Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-966/2025 03.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə 03 iyul 2025-ci il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10780 manat borcun, 5000 manat dəymiş zərərin (faizin) və 129 manat dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəsində, Cavabdeh 10780 manat borcun, 5000 manat dəymiş zərərin (faizin) və 129 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Yevlax rayonunda dəmiryolunda işləyir. Onunla bir yerdə işləyən Cavabdeh 2023-cü ilin oktyabr ayında ona müraciət edərək probleminin olduğunu bildirmiş və xahiş etmişdir ki, iddiaçı 12700 manat bankdan kredit pul götürüb ona versin, o da öz növbəsində hər ay pulu ödəyəcəkdir. Bundan sonra iddiaçı pulu götürüb ona vermişdir, lakin cavabdeh pulu ödəməkdən imtina etmiş, bank iddiaçının əmək haqqından hər ay pulu tutur. Cavabdehdən pulu tələb edəndəo, bildirmişdir ki, arpa əkib satanda verəcəkdir. Pulu verməyəndə o, başa düşmüşdür ki, cavabdeh onu aldadıb.həmin puldan cavabdeh 6 ay 320 manatdan pul ödənişi edib. Bu da 1920 manat təşkil edir. Cavabdehin ona 10780 manat əsas borcu və 5000 manat faiz borcu qalmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının göstərdiyi xüsusatları bir daha təsdiq etdi və əlavə olaraq bildirdi ki, qeyd olunan məbləği verərkən cavabdeh həmin işlərə dair qəbz vermişdir. Qəbzdə şəxs ona 10780 manat pul aldığını tamamilə etiraf etmişdir. O, iddia ərizəsinə qəbzin surətini əlavə edərək, əslini məhkəmə prosesində təqdim edəcəyini bildirmişdir. Bundan başqa iddiaçı cavabdehə dəfələrlə müraciət etmişdir. Etdiyi müraciətlərin heç biri nəticəsi olmamışdır. Ona görə də cavabdehlə münasibətləri qarşılıqlı qaydada həll olunmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehdən 10780 manat məbləğində borcun və 5000 manat dəymiş zərərərin (faizin) və 129 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq müəyyən səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onsuz baxılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı iş yoldaşıdır. İddiaçı ona bankdan 9000 manat kredit götürüb vermişdir. O da öz növbəsində bir il müddətində hər ay 320 manat İddiaçı pul ödəmişdir. Sonradan isə maddi imkanı olmadığına görə ödəniş edə bilməmişdir. O, qalan məbləği hər ay hissə-hissə 150-200 manat həddində ödəniş edə bilər. Ona görə də, haqlı olaraq hazırki iddiaya qarşı etiraz edir və qeyd etdiyi halları və əsasları nəzərə almaqla mübahisələndirilən iddia tələbi barədə müvafiq qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, Cavabdeh iş yoldaşı İddiaçı adına ABB-dən xx.xx.2023-cü il tarixdə 12700 manat kredit götürmüşdür. Cavabdeh puldan 6 ay ödəniş etmiş, 6 ay Samirin əmək haqqı kartından tutulmuş, hal-hazırda İddiaçı kartından 1920 manat pul tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ABB tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 12700 manat kredit verilmişdir. Beləliklə iş materiallarından məlum olur ki, tərəflər bir-birlərini tanıdığından və cavabdehə borc pul lazım olduğundan, iddiaçı ona “Azərbaycan Beynəlxalq Bank”ından kredit götürmüş və cəmi 12700 manat borc vermiş, cavabdeh 1920 manat borcundan qaytarmışdır. Məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 5000 manat faiz borcuna münasibətdə qeyd edir ki, iddiaçı cavabdehə verdiyi pul məbləğini “Azərbaycan Beynəlxalq Bank”ından əldə etmiş və hazırda kredit tam ödənilməmiş, kredit tam ödənilmədiyi halda da faiz borcunun tələb edilməsi qəbul edilməzdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10780 manat pul və ödənilmiş 129 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10780 manat pul və ödənilmiş 129 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-966/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-966/2025
03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver