Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-992/2020 06.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdehlər X1 və Cavabdeh1 iştirakı ilə, iddiaçı ASC “xxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC “xxxx” Sığorta Şirkəti (bundan sonra mətndə Sığorta Şirkəti) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında Sığorta Şirkətinin xeyrinə 4500 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il saat 15:40 radələrində Bakı-Qazax-Yevlax yolunun 288-ci km-də Cavabdeh2, Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh1 sahibliyində olan “VAZ 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan (etibarnamə olmadan) idarə edərkən yanlış manevr etmiş və nəticədə X3 idarə etdiyi “DUCATİ DİAVEL MOTOSİKİL” minik markalı, 20-AO-20 dövlət nömrəli nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “DUCATİ DİAVEL MOTOSİKİL” minik markalı, 20-AO-20 dövlət nömrəli nişanlı avtomobilə maddi zərər vurulmuşdur. ******* №-li inzibati xəta haqqında iş üzrə qərara əsasən, Əliyev X2 Xətaları Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Qiymətləndirmə aktından göstərilmişdir ki, “DUCATİ DİAVEL MOTOSİKİL” minik markalı, 20-AO-20 dövlət nömrəli nişanlı avtomobilə 4500 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 2049/17 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Sığorta Şirkəti tərəfindən zərər çəkən X4 avtomobilə dəymiş zərərə görə 4500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta Şirkətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, tərəfindən törədilən inzibati xətaya görə inzibati xəta haqqında qərar əsasında cərimə olunmuş və cəriməsini ödəmişdir. Yol nəqliyyatı hadisəsi baş verərkən avtomobilin mülkiyyətçisi olan qardaşı, digər cavabdeh Etibar avtomobildə olmuşdur. Eyni zamanda üç il əvvəl baş vermiş yol nəqliyyatı hadisəsinə görə hazırda ondan pul tələb olunması qanunauyğun deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yol nəqliyyatı hadisəsi baş verən zaman o, qardaşı Qalibin yanında olmuşdur. Qardaşının idarə etdiyi avtomobil onun mülkiyyətindədir və avtomobili sığorta etdirmişdir. Avtomobil sığorta olunmasına baxmayaraq vurulmuş zərərin onlardan tələb olunması qanunsuz və əsasızdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. AC seriyalı 881413 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Vaz-21074” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi Cavabdeh1dur. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsindən görünür ki, “Vaz-21074” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalı Cavabdeh1 tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2018-cı il tarixədək ASC “xxxx” Sığorta Şirkətində sığortalanmış, şəhadətnamənin “sığorta məbləğinə dair məlumat” hissəsində əmlaka vurulan zərərə görə 5000 manat ödənilməsi qeyd edilmişdir. Sığorta müddətində- xx.xx.2017-ci il il tarixində Cavabdeh2 idarə etdiyi “Vaz-21074” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobil “DUCATİ DİAVEL MOTOSİKİL” minik markalı, 20-AO-20 dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobil mexaniki zədə almışdır. Baş Dövlət X10 İXP seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İC AA 2049/17 saylı işə dair sığorta aktından görünür ki, “DUCATİ DİAVEL MOTOSİKİL” minik markalı, 20-AO-20 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qəza nəticəsində avtomobilin sahibinə 4500 manat məbləğində ziyan dəyib. İddiaçı həmin akta əsaslanaraq dəymiş zərərin məbləğini sığorta aktı ilə 4500 manat müəyyən etmiş və “DUCATİ DİAVEL MOTOSİKİL” minik markalı, 20-AO-20 dövlət nömrə nişanlı avtomobilin sahibi X5 xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 2250 manat, xx.xx.2017-ci il tarixdə isə 750 manat olmaqla, cəmi 4500 manat məbləğində sığorta ödənişi ödəmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/3143 saylı rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “DUCATİ DİAVEL MOTOSİKİL” minik markalı, 20-AO-20 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4159 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə razılaşmayaraq, qeyd edir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh2 təqsiri üzündən baş verdiyindən, yəni iddiaçıya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (delikt) şəxsən Cavabdeh2 tərəfindən törədildiyindən və hadisə baş verən vaxt o, avtomobilə qanuni əsaslarla sahiblik etdiyindən ziyanın əvəzi də məhz onun tərəfindən ödənilməlidir. Sığorta Şirkəti Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyini və bunu təsdiqi kimi Baş Dövlət X8 xx.xx.2017-ci il tarixli məktubunu iddia ərizəsinə əlavə etsə də, Cavabdeh1 yol nəqliyyatı hadisəsi zamanı avtomobildə olduğunu və buna görə də, etibarnaməyə ehtiyac olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Cavabdeh2 inzibati məsuliyyətə avtomobili etibarnaməsiz idarə etdiyinə görə deyil, manevretmə qaydalarının pozduğuna görə(İXM 327.1 maddə) cəlb olunmuşdur. Şəxsin inzibati məsuliyyətə cəlb olunması isə məktubla deyil, inzibati xəta haqqında qərarla müəyyən olunduğundan məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Göründüyü kimi, sığortalının vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 4159 manat məbləğində pul(ekspert rəyinə əsasən) Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4159 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh Cavabdeh2 iddiaçının xeyrinə, 100 manat ekspertiza xərci isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC “xxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiası qismən təmin edilsin. Cavabdeh2 4159 (dörd min yüz əlli doqquz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat (otuz) manat alınaraq iddiaçı ASC “xxxx” Sığorta Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ43CTRE**********0002088501 hesab nömrəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №e-2(039)-992/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-992/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver