Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-521/2025 26.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair işə 26 may 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə arasında 23 noyabr 2021-ci il tarixində X1 Xidmət Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış, 1319 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə ailə həyatı qurmuşlar və onların nikahları xx.xx.2021-ci il tarixində X1 Xidmət Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış, 1319 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da sonradan cavabdehin ona qarşı laqeydliyi, hörmətsizliyi və ailəyə uymayan hərəkətləri nəticəsində münasibətləri pozulmuşdur. Verilmiş suala cavab olaraq bildirdi ki, birgə nikahdan övladları yoxdur. Cavabdeh məhkəməyə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli MŞY/MT034/2024-00628 nömrəli arayışdan məlum olur ki, İddiaçı nikahın pozulması ilə bağlı mediasiyaya müraciət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Yevlax 1 saylı Mediasiya təşkilatına 50 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 51 manat rüsum ödənilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli Az-İİ 458768 saylı nikah haqqında şəhadətnamədən məlum olur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-ci maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən Ərarvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən Ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından övladları yoxdur. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. İddiaçı nikahın pozulması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ünvanlayaraq nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin ailənin bərpa etməsi fikri yoxdur. Tərəflərə məhkəmə tərəfindən barışmaq üçün üç ay vaxt verilməsinə baxmayaraq, barışıb ailələrini bərpa etməkləri mümkün olmamışdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış nikah pozulmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında X1 Xidmət Mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2021-ci il tarixli, 1319 saylı nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-521/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-521/2025
26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver