Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-862/2024 02.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin yarı dəyərinin alınmasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, bacısı X6 məxsus olmuş “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin satışından əldə edilmiş 35000 manat pulun ½ hissəsi olan 17500 manat pulun, ödənilmiş 143 manat dövlət rüsumunun, 300 manat vəkili xidmətinə ödənilmiş vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini dəqiqləşdirərək əlavə olaraq iddia ərizəsində qeyd olunan satış dəyəri nəzərdə tutulan bazar qiymətini nəzərdə tutulan vurulmuş zərərin yarı dəyərini ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh qarşı bacısı X3 miras qalmış Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 9-da yerləşən 2 otaqlı 3 saylı mənzilə vəsiyyətnasi üzrə vərəsəliyinin müəyyən edilməsi, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin cavabdeh X1 barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satıq müqaviləsinin etibarsız sayılması, avtomobilin X7 idarəçiliyindən alınıb ona verilməsi, Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 9-da yerləşən 3 saylı mənzildə olan 74 adda ev əşyalarının, 12 adda qızıl-zinyət əşyalarının alınıb ona verilməsi barədə iddia qaldırmışdır. Mingəçevir şəhər məhkəməsinin 2(051)- 96/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, o, mərhum X4 vəsiyyət üzrə vərəsəsi, Cavabdeh isə məcburi pay almaq hüququ olan qanun üzrə vərəsəsi tanınmış, mərhum X3 miras qalmış, xx.xx.2013-cü il tarixdə, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən ona məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payı ½ hissədə müəyyən edilmiş, Cavabdeh ilə X11 arasında xx.xx.2021-ci il tarixdə mərhum X4 mülkiyyətində olmuş, “Dodge Durango” markalı 45-BH2-55 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, mərhum X3 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payı ½ hissədə müəyyən edilmiş, mərhum X3 miras qalmış əyarı 583, çəkisi 15 qram, dəyəri 1050(bir min əllimanat) manat olan nazik sep, əyarı 583, çəkisi 10 qram, dəyəri 700 (yeddi yüz) manat olan sep, əyarı 583, çəkisi 4 qram, dəyəri 280 (iki yüz səksən) manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350(üç yüz əlli) manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 10 qram, dəyəri 700 (yeddi yüz) manat olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan 1 ədəd qızılsırğa, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800 (iki min səkkiz yüz) manat olan bismark sep, əyarı 583, çəkisi 70 qram, dəyəri 4900 (dörd min doqquz yüz ) manat olan bismark sep, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800 (iki min səkkiz yüz) manat olan bismark qolbağ, əyarı 583, çəkisi 36 qram, dəyəri 2520(ikimin beş yüz iyirmi) manat olan yolka sep, əyarı 583, çəkisi 22 qram, dəyəri 1540 (bir min beş yüz qırx) manat olan yolka qolbağ, əyarı 583, çəkisi 20 qram, dəyəri 1400(bir min dörd yüz) manat olan tros sep, əyarı 583, çəkisi 15 qram, karatı 1.2, dəyəri 1050(bir min əlli) manat olan, bir dəst ortası yaşlı qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 750, çəkisi 12 qram, karatı 1.5, dəyəri 1080 (bir min səksən) manat olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi 6 qram, dəyəri 420(dörd yüz iyirmi) manat olan olan 1 ədəd üzük və dəyəri 2088 (iki min səksən səkkiz) manat olan 24 ədəd qızıl dişdən ibarət 17 adda qızıl-zinət əşyalarının dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payı ½ hissədə müəyyən edilmiş, mərhum X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzildə olan və üzərinə həbs qoyulmuş, 1 ədəd paltaryuyan maşın, 2 ədəd, 82 və 102 ekran televizor, 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd kondisioner, qaz peçi, 2 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd stol, 4 ədəd mətbəx stulu, 6 ədəd stul , qorka servant, 3 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd təknəfərlik kravat, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 ədəd sokçəkən, 1 ədəd elektrik ət çəkən, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd elektrik samovar, l dəst qalaksi tava dəsti-4-lük, 1 ədəd bagema güldan, 12 nəfərlik 1 dəst madonna çay dəsti, 12 nəfərlik, 1 dəst madonna yemək dəsti, 12 nəfərlik 1 dəst Madonna kofe dəsti, 4 ədəd çilçıraq, 3 ədəd saat, 5-li 2 dəst qalaksi qazan dəsti, 8 ədəd gəvə, 2 ədəd palaz, 2 ədəd divan üstü, 2 ədəd odeyal buxovıy, 12 nəfərlik 2 dəst yemək serviz dəsti, 4 ədəd xrustal güldan, 4 ədəd xrustal vaza, 3 ədəd çaydan, 5 ədəd çaynik , 5-li ,2 dəst şirəli qazan dəsti, 5-li 2 dəst nikel qazan dəsti, 1 ədəd 50 litrlik qazan, 10 ədəd tək çaşka, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 12 ədəd kasa kiçik, 12 ədəd kasa böyük, 12 ədəd aş buludu, 96 ədəd boşqab dəsti, 50 ədəd boşqab, 15 ədəd qənd qabı, 6 ədəd bagema qırmızı rumka dəsti, 6 ədəd bagema göy rumka dəsti, 6 ədəd bagema yaşıl rumka dəsti, 6 ədəd balaca rumka dəsti, 6 ədəd böyük rumka dəsti, bagema qrafin və 6 ədəd bakal dəsti, 20 ədəd böyük aş boşqabı, 1 ədəd böyük üçmərtəbə qab, 2 ədəd kiçik üçmərbəbə qab, 24 ədəd çəngəl, 24 ədəd qaşıq, 24 ədəd bıçaq, 24 ədəd çay qaşığı, 2 ədəd bagema qırmızı konfet qabı, 6 nəfərlik -1 dəst mətbəx üçün çay servizi, 2 ədəd böyük qara güldan, 4 ədəd süfrə, təzə 5 ədəd hamam dəsmalı, təzə 12 ədəd əlüzdəsmalı, təzə 20 ədəd ay dəsmalı, 1 ədəd ventilyator, HUAWEİ P30 LİTE 128GB BLUE markıal telefon, 1ədəd (təzə)- Paltaruyan, 4 ədəd stul, 1 ədəd taxt döşəyi, 3 ədəd tək nəfərlik döşək, 1 ədəd taxt yorğanı 3 ədəd bir nəfərlik yorğan, 8 ədəd yastıq, 2 ədəd yay yorğanı, 2 ədəd divan döşəyi, 2 ədəd divan yastığı, 2 ədəd Kapsella pərdə, mətbəx pərdəsi, 2 ədəd böyük Bagema vaz yaşıl rəngdə, 28 ədəd mürəbbə qabları, 24 ədəd duz qabı, 24 ədəd meyvə bıçağı, 24 ədəd Aş qaşığı(böyük, 1 ədəd litrlik nikel qazan, 1 ədəd 20 litrlik Nikel qazan qırmızı naxışlı, 1 ədəd Təzyiqölçən aparat, 1 ədəd Şəkər ölçən aparat, 2 ədəd tuj vedrə, 2 ədəd aşsüzən, 3 ədəd alminimum ləyən, 2 ədəd şirəli ləyən, 10 ədəd kapron ləyənlər, 6 ədəd kül qabı, 1 ədəd mikser, Termos, 10 ədəd Qoşa yataq dəsti (təzə), 5 ədəd yataq dəsti-təknəfərlik(təzə), 5 ədəd məcməyi, 30 ədəd tum qabı, 1 ədəd kapron vanna, 2 ədəd kapron vedrə, 2 ədəd dəmir vedrə, 3 ədəd alminium qazan, 1 ədəd DVD aparatı, 1 ədəd Krosnı aparatı, ləyəni ilə birlikdə, 1 ədəd Beşbarmaq formalı rəngli gül qabı, 1 ədəd televizor altlığı, 4 ədəd Meyvə qabı(xrustal), 6 ədəd ləpə qabı, 1 ədəd yataq örtüyü, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd Xrustal stolüstü saatdan ibarət 73 adda ev əşyalarından vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payı ½ hissədə müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iddiaçı (cavabdeh) Cavabdeh iddiası qismən təmin edilmiş, mərhum X4 qəbirüstü abidəsinə, qəbrinin ətrafının abadlaşdırılmasına Cavabdeh tərəfindən çəkilmiş 6700 (altı min yeddi yüz) manat məbləğində xərc, ümumimirasın dəyərindən çıxılıb qanun üzrə vərəsə olan Cavabdeh verilməsi, mərhum X4 dəfn xərci üçün ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun 300 (üç yüz) manat məbləğində hissəsi cavabdeh (iddiaçı) İddiaçı alınıb iddiaçı (cavabdeh) Cavabdeh verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(107)-19/2024 saylı qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-96/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş “Dodge Durango” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mərhum X3 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payının ½ hissədə müəyyən edilməsi və miras qalmış ev əşyalarının dəyərinin müəyyən edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddia ərizəsi “Dodge Durango” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mərhum X3 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payının ½ hissədə müəyyən edilməsi hissəsində təmin edilməmiş, mübahisələndirilən ev əşyalarının orta bazar qiyməti ekspert rəyinə uyğun olaraq 18163,00 manat müəyyən olunmuş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmin qətnamədə hesab etmişdir ki, «Bundan başqa, hazırda həmin avtomobil başqa şəxsə satıldığından, həmin şəxs avtomobili alan vaxt X11 mülkiyyətçi, avtomobil isə üçüncü şəxslərin hüquqlarından azad əşya olduğundan, əşyanı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Ona görə də avtomobil miras əmlakına daxil olmadığından iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı həmin avtomobilin satılması nəticəsində ona dəymiş ziyanla bağlı ümumi qaydada məhkəməyə müraciət edə bilər»(qətnamənin 18-ci səhifəsi) Həmin işdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 9 iyun 2023-cü il tarixli 9/3065 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 3-cü sual üzrə qeyd olunan xüsusiyyətlərə müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Azturbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikasıməlumatlarına əsasən,“Dodge Durango” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlıavtomobilin 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 35000 manat müəyyən olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X12 iddia tələbini qəbul etməyərək bildirmişlər ki, ə Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili X12 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iş üzrə iddianın heç bir əsası yoxdur. Belə ki, sözügedən iş üzrə iddia tələbinin heç bir hüquqi əsası olmaması səbəbindən rədd edilmiş n avtomobil üzrə işə baxılmış və iddia həmin hissədə rədd edilmişdir. Bir işə ikinci dəfə baxmaq və belə bir iddia verdiyi halda iş üzrə iddia rədd edilməlidir. Bundan əlavə iddia ilk dəfə verilsəydi belə iddianın özündə göstərilməmişdir ki, avtomobilin satışından əladə olunmuş pulun ½ hissəsi verilməlidir. Avtomobilin 21000 manata satılmışdır. 21000 manata satılmış avtomobilin dəyəri ½ hissədə niyə 17500 manat təşkil etməlidir ki, ona görə də iddia əsassızdır. Bundan əlavə niyə vəkil xərci ondan tutulmalı, bu hissədə tələ tam əsassız və mənasızdır. İddia tam olaraq əsassız olması səbəbindən rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-696/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, o, mərhum X4 vəsiyyət üzrə vərəsəsi, Cavabdeh isə məcburi pay almaq hüququ olan qanun üzrə vərəsəsi tanınmış, mərhum X3 miras qalmış, xx.xx.2013-cü il tarixdə, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən ona məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payı ½ hissədə müəyyən edilmiş, Cavabdeh ilə X11 arasında xx.xx.2021-ci il tarixdə mərhum X4 mülkiyyətində olmuş, “Dodge Durango” markalı 45-BH2-55 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, mərhum X3 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payı ½ hissədə müəyyən edilmiş, mərhum X3 miras qalmış əyarı 583, çəkisi 15 qram, dəyəri 1050(bir min əllimanat) manat olan nazik sep, əyarı 583, çəkisi 10 qram, dəyəri 700 (yeddi yüz) manat olan sep, əyarı 583, çəkisi 4 qram, dəyəri 280 (iki yüz səksən) manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350(üç yüz əlli) manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 10 qram, dəyəri 700 (yeddi yüz) manat olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan 1 ədəd qızılsırğa, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800 (iki min səkkiz yüz) manat olan bismark sep, əyarı 583, çəkisi 70 qram, dəyəri 4900 (dörd min doqquz yüz ) manat olan bismark sep, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800 (iki min səkkiz yüz) manat olan bismark qolbağ, əyarı 583, çəkisi 36 qram, dəyəri 2520(ikimin beş yüz iyirmi) manat olan yolka sep, əyarı 583, çəkisi 22 qram, dəyəri 1540 (bir min beş yüz qırx) manat olan yolka qolbağ, əyarı 583, çəkisi 20 qram, dəyəri 1400(bir min dörd yüz) manat olan tros sep, əyarı 583, çəkisi 15 qram, karatı 1.2, dəyəri 1050(bir min əlli) manat olan, bir dəst ortası yaşlı qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 750, çəkisi 12 qram, karatı 1.5, dəyəri 1080 (bir min səksən) manat olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi 6 qram, dəyəri 420(dörd yüz iyirmi) manat olan olan 1 ədəd üzük və dəyəri 2088 (iki min səksən səkkiz) manat olan 24 ədəd qızıl dişdən ibarət 17 adda qızıl-zinət əşyalarının dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payı ½ hissədə müəyyən edilmiş, mərhum X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzildə olan və üzərinə həbs qoyulmuş, 1 ədəd paltaryuyan maşın, 2 ədəd, 82 və 102 ekran televizor, 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd kondisioner, qaz peçi, 2 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd stol, 4 ədəd mətbəx stulu, 6 ədəd stul , qorka servant, 3 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd təknəfərlik kravat, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 ədəd sokçəkən, 1 ədəd elektrik ət çəkən, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd elektrik samovar, l dəst qalaksi tava dəsti-4-lük, 1 ədəd bagema güldan, 12 nəfərlik 1 dəst madonna çay dəsti, 12 nəfərlik, 1 dəst madonna yemək dəsti, 12 nəfərlik 1 dəst Madonna kofe dəsti, 4 ədəd çilçıraq, 3 ədəd saat, 5-li 2 dəst qalaksi qazan dəsti, 8 ədəd gəvə, 2 ədəd palaz, 2 ədəd divan üstü, 2 ədəd odeyal buxovıy, 12 nəfərlik 2 dəst yemək serviz dəsti, 4 ədəd xrustal güldan, 4 ədəd xrustal vaza, 3 ədəd çaydan, 5 ədəd çaynik , 5-li ,2 dəst şirəli qazan dəsti, 5-li 2 dəst nikel qazan dəsti, 1 ədəd 50 litrlik qazan, 10 ədəd tək çaşka, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 12 ədəd kasa kiçik, 12 ədəd kasa böyük, 12 ədəd aş buludu, 96 ədəd boşqab dəsti, 50 ədəd boşqab, 15 ədəd qənd qabı, 6 ədəd bagema qırmızı rumka dəsti, 6 ədəd bagema göy rumka dəsti, 6 ədəd bagema yaşıl rumka dəsti, 6 ədəd balaca rumka dəsti, 6 ədəd böyük rumka dəsti, bagema qrafin və 6 ədəd bakal dəsti, 20 ədəd böyük aş boşqabı, 1 ədəd böyük üçmərtəbə qab, 2 ədəd kiçik üçmərbəbə qab, 24 ədəd çəngəl, 24 ədəd qaşıq, 24 ədəd bıçaq, 24 ədəd çay qaşığı, 2 ədəd bagema qırmızı konfet qabı, 6 nəfərlik -1 dəst mətbəx üçün çay servizi, 2 ədəd böyük qara güldan, 4 ədəd süfrə, təzə 5 ədəd hamam dəsmalı, təzə 12 ədəd əlüzdəsmalı, təzə 20 ədəd ay dəsmalı, 1 ədəd ventilyator, HUAWEİ P30 LİTE 128GB BLUE markıal telefon, 1ədəd (təzə)- Paltaruyan, 4 ədəd stul, 1 ədəd taxt döşəyi, 3 ədəd tək nəfərlik döşək, 1 ədəd taxt yorğanı 3 ədəd bir nəfərlik yorğan, 8 ədəd yastıq, 2 ədəd yay yorğanı, 2 ədəd divan döşəyi, 2 ədəd divan yastığı, 2 ədəd Kapsella pərdə, mətbəx pərdəsi, 2 ədəd böyük Bagema vaz yaşıl rəngdə, 28 ədəd mürəbbə qabları, 24 ədəd duz qabı, 24 ədəd meyvə bıçağı, 24 ədəd Aş qaşığı(böyük, 1 ədəd litrlik nikel qazan, 1 ədəd 20 litrlik Nikel qazan qırmızı naxışlı, 1 ədəd Təzyiqölçən aparat, 1 ədəd Şəkər ölçən aparat, 2 ədəd tuj vedrə, 2 ədəd aşsüzən, 3 ədəd alminimum ləyən, 2 ədəd şirəli ləyən, 10 ədəd kapron ləyənlər, 6 ədəd kül qabı, 1 ədəd mikser, Termos, 10 ədəd Qoşa yataq dəsti (təzə), 5 ədəd yataq dəsti-təknəfərlik(təzə), 5 ədəd məcməyi, 30 ədəd tum qabı, 1 ədəd kapron vanna, 2 ədəd kapron vedrə, 2 ədəd dəmir vedrə, 3 ədəd alminium qazan, 1 ədəd DVD aparatı, 1 ədəd Krosnı aparatı, ləyəni ilə birlikdə, 1 ədəd Beşbarmaq formalı rəngli gül qabı, 1 ədəd televizor altlığı, 4 ədəd Meyvə qabı(xrustal), 6 ədəd ləpə qabı, 1 ədəd yataq örtüyü, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd Xrustal stolüstü saatdan ibarət 73 adda ev əşyalarından vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payı ½ hissədə müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iddiaçı (cavabdeh) Cavabdeh iddiası qismən təmin edilmiş, mərhum X4 qəbirüstü abidəsinə, qəbrinin ətrafının abadlaşdırılmasına Cavabdeh tərəfindən çəkilmiş 6700 (altı min yeddi yüz) manat məbləğində xərc, ümumimirasın dəyərindən çıxılıb qanun üzrə vərəsə olan Cavabdeh verilməsi, mərhum X4 dəfn xərci üçün ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun 300 (üç yüz) manat məbləğində hissəsi cavabdeh (iddiaçı) İddiaçı alınıb iddiaçı (cavabdeh) Cavabdeh verilməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-19/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-96/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş “Dodge Durango” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mərhum X3 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payının ½ hissədə müəyyən edilməsi və miras qalmış ev əşyalarının dəyərinin müəyyən edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddia ərizəsi “Dodge Durango” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mərhum X3 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh məcburi payının ½ hissədə müəyyən edilməsi hissəsində təmin edilməmiş, mübahisələndirilən ev əşyalarının orta bazar qiyməti ekspert rəyinə uyğun olaraq 18163,00 manat müəyyən olunmuş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1910/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ilk idda üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-19/2023 nömrəli qətnaməsi iddiaçı Cavabdeh qarşılıqlı iddiasının təmin olunmuş hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası mərhum X5 qəbirüstü abidəsinə, qəbrinin ətrafının abadlaşdırılmasına çəkilmiş 6700 manat məbləğində xərci ümumi mirasıın dəyərindən çıxılıb Cavabdeh verilməsi hissəsindən təmin edilməsi, qətnamənin iddiaçı Cavabdeh tərəfindən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı dövlət rüsumu olaraq 143 manat pul ödəmişdir. xx.xx.2024-cü il tarixli ******************** saylı qəbzdən görünür ki, Mingəçevir şəhər Vəkil Bürosunun hesabına 300 manat pul ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3065 saylı rəyinin sürətindən görünür ki, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2021-ci ilin iyun ayın olan orta bazar qiyməti nəzəri qaydada təxminən 35000 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır (mad. 217). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iş üzrə tərəflər yeznə qayın olmaqla qohum olmuşlar. Cavabdeh və iddiaçının bacısı X10 22 iyul 2016-cı il tarixdə nikaha daxil olmuşlar. X10 14 iyun 2021-ci il tarixdə vəfat etmişdir. 21 iyul 2003-cü il tarixli vəsiyyətnamə ilə X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən mənzilini qardaşı İddiaçı vəsiyyət etmişdir. “Dodge Durango” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 dekabr 2012-ci il tarixdə X15 Hesab-arayış əsasında X4 adına rəsmiləşdirilmiş, Cavabdeh etibarnamə əsasında 14 iyun 2021-ci il tarixdə həmin avtomobili 21000 manata X2. İş üzrə tərəflər arasında vərəsəlik hüquq münasibətləri ilə bağlı mülki mübahisə olmuş və həmin işə baxılarkən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 35000 manat müəyyən olunmuş və həmin avtomobil başqa şəxsə satıldığından, həmin şəxs avtomobili alan vaxt X11 mülkiyyətçi, avtomobil isə üçüncü şəxslərin hüquqlarından azad əşya olduğundan, əşyanı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Ona görə də, avtomobil miras əmlakına daxil olmadığından iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin avtomobilin satılması nəticəsində ona dəymiş ziyanla bağlı ümumi qaydada məhkəməyə müraciət edə biləcəyi qeyd olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyası isə 2(102)-1910/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə bu nəticə ilə razılaşmışdır. Qeyd olunan maddi hüquq normalarının tələblərini, habelə qanuni qüvvəsini almış məhkəmə qərarlarının preyudisiallığını nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyərinin yarı dəyəri olan (35000 (otuz beş min) manatın yarısı) 17500 (on yeddi min beş yüz) manat Cavabdeh tutularaq İddiaçı qızına ödənilməlidir. Eyni zamanda iddia ərizəsinin verilməsinə görə ödənilmiş 143 manat məbləğində dövlət rüsumunun, vəkil xidmətinə görə ödənilmiş 300 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyərinin yarı dəyəri olan (35000 (otuz beş min) manatın yarısı) 17500 (on yeddi min beş yüz) manat pul İddiaçı qızına Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 143 (bir yüz qırx üç) manat məbləğində dövlət rüsumunun və vəkil xidmətinə görə ödənilmiş 300 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-862/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-862/2024
02.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver