Məhkəmə qərarları › İş №e-2(039)-52/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-52/2025

03.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-52/2025 03.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh2 nümyəndəsi (vəkili) X12 və nümayəndəsi Rahi Süleymanzadənin iştiraklaır ilə, İddiaçınin cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesb edilməsi, çıxarışların ləğv edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiaçı üzrə müdki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclası zalında, açıq məhkəmə iclasında, baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Əraiz İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyan təlbinə dair iddia ərizəsi ilə məhkəməyə mrüaciət edərək, 17 yanvar 2006-cı il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilərək, onun əsasında verilmiş ********** və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmış çıxarışın ləğv edilməsinə, cavabdeh X3 maddi ziyan olaraq əldən çıxmış fayda 46800 (qırx altı min səkkiz yüz) manatın alınaraqa ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonunun Qoyun binəsi kəndi ərazisində dövlət Aqrar İslahat Komissiyası dövründə ona və dörd nəfər ailə üzvlərinə 6,06 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatı məqsədi ilə torpaq ayrılmışdır. Cavabdeh X9 qanunsuz olaraq həmin torpaq sahəsindən onlara məlumat vermədən 04 iyul 1998-ci il tarixdən istifadə etmiş, həmçinin saxta alqı-satqı müqaviləsinə əsasən torpağı ********** və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestri xidmətində öz adına qeydiyyata aldırmışdır. Belə ki, ona 2019-cu ildə məlum olmuşdur ki, adlarına 6.06 ha torpaq sahəsi vardır. O həmin torpaq sahəsinin yeri və koordinatları barədə araşdırma apararkən, ona 2021-ci ilin iyul ayında məlum olmuşdur ki, cavabdeh onlarla əlaqəsi olmayan alqı- satqı müqaviləsini daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim edərək torpaq sahəsini öz adına özgəninkiləşdirmişdir. Onlar cavabdehə heç vaxt torpaq satmadıqları üçün həmin müqavilələrin həqiqiliyi yoxlamaq üçün Yevlax rayon polis şöbəsinə müraciət etmişlər. Yevlax rayon polis şöbəsi araşdırma aparmış, müvafiq ekspertizalar təyin edilmiş və məlum olmuşdur ki, cavabdeh saxta alqı-satqı müqaviləsi ilə torpaqları öz adına özəlləşdirmişdir. Yevlax rayon polis şöbəsində cavabdeh barəsində CM-nin 320.2-ci maddəsi ilə cinayət işi başlanılmış və müddətin keçməsi əsası ilə xitam verilmişdir. Lakin həmin qərar tərəfindən verilmiş ağır ittihamla cinayət məsuliyyətinə cəlb olunması üçün şikayətinə əsasən ləğv edilərək yenidən istintaqa qaytarılmışdır. Yevlax rayon polis idarəsində cavabdeh Q.S.Məmmədovun əməlində daha ağır cinayət əməlinin olub-olmaması araşdırılmış, lakin həmin torpaq sahəsinə olan çıxarış ləğv edilmədiyindən cavabdehə daha ağır maddə ilə (CM-nin 188.3 kənd təsərüffat təyinatlı torpaq sahəsini zəbt etmə) cinayət işinin başlanması mümkün olmamışdır. Cinayət işi üzrə həm cavabdehin ifadəsi, həm də digər sübutlarla tam sübuta yetirilir ki, cavabdeh saxta alqısatqı müqaviləsi ilə onlara məxsus torpaq sahəsini qanunsuz olaraq istifadə edərək özəlləşdirmişdir. Bundan sonra cavabdeh X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi ilə bağlı Yevlax rayon məhkəməsində iddia qaldırılmış və həmin iddia "Avdılar" kəndli (fermer) təsərrüfatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı (üçüncü şəxslər: X7, X21, X15, İddiaçı və X17) "Torpağa mülkiyyət hüququna dair" xx.xx.1999-cu il tarixli, JN- 690 (kod ********* nömrəli Dövlət aktının ləğv edilməsi" tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etdiyi üçün dayandırılmışdır. Həmin məhkəmələrin yekun qərarına əsasən cavabdehin üzərinə "Torpağa mülkiyyət hüququna dair" JN-690 kod 90100028 nömrəli Dövlət aktının iddiaçı "Avdılar" KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulmuşdur. Bu barədə yekun məhkəmə aktı Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarıdır. "Torpağa mülkiyyət hüququna dair" JN-690 kod 90100028 nömrəli Dövlət aktını hələ də 1.50 ha hissəsi qüvvədədir və həmin qüvvədə olan akta əsasən cavabdeh X2 alqı-satqı müqaviləsinə əsasən çıxarış əldə etmişdir. Cavabdeh X9 1998-ci ilin iyul ayından hal-hazırkı günə kimi onlara məxsus torpaq sahəsindən qanunsuz istifadə edib və qazanc əldə etmişdir. Cavabdeh ümumiyyətlə torpaq sahəsinin mövcudluğunu onlardan gizlətmişdir. Onları həmin torpaq sahəsindən qazanc əldə etməkdən məhrum etmişdir. Onlar həmin torpaq sahəsini kiminsə istifadəsinə ən azından icarəyə versəydilər, hər ay üçün hər 1.50 ha görə 1050 manat gəlir əldə edərdilər. 1998-ci il iyul ayından 2022-ci ilin iyul ayına kimi 312 ay keçmişdir. 26 x 12=312 x150=46800). Göründüyü kimi 46800 (qırx altı min səkkiz yüz) manat ona maddi ziyan dəymişdir. Bu ziyan həmin dövrlər üçün əldən çıxmış minumum faydadır. Torpaq sahəsi onların istifadəsində olsa idi onlar torpaq sahəsindən daha çox gəlir götürə bilərdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edil dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaq a iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını nəzərə alaraq qeyd etmək olar ki, əqdin etibarsızlığı dedikdə - tərəflərin əqd bağladıqları zamanı arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür.Etibarsız əqdlər elə hüquqa zidd əqdlərdir ki,bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin(tələbin) olması müəyyən edilmişdir. Bu şərtlər qanunda aşağıdakı kimi müəyyən edilmişdir.a)əqdin subyekt tərkibinə aid edilən şərt, b) əqdin məzmununa aid edilən şərt, c) iradənin ifadə edilməsinə aid edilən şərt, ç) əqdin formasına aid edilən şərt.Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir və ondan yaranan nəticə hüquqi əhəmiyyət daşıyır. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. İddiaçı iddianın həcminin artırılmasına dir ərizələr verərək, xx.xx.2006-cı il tarixli alqı-satqı müqviləsinin etibarsız hesağ edilməsinə, zəmin müqavilə əsasında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli çıxarışlarınlağv ediliməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, e-2(039)-2113/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdehlər X6 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 17 saylı Yevlax Ərazi idarəsinə alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və maddi ziyan ilə bağlı pul tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü ildə ölmüş cavabdeh X4 onun hüquq varisiCavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddaiya etiraz verərək, etirazında göstərmişdir ki, İddiaçı tərəfindən iddia tələbləri mülki Məcəllənin 21, 23, 337-ci maddələri ilə ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.3, 14.4-cü maddələri əsaslandırılmağa cəhd edilmişdir. Aşağıdakı əsaslara görə hesab edirik ki, iddia tələbləri əsassızdır. 2022-ci ildə hazırki iddia ilə adına olan dövlət reyestrdən çıxarışlar mübahisələndirilən X4 qanuni təmsilçisi və rəhbəri olduğu “Avdılar” X16 tərəfindən Şəki İnzibati Məhkəməsində Yevlax şəhər İcra Hakimiyyətinə və Ərazi idarəsinə qarşı iddia qaldıraraq, “Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarının X5, İddiaçı, X13, X10 və X14 pay torpağı ayrılması hissəsində və xx.xx.1999-du il tarixliJN 690 kod 90100028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın etibarsız hesab edilməklə ləğv olunması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati məhkəmə icraatı zamanı Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 21(116)2255/2022 nömrəli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Xidmətindən, xx.xx.2023-cü il tarixli 2-1(116)-420/2023 nömrəli məktubla Azərbaycan Respublikasının X25 filialından və yevlax Şəhər İcra Hakimiyyətindən “Torpaq mülkiyyət hüququna dair” xx.xx.1990-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət Aktının verilməsinə əsas olmuş Yevlax Rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarının təqdim edilməsi xahiş edilsə də, hər üç orqan tərəfindən buQərarın arxivdə olmadığı bildirilmişdir. Ərazi idarəsi tərəfindən Qərar məhkəməyə təqdim edilməmişdir. Hətta Azərbaycan Respublikası X25 filialının xx.xx.2023-cüil tarixli 3-48-3-70/2023 nömrəli sorğuya cavab məktubuna əsasən, X7, İddiaçı, X17, X15 və X11 adlarına torpaq sahəsinin olması haqqında heç bir sənəd tapılmamışdır. Beləliklə, işə baxan məhkəmə instansiyaları tərəfindən tam aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, JN-690 kod 90100028 nömrəli Dövlət Aktının verilməsinə əsas olan Yevlax Rayon Aqrar İslahat Komissiyası xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı mövcud deyildir. Bu da JN-690 kod 90100028 nömrəli Dövlət Aktının mötəbərliyini (həqiqi olmasını) şübhə altına almış və məhkəmələrin qənaətinə görə JN-690 kod 90100028 nömrəli Dövlət Aktının verilməsinə əsas olan Yevlax Rayon Aqrar İslahat Komissiyası xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı mövcud olmadığından həmin dövlət aktı qanunsuz hesab edilmişdir (məhkəmə qərarlarının surətləri əlavə edilir). Sadəcə JN-690 kod 90100028 nömrəli Dövlət Aktı ilə İddiaçı və digərlərinə “Ayrılmış” torpaq sahəsinin “Avdılar” KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 4.56 ha olduğundan, həmin Dövlət aktı yalnız bu hissədə ləğv edilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə təqdim etmək istərdik ki,”Aqrar İslahatların əsasları haqqında”Azərbaycan Respublikasının Qanunu aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasını və müxtəlif növlü təsərrüfatların yaradılmasını aqrar islahatların əsas istiqamətləri kimi təsbit etmişdir. “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli 155-İQ nömrəli qanunun 12-ci və “Sovxoz və kolxozların islahatı haqqında” 18 fevral 1995-ci il tarixli, 978 nömrəli Qanunun 3-cü maddəsinə görə sovxoz və ya kolxoz əmlakından pay almaq hüququ olan subyektlərin dairəsi aşağıdakı kimi müəyyənləşdirilmişdir. Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; Bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; Sovxoz və kolxozlarda təqaüdə çıxmış və müvafiq rayionun (şəhərin) ərazisində yaşayan şəxslər; Sovxoz və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağrılmış və müvəqqəti qaib olmuş şəxslər; Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Halbuki, İddiaçı və JN-690 90100028 nömrəli Dövlət Aktında adları qeyd edilən digər şəxslər bu meyarların heç birinə uyğun gəlmirlər. Hazırki etiraza əlavə edilmiş məhkəmə qərarlarında da istinad edilmiş aşağıdakı sənədlər də iddiaçının JN-690 90100028 nömrəli Dövlət Aktında adları qeyd ediləndigər şəxslərin kolxoz ərazisindən pay torpağı almaq səlahiyyətlərinin olmamasını bir daha təsdiq edir. X26 filialının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Arxiv məktublarda deyilir ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli Qərarı müəyyən edilməmişdir. Yevlax RİHB-nin Qoyunbinəsi KİƏD üzrə nümayəndəliyinin 1991- 2005-ci illərə dair təsərrüfatlaşma kitablarında X7 və qeyrilərinin qeydiyyatda olmasına dair məlumat yoxdur. Yevlax RİHB-nın Qoyunbinəsi KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubda deyilir ki, X7, İddiaçı, X17, X15 və X18 həmin kənddə qeydiyyatda olmamışdırlar. X17 2014-cü ildən həmin ünvanda daimi qeydiyyatda olmamaqla yaşayır. Həmin şəxslərə məxsus pay torpağından “Avdılar” KFT istifadə edir. Nəhayət, iddiaçının Şəki İnzibati Məhkəməsində və indiki iddia ərizəsində istinad etdiyi aparılan istintaq zamanı verdiyi izahat və ifadələr də bir daha onun və digərlərinin pay torpağı almaq hüquqlarının olmadığını təsdiq edir. Belə ki, İddiaçı heç vaxt K.Mark kolxozunun ərazisində yaşamadığını, orada işləmədiyini qeyd etmişdir. Göründüyü kimi İddiaçı hazırda mübahisələndirilən çıxarışlardakı daşınmaz əmlak üzərində mülkiyyət hüquqları hər hansl mötəbər sübutla müəyyən edilmir. İddiaçı nümayəndəsi X22 iddia ərizəsinin və iddianın həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahi etmişdir. Məhkəmə iclasında Cavabdeh2ı nümayəndələri Rahil Süleymnzadə və X23 iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin və Yevlax rayon 1 saydı Notarit Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbəlrə barəsində məlumat verməmtişdərlir. Məhkəmə işə gəlməyən şəxsdərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materilarını nəzərdən keçiib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməilidir. Belə ki, işdə olan xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8 və ailə üzvləri mülkiyyətlərində olan Yevlx rayonu Qoyunbinəəsi kəndində yerləşən 6,06 ha torpaq sahəsini X1. İşdə olan DƏDRX-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 9,4953 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İşdə olan DƏDRX-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 1,5 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2-1(116)-420/2023 nömrəli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət aktının iddiaçı “Avdılar” KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyi qoyulması qərar alınmışdır. Həmin qərardan görünür ki, dövlət aktının verilməsinə əsas olmuş Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-444/2023 nömrəli qərarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2- 1(116)-420/2023 nömrəli qərarı iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilərək, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət aktının iddiaçı “Avdılar” KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyi qoyulması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(102)-563/2024 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-444/2023 nömrəli qərarından verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İşdə olan Şəki İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2-1(116)-420/2023 nömrəli qərarından müəyyən edilir ki, JN 690 saylı (kod ********) dövlət aktı aqrar islahat komisssiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə verilmiş, lakin həmin qərarın arxiv nüsxəsi aşkar olunmamışdır. İşə olan X25 Fililalının xx.xx.2022-ci il tarixli, 8110 saylı arayışından görünr ki, 1991-2005-ci illəə dair təsəppüfatbaşına kitabda iddiaçının və aliə üzvlərinin qeydiyyata olmalarına dair heç bir mədumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübütlarla iddiaçının hazırkı iddianı verməsi üçün subyektiv hüququnun olduğu müəyyən edilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirirək, qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respbuliksının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə iclasında iddiaçı tərəfindən həmin müddətin ötürüldüyü müəyyən edilməmişdir. Məhkəmə iddianın maddi ziyan (əldən çıxmış fayda) tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddianın həmin hissədə əsaslılığına dair mötəbər sübütlar təqdim edilmədiyindən iddia həmin hissədə əsaslı hesab edilə bilməz. Buna görə də də, məhkəm belə nitəcyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçınin cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesb edilməsi, çıxarışların ləğv edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsümü iddaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gğndən bir ay mğddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar