Məhkəmə qərarları › İş №e-2(039)-541/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-541/2022

18.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-541/2022 18.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına onlar tərəfindən, ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində, qeyri qanuni tikinti norma və tələblərinə əməl edilmədən aparılmış bütün tikinti və qeyri-tikinti sahəsinin sökülməsi, yağış sularının mülkiyyətində olan əraziyə axıdılmaması üçün novun çəkilməsi, başlarının üzərində gecə və gündüz işlədilən güclü səsi ilə onlara narahatçılıq verən su matorunun dərhal yerinin dəyişdirilməsi, mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxan eyvanın onlar tərəfə olan hissəsinin mütəxəsislərin iştirakı və rəyi ilə tam olaraq daşla hörülməsi (başlarına uçmaması üçün), zəhərli və çirkli hava vurulan hissənin, çirkab sularının axıdılması, qaz xətti çəkilməsi və s. üçün açılmış dəliyin betonlaşdırılmasına (əvvəlki vəziyyətin bərpa edilməsi) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izah etdi ki, Yevlax rayon C.Məmmədquluzadə küçəsi 4 saylı evdə yaşayır cavabdehlər onun qonşularıdır. Cavabdehlərin eyvanı onun məhəlləsinə baxırdı. Lakin məhkəməyə müraciət etdikdən sonra oranı bağlamış və qaz borusunu söküb götürmüşdür. Lakin barıda onun həyətinə baxan dəliklər vardır. Həmçinin onun mülkiyyətində olan torpaq sahəsində tikinti işi görmüşdür. Bundan başqa cavabdehlər öz həyətlərində yüksək səslə işləyən avadanlıq (su matoru) işlədirlər. Səsküydən evdə oturmaqları qeyri mümkündür. İddiaçı məhkəmədən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, eyvanın qarşısını bağlamışdır. Dəliklərin bağlanmasına etiraz etmir. Lakin həyətində olan iddiaçı yüksək səslə işləyən su matoru dediyi, qidrofon adlanın mühərrikdir. O mühərrik yüksək səs vermir və daimi olaraq işləmir. İddiaçıya məxsus torpaq sahəsində heç nə inşa etməmişlər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 23 fevral 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Cavabdeh2, X1, Cavabdeh1, X3, X4 və X2 mülkiyyətində ünvan 2 ünvanında 0,0601 hektar həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30 noyabr 2011-ci il tarixdə verilmiş **********78-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən məlum olur ki, ünvan 1 İddiaçı məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 10/2702 saylı rəyindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən iddiaçının torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edildiyi müəyyən olunmamışdır. Cavabdehin öz torpaq sahəsində texniki pasporta uyğun inşa edilmiş fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərin üzərində və zal tikilisinin qarşısında yerləşən açıq eyvanın iddiaçıya tərəf baxan hissəsinin bağlandığı müəyyən olunmuşdur. Texniki pasportun texniki göstəriciləri bölməsində fərdi yaşayış evinin 1974/1981-ci illərdə tikildiyi qeyd olunmuşdur, lakin açıq eyvanın uçma təhlükəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin açıq eyvan tikilisi cavabdehin istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərinin üzərində, zal tikilisinin qarşısında yerləşdiyi və iddiaçıya tərəf baxan hissəsinin bağlandığı səbəbindən iddiaçıya hər hansı maneə törətmədiyi müəyyən olunur. Beləliklə məhkəmədə aydın oldu ki, tərəflər qonşudular. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına onlar tərəfindən, ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində, qeyri qanuni tikinti norma və tələblərinə əməl edilmədən aparılmış bütün tikinti və qeyri-tikinti sahəsinin sökülməsi yağış sularının mülkiyyətimdə olan əraziyə axıdılmaması üçün novun çəkilməsi başlarının üzərində gecə və gündüz işlədilən güclü səsi ilə onlara narahatçılıq verən su matorunun dərhal yerinin dəyişdirilməsi, mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxan eyvanın onlar tərəfə olan hissəsinin mütəxəssislərin iştirakı və rəyi ilə tam olaraq daşla hörülməsi (başlarına uçmaması üçün), zəhərli və çirkli hava vurulan hissənin, çirkab sularının axıdılması, qaz xətti çəkilməsi və s. üçün açılmış dəliyin betonlatdırılmasına (əvvəlki vəziyyətin bərpa edilməsi) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən iddiaçının torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edildiyi müəyyən olunmamışdır. Cavabdehin öz torpaq sahəsində texniki pasporta uyğun inşa edilmiş fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərin üzərində və zal tikilisinin qarşısında yerləşən açıq eyvanın iddiaçıya tərəf baxan hissəsinin bağlandığı müəyyən olunmuşdur. Texniki pasportun texniki göstəriciləri bölməsində fərdi yaşayış evinin 1974/1981-ci illərdə tikildiyi qeyd olunmuşdur, lakin açıq eyvanın uçma təhlükəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin açıq eyvan tikilisi cavabdehin istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərinin üzərində, zal tikilisinin qarşısında yerləşdiyi və iddiaçıya tərəf baxan hissəsinin bağlandığı səbəbindən iddiaçıya hər hansı maneə törətmədiyi müəyyən olunur. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən iddiaçının torpaq sahəsinə cavabdehlərə məxsus ev tərəfindən açılmış dəliklər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına bağlanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh1 və Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən iddiaçının torpaq sahəsinə cavabdehlərə məxsus ev tərəfindən açılmış dəliklər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına bağlansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamə alındığı vaxtdan 01 ay müddətinə Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiyası Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar