Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-2867/2024 25.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, Ərizəçi İddiaçı Seydi oğlunun maraqlı şəxs Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə iddiası üzrə iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Seydi oğlu maraqlı şəxs Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə iddia ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçinin etibatnamə üzrə nümayəndəsi və vəkili Vəkil Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, İddiaçı Seydi oğlu ölüm faktının müəyyən edilməsi barədə Yevlax rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə vermiş və ərizə elektron qaydada göndərilmişdir. Elektron göndərən zamanı yol verilmiş müəyyən nöqsanların aradan qaldırılması üçün həmin ərizəni geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, ərizəçinin ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərzəçiyə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı Seydi oğluna qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152, 263-264, 268, 306.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı Seydi oğlu maraqlı şəxs Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Ərizəçiyə izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı Seydi oğluna qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-2867/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-2867/2024
25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver