Məhkəmə qərarları › İş №e-2(040)-1307/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-1307/2025

23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-1307/2025 23.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinin Cavabdeh- Bakı şəhəri Nəsimi Rayon Kommunal X1 direktoru Cavabdeh qarşı “Cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında yazılı icraat qaydasında (məhkəmə iclasından kənar) nəzərdən keçirib, müəyyənetdim: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsi Cavabdeh qarşı “iddia ərizəsi” başlıqlı elektron ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 1638199,14 AZN (bir milyon altı yüz otuz səkkiz min yüz doxsan doqquz manat-14 qəpik), Dövlət Sosial Müdafiə Fonduna olan 1703234,27 AZN (bir milyon yeddi yüz üç min iki yüz otuz dörd manat-27 qəpik) məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin, icra orqanının rəhbəri olan, Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (Ərizə “Elektron məhkəmə” informasiya sistemində xüsusi icraat qaydasında ərizə olaraq yerləşdirilməli olduğu halda, yanlış olaraq iddia icraatı qaydasında ərizə olaraq yerləşdirilmişdir-hakimin qeydi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -305.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 305.1.5. itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); 305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 305.1.9. övladlığa götürmə haqqında ərizələrə; 305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; 305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; 305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; 305.1.15. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; 305.1.16. yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında; 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinin “cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinin tələbindən göründüyü kimi məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərə aiddir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinin Cavabdeh qarşı “cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 153.1.1-ci maddəsində nəzərdə tutulmuş əsas- iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, ərizə “Elektron məhkəmə” informasiya sistemində Mülki Prosessual Məcəllənin 40-2-ci fəslinə uyğun yerləşdirilməli olduğu halda, yanlış olaraq 12-ci fəslə uyğun yerləşdirilmişdir. İddiaçıya izah edilir ki, hazırki ərizə ilə bağlı Mülki Prosessual Məcəllənin 12-ci fəslində nəzərdə tutulmuş iddia icraatı qaydasında deyil, Mülki Prosessual Məcəllənin 40- 2-ci fəslinin (vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) tələblərinə uyğun olaraq xüsusi icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Kəlbəcər Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron formada daxil olmuş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinin Cavabdeh (Bakı şəhəri Nəsimi Rayon Kommunal X1 direktoru) qarşı “cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə elektron formada şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar