Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-332/2024 22.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi - vəkili Nümayəndə, Cavabdeh və eyni zamanda digər Cavabdeh2 Norvruz qızının nümayəndəsi Cavabdeh1 Üçünçü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsini nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Norvruz qızına qarşı mülkiyyət hüququnun müdafiəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Norvruz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Havarlı kəndi ərazisində yerləşən **********53 saylı çıxarışda qeyd olunan torpaq sahəsindən cavabdehin çıxarılması, sərhəd boyu hasarın çəkilməsinə, torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması, cavabdehə maneə yaratmağın qadağan olunması, ödədiyi dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılması xahiş etmiş, sonradan cavabdeh qismində Cavabdeh2 Norvruz qızını cəlb edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Havarlı kəndində onun mülkiyyət hüquqları qeydə alınmış 0.067 ha torpaq sahəsi vardır və 11 dekabr 2018-ci ildən **********53 saylı çıxarışla onun şəriksiz mülkiyyətindədir. Belə ki, o, Yevlax rayon Havarlı Bələdiyyəsindən dəyərini ödəməklə 10 sot torpaq sahəsini satın almışdır. Ancaq sonradan yalnız 0.067 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının mümkün olduğu bildirilmiş və o da razılaşmışdır. 12 iyun 2023-cü ildə nümayəndəsi İdris Mustafayevin iştirakı ilə torpaq sahəsinə 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəsisi tərəfindən naturada baxış keçirilmiş, elektron uçot məlumatlarına əsasən torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin, həmçinin ölçüləri müəyyən edilərək ara mərz nişanları göstərilmişdir. Buna baxmayaraq onunla qonşuluqda torpaq sahəsi olan Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt edərək öz sərhədləri daxilinə alaraq özü istifadə edir. Dəfələrlə tələb etməyinə baxmayaraq bunu öz aralarında həll edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və eyni zamanda digər Cavabdeh2 Norvruz qızının nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, digər Cavabdeh2 onun anası olduğunu, qeyd olunan torpaq sahəsini zəbt etmədiklərini, əvvəlki dövrlərdə daşınmaz əmlakın karastrının Yevlax şöbəsinin əməkdaşı tərəfindən səhvən İddiaçı məxsus olan torpaq sahəsi onların torpaq ərazisinin olduğu yerə elektron sistemə saldığını, iddiaçıya məxsus 6,7 sot torpaq sahəsinin 2,5 sot hissəsini bir qonşunun, 1,5 sot hissəsinin digər qonşu, 2,7 sot hissəsini isə onların ailəsi tərəfindən hasarlandığını, hasarlamanın səbəbinin isə iddiaçının 10 ildən çox müddətdir oraya gəlməməsi nəticəsində həmin torpağın sahibsiz olduğunu hesab etmələrinin olmasını, bildirmiş və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçünçü şəxsin nümayəndəsi X5 qeyd olunan torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssi rəyini müdafiə etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53 №-li, qeydiyyat nömrəsi ********** olan çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 0,067 ha yaşayış məntəqələriinin torpaqları sahəsi İddiaçı adına tam mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********14 №-li, qeydiyyat nömrəsi ********** olan çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 0,10 ha yaşayış məntəqələriinin torpaqları sahəsi Cavabdeh2 adına tam mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Havarlı kəndi ərazisində **********53 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.067 hektar yaşayış məntəqələrinin torpaqları sahəsinin koordinatları müəyyən edilmişdir. Yevlax rayonu, Havarlı kəndi ərazisində **********53 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.067 hektar torpaq sahəsinin 0.0564 ha hissəsi naturada Cavabdeh1 tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə olunan torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5162 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Eldəniz Hacıyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Yevlax rayonu, Havarlı kəndi ərazisində **********53 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.067 hektar yaşayış məntəqələrinin torpaqları sahəsinin koordinatları müəyyən edilmişdir. Yevlax rayonu, Havarlı kəndi ərazisində **********53 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.067 hektar torpaq sahəsinin 0.0564 ha hissəsi naturada Cavabdeh1 tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə olunan torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Yevlax Rayon Havarlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli qararından görünür ki, Yevlax rayonu, Havarlı bələdiyyə mülkiyyətinin alıq-satqı predmeti olan 0.10 hektar torpaq sahəsi Mingəçevir şəhər sakini İddiaçı satılsın. Torpaqların Alıq-Satqısına dair xx.xx.2008-ci il tarixli aktından görünür ki, Mingəçevir şəhər sakini İddiaçı Yevlax rayonu, Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. X4 iclasında baxılmış və Bələdiyyə ərazisindən 0.10 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 458 saylı qərar qəbul etmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2024-cü il tarixli çıxarışlardan görünür ki, Cavabdeh1 anası Cavabdeh2 Norvruz qızıdır. İddiaçının nümayəndəsi təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh1 ona zəng edərək həmin torpaq sahəsini ona satılmasını bildirmiş o, isə torpaq sahəsinin satılması ilə əlaqədar atasına müraciət etməsini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində Yevlax rayonu, Havarlı kəndində yerləşən 0,067 ha yaşayış məntəqələriinin torpaqları sahəsi, onunla qonşuluqda yerləşən Cavabdeh2 Norvruz qızının mülkiyyətində isə Yevlax rayonu, Havarlı kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları sahəsi vardır. Cavabdeh1 digər Cavabdeh2 Norvruz qızının övladı olmaqla sonuncunun mülkiyyətində olan mübahisəli ərazidə birgə yaşayırlar. İddiaçıya məxsus torpaq sahəsinin 0.0564 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Eyni zamanda həmin ərazi cavabdehlər tərəfindən hər hansı bir qanuni əsas olmadan hasarlanmışdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X1 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərin, iddiaçın mülkiyyətində olan torpaq sahəsinin 0.0564 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi həmin hissədə haqlıdır və cavabdehlərin iddiaçın mülkiyyətində olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0.067 hektar yaşayış məntəqələrinin torpaqları sahəsinin həmin- 0.0564 ha hissəsindən çıxarılmalı, habelə həmin səhrəd boyu hasarın çəkilməsinə, torpaq sahəsindən istifadəsinə törədilən maneənin aradan qaldırılması cavabdehlərin üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, hazırki iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Norvruz qızı İddiaçı mülkiyyətində olan Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.067 hektar yaşayış məntəqələrinin torpaqları sahəsinin 0.0564 hektar hissəsindən çıxarılsın, habelə həmin səhrəd boyu hasarın çəkilməsinə, torpaq sahəsindən istifadəsinə törədilən maneə aradan qaldırılması cavabdehlərin üzərinə qoyulsun. Mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məhkəmə xərci və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 Norvruz qızından müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Norvruz qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-332/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-332/2024
22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver