan evin mülkiyyətçisi olduğunu, ona aid olan evdə aparılan təmir-tikinti işlərində onun heç bir razılığı olmadığını bildirmişdir. İddiaçı könüllü olaraq, evi özü təmir etdirmişdir. Beləliklə, qeyd olunan bütün məlumatlar yalan və əsassızdır. Ona görə də cavabdehin iddiaçının qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçı təmir müddətində maksimum 5000 (beş min) manat xərc çəkmişdir və bu xərcə görə onlar arasında heç bir razılaşma olmamışdır. Aytac və Nicat arasında münasibətlər əvvəllər normal çərçivədə davam etmiş, sonra kəskin ailə ziddiyyətləri nəticəsində münasibətləri pozulmuşdur. Cavabdeh XXX Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, ona aid olan evdə aparılan təmir-tikinti işlərində onun heç bir razılığı olmamışdır. O bu təmirə görə idddiaçıdan heç nə xahiş etməmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, polis şöbəsində araşdırma zamanı evin təmiri üçün iddiaçı ilə razılıq və evə çəkilən xərcin 5000 manat olması barədə izahatı təsir altında yazdırılmışdır. Həmin qərardan şikayət verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, o, briqadanın rəhbəridir. Cavabdehin evində 5-6 ay usta kimi işləmişdir. Təmir müddətində Cavabdeh evdə yaşamışdır. Nicat görülən işlərin siyahısını ona yazmağa tapşırmışdır. Əslində o, ödənişi Nicatdan almalı idi, ancaq ödənişi Nicat etmədi. O, Aynurədən 5000 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, o, usta X4 ilə birlikdə 2 ay birlikdə işləmiş və Aynurədən 5000 manat pul almışdır. Əlavə olaraq gördüyü içlərə görə Aynurədən 900 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, o, 10 ildir ki, aboy ustasıdır. Nicatın atası Cavabdeh evi təmirsiz olduğu üçün, evin divar kağızlarının vurulması üçün Aynurə ona 800 manat pul vermişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin apardığı təhqiqat zamanı 08 noyabr 2023-cü il tarixdə təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqınd qərar qəbul edilmiş, həmin qərarda XXX Cavabdeh izahat verərkən Aynurənin qızı Aytac Nicatla 2022ci il tarixdə ailə həyatı qurmuşlar. Onlar ailə həyatı qurmamışdan qabaq evi təmirsiz olduğu üçün Aynurə qızı Aytac ailə hətaı qurduqdan sonra onun evində yaşamasını nəzərə alıb öz vəsaiti hesabına təmir etdirmək qərarına gəldikdə onunla razılaşmışdır. Bundan sonra müəyyən tikinti materialları alıb usta gətirərək təmir işləri gördürüb övladı Nicat Aytacla ailə həyatı qurduqdan sonra gəlib onun evində yaşadıqlarını və Aynurə təmir üçün onun evinə 5.000 (beş minə) yaxın pul xərclədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Kapital Bank ASC-nin 9 saylı şöbəsi vasitəsilə Yevlax Rayon Məhkəməsinə 172 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli pretenziya məktubundan da məlum olur ki, İddiaçı XXX Cavabdeh müraciət edərək evin təmirinə xərclədiyi 27000 (iyirmi yeddi min) manat pulu qaytarmağını tələb etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qaimənin surətindən məlum olur ki, alınan tikinti materialları 29940 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qaimənin surətindən məlum olur ki, alınan tikinti materialları 572 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qaimənin surətindən məlum olur ki, alınan tikinti materialları 1443 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qaimənin surətindən məlum olur ki, alınan tikinti materialları 1271 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli 10/9182 nömrəli rəyindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən (rezin sexinin yaxınlığında yerləşən) fərdi yaşayış evinin tikinti-təmir işlərinə sərf edilmiş materialların həcmi smetalarda göstərilmişdir. Smetaya görə: 1) 90 p/m bünövrənin qazılması, armaturla toxunması və betonlanması, 720 m armatur, 300 ədəd xamut, 14,4 kub.m beton 2) 237 kv.m kürsü və xarici divarların 0,4 m qalınlıqda mişarlanmış daş ilə hörülməsi, 6636 ədəd mişar daşı, 65 kisə sement, 15 kub.m qum 3) 80 kv.m daxili divarların 0,2 m qalınlıqda mişarlanmış daş ilə hörülməsi, 1120 ədəd kərpic. 9 kisə sement, 2 kub.m qum 4) 720 kv.m xarici və daxili divarların sment məhlulu ilə suvanması, 115 kisə sement, 25 kub.m qum 5) 125 kv.m daamın altının yığılması və şiferin vurulması, 3 kub.m taxta, 42 ədəd şifer 6) 39 kv.m açıq eyvan tikilisinin döşəməsinin beton məhlulu ilə hamarlanması, 4 kub.m. 1 saylı dəhliz tikilisinin: 1) 11,5 kv.m tavanın altının vurulması, alçipanın və asma tavanın vurulması, 3 ədəd alçipan, 1,5 asma tavan 2) 69,4 tavan və divarlara şpaklyovkanın çəkilməsi, lepka işlərinin görülməsi, hamarlanması, boyanması və divar kağızının vurulması, 9 kisə şpaklyovka, 4 kq boya, 5 rulon divar kağızı, 1 qutu yapışqan, 15 m lepka 3) 11,5 kv.m döşəməyə metlağın (keromoqranitin) vurulması, 11,5 metlaq (keromoqranit), 2 kisə metlaq (keromoqranit) yapışdırıcısı (mata). 2 saylı sanitar-qovşaq tikilisi: 1) 4,2 kv.m tavanın altının vurulması və asma tavanın quraşdırlıması, 4,2 kv.m asma tavan 2) 29,4 kv.m divar və döşəməyə kafel-metlaq vurulması, 29,4 kv.m kafel-metlaq, 4 kisə kafel yapışdırıcısı (mata). 3 saylı mətbəx tikilisi: 1) 14,1 kv.m tavanın altının yığılması və asma tavanın vurulması, 14,1 kv.m asma tavan 2) 45 kv.m divarlara şpaklyovkanın çəkilməsi, hamarlanması və divar kağızının vurulması, 6 kisə şpaklyovka, 5 rulon divar kağızı, 1 qutu yapışqan 3) 14,1 kv.m döşəməyə metlağın ( keromoqranitin) vurulması, 14,1 kv.m metlaq ( keromoqranit), 2 kisə metlaq (keromoqranit) yapışdırıcı (mata). 4 saylı yaşayış otağı tikilisi (giriş qapısından solda): 1) 19,4 kv.m tavanın vurulması və alçipanın vurulması, 7 ədəd alçipan 2) 74 kv.m tavan və divarlara şpaklyovkanın çəkilməsi , lepka işlərinin görülməsi, hamarlanması, boyanması və divar kağızının vurulması, 10 kisə şpaklyovka, 7 kq boya, 6 rulon divar kağızı, 1 qutu yapışqan, 18,2 m lepka 3) 19,4 kv.m döşəmənin altının yığılması, taxtanın vurulması və laklanması, 19,4 kv.m taxta, 7 kq lak. 5 saylı yaşayış otağı tikilisi ( giriş qapısından sağda 1-ci otaq): 1) 11,8 kv.m tavanın altının yığılması və alçipanın vurulması, 4 ədəd alçipan 2) 53,2 kv.m tavan və divarları şpaklyovkanın çəkilməsi, lepka işlərinin görülməsi, hamarlanması, boyanması və divae kağızının vurulması, 7 kisə şpaklyovka, 5 kq boya, 5 rulon divar kağızı, 2 qutu yapışqan, 13,8 m lepka 3) 11,4 kv.m döşəmənin altının yığılması, taxtanın vurulması və laklanması, 11,4 kv.m taxta, 4 kq lak. 6 saylı yaşayış otağı tikilisi (giriş qapısından sağda 2-ci otaq): 22,4 kv.m tavanın altının yığılması və alçipanın vurulması, 8 ədəd alçipan 2) 80,6 kv.m tavan və divarlara şpaklyovkanın çəkilməsi, lepka işlərinin görülməsi, hamarlanması, boyanması və divar kağızının vurulması , 11 kisə şpaklyovka, 8 kq boya, 6 rulon divar kağızı, 3 qutu yapışqan, 19,4 m lepka 3) 22,4 kv.m döşəmənin altının yığılması, taxtanın vurulması və laklanması, 22,4 kv.m taxta, 8 kq lak, 4 ədəd taxta materialdan qapıların quraşdırılması (material ilə birlikdə), 7 ədəd plastik materialdan qapı və pəncərələrin quraşdırılması (material ilə birlikdə). 7 saylı açıq eyvan tikilisi: 1) 38,9 kv.m tavanın altının yığılması və taxtanın vurulması, 38,9 kv.m taxta. Ümumi işlər: 1 ədəd giriş qapısı, 1 ədəd unitaz, 1 ədəd əl-üz yuyan, 1 ədəd duş dəsti, 1 ədəd su qızdırıcısını təşkil edir (aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, 425032 nömrəli Daşınmaz əmlaka tikintisi üçün çəkilən xərcin qiymətinin müəyyən edilməsi üçün Mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən (rezin sexinin yaxınlığında) 122 kv.m olan fərdi yaşayış evinin tikintisi üçün çəkilən xərclərin bazar qiyməti 28960 (iyirmi səkkiz min doqquz yüz altmış) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Daşınmaz əmlakın tikilməsi və çəkilən xərcin müəyyən edilməsi üçün 150 manat ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən CD diskə və foşoşəkillərə baxış keçirilərkən XXX Cavabdeh məxsus fərdi yaşayış evində təmir-tikinti işlərinin getməsi və müəyyən işlərin görüldüyü öz əksini tapmışdır. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı qızı X8 ilə cavabdeh XXX Cavabdeh oğlu İsayev Nicat Cavabdeh oğlu qeyri rəsmi evlənmişlər. İddiaçı cavabdehin evinin təmirsiz olduğu üçün Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən (rezin sexinin yaxınlığında) ünvanda 27000 manat dəyərində təmir-tikinti işlərinə pul xərcləmişdir. İddiaçı məhkəməyə müraciət edərək, təmir-tikinti işlərinə çəkilmiş xərcin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadeh həmin evə çəkilmiş xərclərin iddiaçı tərəfindən öz istəyi ilə çəkildiyini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh XXX Cavabdeh 27000 manat pul və 171 manat (yüz yetmiş bir) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilməlidir. Məhkəmə qeydi edir ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən (rezin sexinin yaxınlığında) ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının vəsaiti hesabına təmiri sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da cavabdehin iddiaçı tərəfindən çəkildiyi xərci razılıq əsasında qismən etiraf etmişdir. Həmçinin məhkəmə iclasında həmin ifadəni təsir altında yazmasını təsdiq edəcək sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təmirə çəkilən xərc övladına hədiyyə şəklində edilməmişdir. Həmçinin ev faktiki olaraq cavabdehin və onun ailə üzvlərinin istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh XXX Cavabdeh 27000 (iyirmi yeddi min) manat pul və iddiaçının ödədiyi 171 manat (yüz yetmiş bir) manat dövlət rüsumu məbləğinin alınaraq İddiaçı xeyrinə verilsin. Cavabdeh XXX Cavabdeh 150 manat qiymətləndirmə xərci tutularaq Benefisiar adı X2; hesab nömrəsi AZ42İBAZ********************; hesab valyutası AZN; VÖEN **********; Benefisiar bank ABB, AGDASH FİLİALİ; Bankın SWİFT kodu İBAZAZ2X; müxbir hesab AZ03NABZ********************; bank kodu 805409; Bankın VOEN-İ ********** hesaba ödənilsin. Cavabdeh XXX Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar