Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1560/2025 05.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsas borcluya zamin olaraq olaraq ödədiyi 4846,69 manat məbləğində pul vəsaitinin reqres qaydada tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4846,69 AZN (dörd min səkkiz yüz qırx altı manat-69 qəpik) pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) arasında 09 dekabr 2014-cü il tarixli PB/0xx/xx/363529 nömrəli kredit müqaviləsi bağlanmış və ona 24 ay müddətinə 3820 ABŞ dolları (üç min iki yüz dollar) kredit verilmişdi. Kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün "xxxx" Bank olmayan Kredit Təşkilatı Açıq Səhimdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(040)-1449/2017 nömrəli qətnaməsinə əsasən, ümumilikdə 3590,83 ABŞ dolları (üç min beş yüz doxsan dollar-83 sent) məbləğində kredit borcunun Cavabdeh və İddiaçı müştərək qaydada tutulması qət edilmişdir. Qətnamə icraya yönəldildikdən sonra Ağsu Rayon İcra Şöbəsi tərəfindən qətnamə üzrə verilmiş icra sənədinin icrasına dair icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra Şöbəsinin 27 sentyabr 2023-cü il tarixli 21607/2018-49-8 nömrəli məktubu əsasında tələb İddiaçı əməkhaqqına yönəldilmişdir. 2023-cü ilin noyabr ayından başlamaqla İddiaçı aylıq əməkhaqqından pul tutularaq "xxxx" BOKT ASC-yə ödənilməyə başlanmışdır. Ümumilikdə 4208,44 AZN (dörd min iki yüz səkkiz manat-44 qəpik) pul tutularaq qətnamə üzrə borcun ödənilməsinə yönəldilmişdir. 638,25 AZN (altı yüz otuz səkkiz manat-25 qəpik) isə (375 ABŞ dolları) İddiaçı tərəfindən şəxsən Bank olmayan Kredit Təşkilatına ödənilərək qətnamə üzrə borc tam olaraq bağlanmışdır. İddiaçı tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(040)-1449/2017 nömrəli qətnaməsi üzrə cəmi 4846,69 AZN (dörd min səkkiz yüz qırx altı manat-69 qəpik) ödənilərək borc tam olaraq bağlanmışdır. Son ödəniş 19 avqust 2025-ci il tarixində edilmişdir. Hazırda qətnamə üzrə borc tam olaraq bağlandığı üçün İddiaçı Cavabdeh qarşı reqres tələb hüququ yaranmışdır. Əməkhaqqına tutma yönəldildiyi gündən əsas borclu Cavabdeh dəfələrlə müraciət edərək borcunu ödəməsini tələb etsə də, heç bir nəticə əldə edilməmişdir. Hər dəfəsində qaçqın olduğunu bildirərək onun ödədiyi aylıq ödənişləri geri qaytarmaqdan yayınmışdır. Yuxarıda da qeyd etdiyi kimi, Kəlbəcər Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(040)-1449/2017 nömrəli qətnaməsinə əsasən, 4846,69 AZN (dörd min səkkiz yüz qırx altı manat-69 qəpik) pul onun tərəfindən ödənilərək borc tam olaraq bağlanmışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 06 yanvar 2026-cı il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 05 fevral 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(040)-1449/2017 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" Bank olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh və İddiaçı qarşı “borc” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı birgə qaydada 09 dekabr 2014-cü il tarixli PB/0xx/xx/363529 nömrəli kredit müqaviləsi üzrə 1373,95 (min üç yüz yetmiş üç ABŞ dolları -95 sent) ABŞ dolları əsas kredit borcu, 1042,82 (bir min qırx iki ABŞ dolları -82 sent) ABŞ dolları faiz borcu, 1174,06 (bir min yüz yetmiş dörd ABŞ dolları- 06 sent) ABŞ dolları cərimə borcu, cəmi 3590,83 (üç min beş yüz doxsan ABŞ dolları -83 sent) ABŞ dolları borcun qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun ödənilmək şərti ilə alınaraq, iddiaçı "xxxx" Bank olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə verilməsi, cavabdehlər Cavabdeh və İddiaçı birgə qaydada iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzinin alınaraq, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir. Mülki iş üzrə cavabdehlərdən Cavabdeh- əsas borclu, İddiaçı isə zamindir. İş materiallarında olan: Ağsu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 27 sentyabr 2023-cü il tarixli 21607/2018-49-8 nömrəli məktubun surətindən görünür ki, borclu İddiaçı əmək haqqından 50 faiz tutularaq tələbkarın məktuba əlavə edilmiş hesab nömrəsinə köçürülməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Məhkəmə əmri üzrə borcun cəminin (yəni, 3590,83 ABŞ dolları) 7 faiz həcmində (251,35 ABŞ dolları) əlavə olaraq icra ödənişi tutularaq Ağsu Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına (məktubda qeyd edilən) köçürülməlidir. İş materiallarında olan: "xxxx" Bank olmayan Kredit Təşkilatı Açıq Səhimdar Cəmiyyəti tərəfindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1449/2017 nömrəli 30 iyun 2017-ci il tarixli icra tarixli qətnaməsi əsasında Cavabdeh və İddiaçı barəsində verilmiş eyni nömrəli icra sənədini borclu könüllü icra etdiyinə görə “İcra haqqında” Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli 102TT**********445 nömrəli bank çıxarışından görünür ki, İddiaçı 638,25 manat müqabilində 375 ABŞ dolları ödənilmişdir. İş materiallarında olan: 19 avqust 2025-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, 375 ABŞ dolları İddiaçı tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli 11341 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 375 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli 11638 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 150 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 12225 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 150 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli 12541 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 150 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli 12827 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 150 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 14 may 2024-cü il tarixli 13098 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 150 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli 13370 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 164,60 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli 13633 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 164,60 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli 13904 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 41,48 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli 14183 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 164,60 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli 15548 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 164,60 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli 14926 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 214,37 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli 15266 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 185,24 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli 15612 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 206,88 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli 16000 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 214,41 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli 16352 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 232,57 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli 16763 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 218,22 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 14 may 2025-ci il tarixli 17119 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 205,07 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli 17552 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 216,12 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli 17986 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 221,08 manat köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli 18457 nömrəli kredit köçürməsindən (ödəniş tapşırığından) görünür ki, İddiaçı öhdəliyi ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" Bank olmayan Kredit Təşkilatının hesabına 197,03 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. -431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. -431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir; zamin həmçinin, borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində Cavabdeh "xxxx" Bank olmayan Kredit X1 Cəmiyyətinə olan cəmi 4846,69 AZN (dörd min səkkiz yüz qırx altı manat-69 qəpik) borcunun onun zamini İddiaçı tərəfindən ödənildiyi öz təsdiqini tapmışdır. Belə olan halda zamin (hazırki mülki iş üzrə iddiaçı) İddiaçı əsas borclu (hazırki mülki iş üzrə cavabdeh) Cavabdeh qarşı Mülki Məcəllənin 475.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 4846,69 AZN (dörd min səkkiz yüz qırx altı manat-69 qəpik) məbləğində reqres iddia hüququ yaranmışdır; Cavabdeh İddiaçı xeyrinə 4846,69 AZN (dörd min səkkiz yüz qırx altı manat-69 qəpik) məbləğdə pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4846,69 AZN (dörd min səkkiz yüz qırx altı manat-69 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1560/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1560/2025
05.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver