Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-229/2024 18.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdehlər– Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin geri qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 onun hesabına ödənilmiş 750 (yeddi yüz əlli) manat siğorta ödənişi, Cavabdeh2 onun hesabına ödənilmiş 1300 (min üç yüz) manat siğorta ödənişi, 40,90 manat (qırx manat-90 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2090,90 manat (iki min doxsan manat 90 qəpik) pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 iyun 2021-ci il tarixində saat 22:00 radələrində Gəncə şəhərinin Nəriman Nərimanov prospekti istiqamətində X7 idarə etdiyi "VAZ 21063" markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr etmə qaydasını pozmuş, nəticədə X5 idarə etdiyi "Toyota Camry” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Əmiralıyev Hicran Telman oğlunun idarə etdiyi "Vaz 2106" markalı **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və X1 yüngül xəsarət yetirmişdir. Hadisə ilə əlaqədar olaraq Gəncə şəhər X14 Şöbəsi tərəfindən tərtib olunmuş 25 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola vǝ Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli 3(044)-570/2021 saylı qərara əsasən "VAZ 21063 minik" markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olaraq müəyyən edilmiş və şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən cərimə tənbehi tətbiq olunmuşdur. Odur ki, inzibati tənbehvermə haqqında qərara əsaslanaraq, müvafiq sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq Cəmiyyət tərəfindən "VAZ 2106 minik" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1300 (bir min üç yüz) manat Cavabdeh2 hesabına, vətəndaş Əliyeva Aynurǝ Dağıstan qızının sağlamlığına dəyən yüngül xəsarətlə əlaqədar olaraq 750 (yeddi yüz əlli) manat sığorta ödənişi Cavabdeh1 hesabına köçürülmüşdür. Lakin 01 iyun 2021-ci il tarixli hadisə üzrə təqsirkar tərəf X3 Apellyasiya Məhkəməsinə müraciət edərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 3(044)-570/2021 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci tarixli 3(104)-370/2021 saylı qərarı ilə X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 3(044)- 570/2021 saylı qərarı ləğv edilmişdir. Nəticə etibarilə, Cəmiyyətdə sığortalanmış "VAZ 21063" markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 baş vermiş yolnəqliyyat hadisəsi zamanı təqsiri olmadığı müəyyən olmuşdur. Odur ki, belə olan təqdirdə cavabdehlər Cavabdeh1 onun hesabına ödənilmiş 750 (yeddi yüz əlli) manat və Cavabdeh2 hesabına ödənilmiş 1300 (min üç yüz) manat pul vəsaitini Cəmiyyətə geri qaytarmaq öhdəliyi yaranır. Məsələ ilə əlaqədar Cəmiyyətin əməkdaşları tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlarına ödənilmiş sığorta ödənişlərinin geri qaytarılmasına dair pretenziya məktubları ünvanlansa da, həmin şəxslər tərəfindən bu barədə hər hansı bir tədbir həyata keçirilməmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 31 yanvar 2024-cü il tarixə tıəyin edilmiş və prosessual zərurətlə bağlı 06 mart 2024-cü il və 14 mart 2024-cü il tarixlərə təxirə salınmış, məhkəmə baxışı iclası 18 aprel 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Qarayev X6 Rayon Məhkəməsinə ünvanladığı 18 aprel 2024-cü il tarixli ərizədə məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 01 iyun 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində onun uşağı X1 dəymiş zərər sığorta şirkəti olan "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda həmin ödənişin geri tələb edilməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 01 iyun 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş zərər sığorta şirkəti olan "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda həmin ödənişin geri tələb edilməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş, 26 iyul 2021-ci il tarixli 3(044)-570/2021 saylı qərara əsasən "VAZ 21063 minik" markalı 20-BV- 432 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsinə əsasən 400 (dörd yüz) manat miqdarında cərimə növündə inzibati tətbiq olunması qərara alınmışdır. İş materiallarında olan: 08 iyul 2021-ci il tarixli sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC-də sığortalanmış X4 məxsus **-BV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül xəsarət vurulması ilə bağlı sığorta ödənişinin ümumi məbləği 750,0 manat olmuşdur. Cavabdeh1 təqdim etdiyi hesaba 750 (yeddi yüz əlli) manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: 08 iyul 2021-ci il tarixli sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC-də sığortalanmış X4 məxsus **-BV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ 2106" markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması ilə bağlı maddi ziyanın ümumi məbləği 1300,0 manat olmuşdur. Cavabdeh2 təqdim etdiyi hesaba 1300 (min üç yüz) manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci tarixli 3(104)-370/2021 saylı qərarının surətindən görünür ki, X7 apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 3(044)-570/2021 saylı qərarının ləğv edilməsi, X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsindən görünür ki: 14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən, sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən, Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 19.3-cü maddəsinə əsasən, mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 19.4-cü maddəsinə əsasən, mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yüzü təkzib edənin deyil, iddia edənin uzərinə düşur” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bır-birinə uyğun qənaətlərin həm mövcudluğundan, hənrçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddiaçı zərərçəkmişlərə ödənilən sığorta ödənişi məbləğini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində nəzərdə tutulan “əsassız varlanma” kimi qiymətləndirərək həmin ödənişin geri qaytarılmasını tələb etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci tarixli 3(104)-370/2021 saylı qərarı ilə X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsə də, həmin qərarda və ya digər hər hansı aktda artıq ödənilmiş olan siğorta ödənişinin geri tələb edilməsinə əsas verən hallar əks olunmamış və məhkəmə tərəfindən də aşkar edilməmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci tarixli 3(104)-370/2021 saylı qərarı ilə də inkar edilməyən fakt odur ki, 01 iyun 2021-ci il tarixində saat 22:00 radələrində Gəncə şəhərinin Nəriman Nərimanov prospekti istiqamətində yol-nəqliyyat hadisəsi baş vermiş, həmin yol-nəqliyyat hadisəsi zamanı "VAZ 2106" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş və sərnişin X1 yüngül xəsarət yetirilmişdir. Bu halda, sığorta şirkətinin baş vermiş sığorta hadisəsi ilə əlaqədar ödənilən sığorta ödənişini subroqasiya qaydasında tələb irəli sürərək digər sığortaçıdan və ya sığortaolunandan tələb etmək hüququ vardır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 82-ci maddəsindən də görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci tarixli 3(104)-370/2021 saylı qərarı mülki iş üzrə, o cümlədən hazırki iddia üzrə preyudisial əhəmiyyət daşımır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin geri qaytarılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-229/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-229/2024
18.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver