Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-1250/2025 12.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı Cavabdeh qarşı “Uzunmüddətli mühafizə orderinin verilməsi və cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi” barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “iddia ərizəsi” başlıqlı elektron ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, məişət zorakılığından müdafiə olunmağı məqsədi ilə ona, yəni İddiaçı 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsini, yazılı şəkildə xəbərdarlıq edilməklə, uzunmüddətli mühafizə orderi ilə Cavabdeh ona qarşı təkrardan məişət zorakılığı törətməsi, onu axtarması, ona yaxınlaşması, onunla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onu hər hansı formada təqib etməsi, ona zəng etməsi, mesaj və ya hər hansı elektron vasitələrdən istifadə edərək məktub və ya ismarıc yazması, ona narahatlıq gətirən digər hərəkətləri etməsinin qadağan edilməsini xahiş etmişdir (Ərizə “Elektron məhkəmə” informasiya sistemində xüsusi icraat qaydasında ərizə olaraq yerləşdirilməli olduğu halda, yanlış olaraq iddia icraatı qaydasında ərizə olaraq yerləşdirilmişdir-hakimin qeydi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -305.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 305.1.5. itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); 305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 305.1.9. övladlığa götürmə haqqında ərizələrə; 305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; 305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; 305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; 305.1.15. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; 305.1.16. yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında; 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. İddiaçı “uzunmüddətli mühafizə orderinin verilməsi və cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 305.1.11-ci maddəsinin tələbindən göründüyü kimi məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərə aiddir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi və cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 153.1.1-ci maddəsində nəzərdə tutulmuş əsas- iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, ərizə “Elektron məhkəmə” informasiya sistemində Mülki Prosessual Məcəllənin 40-1-ci fəslinə uyğun yerləşdirilməli olduğu halda, yanlış olaraq 12-ci fəslə uyğun yerləşdirilmişdir. İddiaçıya izah edilir ki, hazırki ərizə ilə bağlı Mülki Prosessual Məcəllənin 12-ci fəslində nəzərdə tutulmuş iddia icraatı qaydasında deyil, Mülki Prosessual Məcəllənin 40- 1-ci fəslinin (məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraat) tələblərinə uyğun olaraq xüsusi icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Kəlbəcər Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron formada daxil olmuş, İddiaçı Cavabdeh qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi və cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1250/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-1250/2025
12.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver