Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-2807/2022 02.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı cavabdeh X1, Cavabdeh2 və Daşınmaz Əmlakın Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt etmək istəyi olan torpaq sahəsindən çıxarılma haqqında ərizəni nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Zahid İsgəndərova, Cavabdeh2 və Daşınmaz Əmlakın Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək yaranmış maneələrin aradan qaldırılması barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Ərizə nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, ərizəçi Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna riayət etmədən məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Təqdim edilən iddia ərizəsindən müəyyən olunur ki, iddia ərizəsinin davamı olaraq müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə təqdim edilmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin iddia ilə eyni vaxtda verilməsi nəzərdə tutulsa da, həmin ərizə iddia ərizəsindən ayrı olaraq müstəqil təqdim edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı izah edilməlidir ki, iddia ərizəsini və müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəni hər birini ayrılıqda təqdim etməklə yenidən məhkəməyə müraciət etmək hüququ var. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152.1.1, 152.1.7, 264, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-2807/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-2807/2022
02.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver