Məhkəmə qərarları › İş №e-2(040)-76/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-76/2024

06.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-76/2024 06.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkil) Nümayəndə2, Cavabdehlər- 1) Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri X17 (Hüquq şöbəsinin müdiri) və X9 (X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi), 2) Cavabdeh2 və nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Kəlbəcər Rayon İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “Cavabdeh2 nəvəsi-03 iyul 2020-ci il tarixdə doğulmuş X28 üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər: 1) Kəlbəcər Rayon İcra Hakimiyyəti və 2) Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi (qızının övladı) X16 babası (uşağın atasının atası)- Cavabdeh2 qəyyumluğuna verilməsinə dair Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, övladı X18 2019-cu ildə X19 ilə faktiki nikaha girərək ailə qurmuş, birgə nikahlarından 03 iyul 2020-ci il tarixdə bir övladları- X28 doğulmuşdur. Qızının əri X19 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. X6 da 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. X32 və qızı Nahidə Umudova vəfat edəndən sonra azyaşlı övladları X28 onun və əri X5 himayəsində qalmış, bu günə qədər də nəvəsi Yusif onların himayəsindədir, uşağın bütün maddi və mənəvi tələbatlarını onlar qarşılayırlar. O və əri Sadıq İbrahimovun qeydiyyat yeri ünvan 1 ünvanıdır. X1 və X6 vəfat edəndən sonra mərhum Fəxri Umudovun atası ünvan 2i ünvanında daimi qeydiyyatda olan Umudov X3 Rayon İcra Hakimiyyəti başçısının ünvanına ərizə ilə müraciət edərək, azyaşlı nəvəsi (oğlunun övladı) X28 üzərində özünün qəyyum təyin edilməsini xahiş etmiş, eyni zamanda o da Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının ünvanına ərizə ilə müraciət edərək, azyaşlı nəvəsi X28 üzərində özünün qəyyum təyin olunmasını xahiş etmiş, lakin Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası, qəyyumluqla bağlı mübahisə olduğundan, baba və nənələrə qəyyumluğuna verilməsindən imtina etmişdir. Bundan sonra Cavabdeh2 cavabdehlər: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına, X7 və İddiaçı qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi (oğlunun övladı) X16 onun qəyyumluğuna verilməsi və onun həmin uşaq üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra, o (İddiaçı), iddiaçı Cavabdeh2 və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə muraciət edərək, mərhumlar X19 ilə X10 birgə nikahlarından 03 iyül 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş X2 onun qəyyumluğuna verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı Cavabdeh2 və o apellyasiya şikayəti vermiş və apellyasiya şikayətləri üzrə 2(104)-2301/2023 nömrəli mülki iş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Ədil Məmmədovun icraatındadır (Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2023-cü il tarixli 2(104)-2301/2023 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin müvafiq qətnaməsinin ləğv edilməsi və mülki işin icraatına xitam verilməsi qərara alınmışdırhakimin qeydi). X2 qəyyumluğa verilməsi barədə mübahisə apellyasiya məhkəməsinin icraatında olduğu halda Cavabdeh2 yenidən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, X2 özünün qəyyumluguna verilməsini xahiş etmiş, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Azər Qocayevin 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı İlə ünvan 2 sakini Cavabdeh2 nəvəsi - 03 iyul 2020-ci il tarixdə doğulmuş X28 özərində qəyyum təyin edilmiş, uşağın saxlanması, tərbiyə olunması və təhsil alması, habelə uşağın hüquq və mənafelərinin qorunmasına nəzarət edilməsi Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına tapşırılmışdır. Hesab edir ki, Cavabdeh2, nəvəsi- 03 iyul 2020-ci il tarixdə doğulmuş X28 üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakımiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X11 2022-ci ildə Kəlbəcər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, lakin icra başçısının aparatı tərəfindən Cavabdeh2 08 dekabr 2022-ci il tarixli 4683 nömrəli məktub göndərilərək, nəvəsi X28 üzərində qəyyum təyin edilməsi üçün qanunverciliyin tələbinə uyğun olaraq tələb olunan sənədləri təqdim edə bilmədiyinə görə, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən məqsədəmüvafiq hesab edilməmiş, X16 üzərində qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni məzmunlu məktub ona da göndərilmiş, lakin Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almadan Cavabdeh2 azyaşlı nəvəsinin üzərində qəyyum təyin etmişdir. Qəyyum təyin edilmə barədə sərəncamda qeyd edilir ki, “tərəflər uşaq üzərində qəyyum təyin olunmasında qarşılıqlı razılığa gəlmədikləri səbəbindən ata baba Cavabdeh2 Kəlbəcər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 18 iyul 2023-cü il tarixli 2(040)- 568/2023 saylı qətnaməsi ilə proses iştirakçılarına izah edilir ki, 03 iyul 2020-ci il tarixdə doğulmuş və valideynlərini itirmiş X20 qəyyum təyin edilənədək, azyaşlının daimi qeydiyyatda olduğu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı - Kəlbəcər Rayon İcra hakimiyyəti onun qəyyumu hesab edilir”. M.Umudonun 23 avqust 2023-cü il tarixdə 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş müraciət ərizəsi əsasında Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyini nəzərə alaraq azyaşlı üzərinə qəyyum təyin olunmasını qanunamüvafiq hesab edərək bu barədə qərar qəbul etmişdir. Sərəncamda Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsinin qüvvəyə minməsindən bəhs edilir, halbuki, hələ mübahisə apellyasiya icraatındadır. Beləliklə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı saxta məlumatlar əsasında qəbul edildiyindən və mübahsə ilə bağlı iş məhkəmənin icraatında olduğundan, sərəncamın ləğv edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. İddia ərizəsi 23 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş (iş nömrəsi: e- 2(040)-1262/2023) və iş üzrə hazırlıq iclası 28 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmənin 28 noyabr 2023-cü il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi tərəfindən hakimə (məhkəmə sədrinə) edilmiş etiraz baxılması üçün icraata götürülərək Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 dekabr 2023-cü il tarixli 2(104)-2896/2023 saylı qərardadı ilə hakimə etiraz təmin edilməmiş və mülki iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə qaytarılmışdır (11 dekabr 2023-cü il tarixdə daxil olmuşdur). İş üzrə hazırlıq iclası yenidən 15 yanvar 2024-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 15 yanvar, 19 fevral və 11 mart 2024-cü il tarixlərə təxirə salınmış, məhkəmə baxışı iclası 01 aprel 2024-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 06 aprel 2024-cü il tarixə təxirə salınmışdır. İddiaçı 23 oktyabr 2023-cü il tarixdə eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, uşağın Cavabdeh2 qəyyumluğuna verilməsinə dair Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının icrasının cavabdehə və digər dövlət orqanlarına qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Kəlbəcər Rayon Məhkəməsinin 16(040)-14/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının icrasının müvəqqəti-Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan 2(040)-1262/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır; qərardaddan şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, 03 iyul 2020-ci ildə doğulmuş və hal-hazırda hər iki valideynini itirmiş X16 nənəsidir (anasının anasıdır). Belə ki, X19 ilə onun qızı X12 birgə nikahlarından 03 iyul 2020-ci il tarixdə Yusif adlı uşaqları doğulmuş, X19 10 oktyabr 2022-ci ildə yol-nəqliyyat hadisəsi zamanı həlak olmuşdur. Fəxrinin vəfatından iki gün sonra-12 oktyabr 2022-ci il tarixdə Fəxrinin arvadı (onun qızı) X21 intihar edərək vəfat etmişdir. 03 iyul 2020-ci ildə doğulmuş nəvəsi Yusif valideynlərinin vəfatından sonra onun yanında və himayəsində qalmış, hal-hazırda da onun yanındadır. Onların uşağa baxmaq və saxlamaq üçün hər bir imkanları və şəraitləri vardır. Bir müddət bundan əvvəl nəvəsi Yusifin istəyi ilə o və əri X30 də götürüb hal-hazırda yaşadıqları evə- Yusifin ata evinə köçmüşlər. Ata nənəsi və ata babası da istənilən vaxt gəlib nəvələrini görə bilərlər və onlar buna heç bir maneə yaratmırlar. Uşağın faktiki olaraq onun himayəsində olmasına rəğmən Kəlbəcər Rayon İcra Hakimiyyətinin uşağın Cavabdeh2 qəyyumluğuna verilməsinə dair 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı tamamilə qanunsuzdur. O, uşağın hüquq və mənafeyinin, onun gələcək inkişafının nəzərə alınmasını və buna uyğun qərar qəbul edilməsini xahiş edir. Belə ki, uşaq ata babası Cavabdeh2 qəyyumluğuna verilsə, Cavabdeh2 uşağı onlardan məcbur alacaq və onlardan gizlədəcəkdir, halbuki uşaq ata tərəf nənə və babasının yanlarında durmur, sonunculara öyrəşməyib. Uşağın öyrəşmədiyi bir mühitə təhvil verilməsi uşağın gələcək inkişafına və sağlamlığına mənfi təsir göstərəcəkdir. İddiaçının nümayəndəsi (vəkil) X22 məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, yuxarıda bəhs olunan mübahisə ilə bağlı məhkəmə icraatı başa çatmadan (mübahisə apellyasiya baxışında olduğu dövrdə) Kəlbəcər Rayon İcra Hakimiyyəti qanunsuz olaraq 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamla uşağın ata babası-Cavabdeh2 nəvəsi Yusifin üzərində qəyyum təyin etmişdir. Ona görə də həmin sərəncam qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, nəvəsi (oğlunun övladı)-03 iyul 2020-ci il tarixdə doğulmuş və valideynlərini itirmiş X16 onun qəyyumluğuna verilməsinə dair Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı tamamilə qanuni və əsaslıdır. Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 03 iyul 2020-ci il tarixdə doğulmuş və valideynlərini itirmiş X16 babası (atasının atası) Cavabdeh2 qəyyumluğuna verilməsinə dair Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı tamamilə qanuni və əsaslıdır. İddiaçı tərəfin “mübahisə ilə bağlı məhkəmə icraatı başa çatmadan Kəlbəcər Rayon İcra Hakimiyyətinin qanunsuz olaraq 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamla uşağın ata babası Cavabdeh2 nəvəsi Yusifin üzərində qəyyum təyin etməsinin qanunsuz olması” iradına qarşı həmçinin onu bildirir ki, mübahisə ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsi artıq ləğv olunduğundan və həmin mülki iş üzrə məhkəmə icraatına xitam verildiyindən, iddiaçı tərəfin həmin iradı əsassızdır. Cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X17 məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəflərin yaşadıqları hər iki evə baxış keçirmiş və tərəflərin həyat şəraitini müayinə etmişlər. İddiaçı Cavabdeh2 Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşıb yaşadığı ev ikimərtəbəli olmaqla, üç otaq, mətbəx, hamam və sanitar qovşaqdan ibarətdir; binanın birinci mərtəbəsi təsərrüfat təyinatlı sahə kimi istifadə olunur, ikinci mərtəbəsi isə tam təmirlidir, X16 yaşaması üçün tam şəraitlidir. X5 həyat şəraiti müayinə olunan zaman müəyyən olunmuşdur ki, sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “Yeni yaşayış massivində” yaşayır, yaşayış evi iki mərtəbə olmaqla iki otaqdan ibarətdir, ev qismən təmirlidir. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası 03 iyul 2020-ci ildə doğulmuş X16 ata babası Cavabdeh2 yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X23 məhkəmə baxışı iclasında iddianı qəbul etməmiş, Kəlbəcər Rayon İcra Hakimiyyətinin digər nümayəndəsi X17 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli 2(104)-2301/2023 saylı qərardadından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardadla müəyyən edilir ki, iddiaçı Cavabdeh2 cavabdehlər: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına (sonradan əsl olmayan tərəf-Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası əsl tərəflə- Kəlbəcər Rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir), X7 və İddiaçı qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi (oğlunun övladı) X16 onun qəyyumluğuna verilməsi və onun həmin uşaq üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda: cavabdeh İddiaçı Cavabdeh2 və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumlar X19 ilə X13 birgə nikahından 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş X2 onun qəyyumluğuna verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin həmin mülki iş üzrə 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının surətindən görünür ki, ünvan 2i ünvanında daimi qeydiyyatda olan Umudov X3 Rayon İcra Hakimiyyəti başçısının ünvanına ərizə ilə müraciət edərək, azyaşlı nəvəsi X28 üzərində qəyyum təyin olunmasına köməklik göstər məsini xahış etmişdir. Ənzə və toplanmış sənədlər araşdırılarkən məlum olmuşdur ki, azyaşlı X24 atası X25 10 oktyabr 2022-cı il tarixdə, anası X18 isə 12 oktyabr 2022-ci il tarixdə vəfat etmişlər. Azyaşlı Y.Umudovun valıideynlən vəfat etdikdən sonra, o, baba və nənəsinin himayəsində qalmışdır. Baba Cavabdeh2 xx xxxxxx 1954-cü il tarixdə anadan olmuş, hazırda onun 68 yaşı vardır. Cavabdeh2 həyat şəraitı Komissiya tərəfindən müayinə olundu, o, hazırda Daşkəsən rayonunun Quşçu kəndində üç otaq olmaqla tam təmirli fərdi yaşayış evində yaşayır və uşağın yaşaması üçün tam şərait vardır. Uşağın ana baba və nənəsi də azyaşlı üzərinə qəyyum təyin olunması” ilə bağlı aİdİyyəti üzrə müraciət etmişlər. Müraciətlə bağlı olaraq onların yaşayış şəraiti müayinə olunmuş və məlum olmuşdur ki, onlar Bakı şəhəri Sabunçü rayonu Kürdəxanı qəsəbəsində fərdi yaşayış evində yaşayırlar. Ev ikı otaq olmaqla qismən təmirlidir və uşağın yaşaması üçün qismən şəraitlı hesab edilir. Tərəflər uşaq üzərində qəyyum təyin olunmasında qarşılıqlı razılığa gəlmədiklərinə görə ata baba Cavabdeh2 Kəlbəcər Rayon Məhkəməsinə iddia ənzəsi ilə müraciət etmiş, məhkəmənin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsi ilə proses iştirakçılarına izah edilir ki, 03 iyul 2020-ci il tarixdə doğulmuş və valideynlərini itirmiş X20 qəyyum təyin edilənədək azyaşlının damı qeydiyyatda olduğu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı - Kəlbəcər Rayon İcra Hakimiyyəti uşağın qəyyumu hesab edilir. M Umudovun 23 avqust 2023 tanxı 1 saylı Gəncə regional "Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş müraciət ərizəsi əsasında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə qətnaməsının qanuni qüvvəyə mindyini nəzərə alaraq azyaşlı üzərinə qəyyum təyin olunmasını qanunamüvafiq hesab edərək, bu bərədə qərar qəbul etmişdir. Komissiya toplanmış sənədləri, atanın və ananın vəfat etdiyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33-38-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1 və 136-141-ci - maddələnni rəhbər tutaraq ünvan 2 sakini Cavabdeh2 nəvəsi - 03 iyul 2020-cı il tarixdə anadan olmuş X28 üzərində qəyyum təyın edilməsini məqsədəmüvalıq hesab edərək bu barədə müsbət rəy vermişdir. Odur ki, toplanmış sənədləri Komissiyanın rəyini, uşağın saxlanması, tərbiyə olunması, təhsil alması, habelə hüquq və mənafelərinn qorunması məqsədilə gərara alıram: 1. ünvan 2 sakini Cavabdeh2 nəvəsi-03 iyul 2020-ci il tarixdə doğulmuş X28 üzərində qəyyum təyin edilsin; 2. Uşağın saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onun hüquq və mənafelərinin qorunmasına nəzarət edilməsi Kəlbəcər Rayon İcra Hakmiyyəti başçısı yanında Qyyumluq və himayəçilik komissiyasına tapşırılsın; 3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının 08 sentyabr 2023-cü il tarixli 83 saylı rəyindən görünür ki, Komissiya toplanmış sənədləri, uşağın ata və anasının vəfat etdiyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33-38-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1 və 136-141-ci maddələrini rəhbər tutaraq, ünvan 2 sakini Cavabdeh2 nəvəsi-03 iyul 2020-ci il tarixdə doğulmuş X28 üzərində qəyyum təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan: 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 14 iyul 2020-ci il tarixdə verilmiş AZ-İV № 467453 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X28 03 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur; atası- X19, anası- X14r. İş materiallarında olan: 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 19 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ № 302211 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində ölmüşdür. İş materiallarında olan: 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 19 oktyabr 2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində ölmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, tibbi müayinələrin nəticəsi olaraq tərəflərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2020-ci il tarixli 392 nömrəli qərarı ilə təsdiq edilmiş övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklər: “1) dispanser müşahidəsinin İ, İİ və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi; 2) bütün növ infeksion (yoluxucu) xəstəliklər; 3) lokalizasiyasından asılı olmayaraq İİİ və İV dərəcəli bədxassəli yenitörəmələr; 4) dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları; 5) narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm” aşkar edilməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiəsi Fondu” publik hüquqi şəxsin Şərqi Zəngəzur regional filialı tərəfindən 17 avqust 2023-cü il tarixdə verilmiş 3-17-1/2-U- 187520/2023 nömrəli arayışdan görünür ki, X15 məlumata əsasən, Cavabdeh2 “Dövlət Sosial Müdafiəsi Fondu” publik hüquqi şəxsin Şərqi Zəngəzur filialından yaşa görə hər ay 506,52 manat (beş yüz altı manat-52 qəpik) əmək pensiyası təyin olunmuşdur və qanuna müfaviq ödəniş aparılır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli 3-17-7/2-İ-18820/23 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya Altsistemində olan məlumata əsasən, İddiaçı ikinci dərəcə əlilliyə görə 404,15 manat (dörd yüz dörd manat 15 qəpik) əmək pensiyası alır. Təyinatın bitmə tarixi 28 fevral 2026-cı ildir. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş 5-184/2-527-2023 saylı arayışdan görünür ki, İddiaçı mərhum X6 12 oktyabr 2022-ci il tarixdə vəfat edib (ölüm haqqında şəhadətnamə AZ-İİ 302212) və mərhum X1 10 oktyabr 2022-ci il tarixdə vəfat edib (ölüm haqqında şəhadətnamə AZ-İİ 302211), vəfat edən günə kimi Kürdəxanı qəsəbəsi, Həsən Abdullayev küçəsində qeydiyyatsız yaşamışlar. Mərhumların azyaşlı uşağı- 03 iyul 2020-ci il təvəllüdlü X28 ata və ana vəfat etdiyi gündən bugünədək nənəsi İddiaçı və babası X5 himayəsindədir (qonşuların 03 may 2023-cü il tarixli aktına əsasən). İş materiallarında olan: Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Rəna Vəliyeva tərəfindən 13 mart 2024cü il tarixdə təsdiq edilmiş aktdan görünür ki, Komissiyanın məsul katibi R.Əliyeva və komissiyanın üzvü F.Əzizbəylinin iştirakı ilə vətəndaş İddiaçı mənzil-məişət vəziyyətini müayinə etmək məqsədilə yaşadıqları ünvan 4 ünvanına baxış keçirilmiş, baxış zamanı evə dair hüquqi sənəd təqdim edilməmişdir. Vətəndaş İddiaçı faktiki yuxarıda qeyd edilən ünvanda azyaşlı nəvəsi- 03 iyul 2020-ci il təvəllüdlü X28, oğlunun ailəsi və həyat yoldaşı ilə birlikdə yaşayır. Ev 0,03 ha torpaq sahəsində ikimərtəbəli inşa edilmişdir. Birinci mərtəbə: dəhliz, 1 qonaq otağı-mətbəx, 2 yataq otağı, 2 hama və sanitar qovşağından ibarətdir-birinci mərtəbənin sahəsi 90 kvadratmetr təşkil edir. İkinci mərtəbənin tikintisi tam olaraq bitməmişdir. Evdə istilik isti döşəmə sistemi vasitəsi ilə təmin ounur. Su, qaz,işıq və kanalizasiya sistemləri yaşayış normalarına cavab verir. Hamam və sanitar qovşaqları sanitar-gigiyena tələblərinə uyğundur. Hərətdə əlavə yay mətbəxi də inşa olunmuşdur. Ümumi sahəsi 162 kv.m təşkil edən ev bir qonaq otağı, üç yataq otağı, mətbəx və hamamsanitar qovşağından ibarətdir. Evdə istilik “Kombi” istilik sistemi vasitəsilə təmin olunur. Su, qaz, işıq və kanalizasiya sistemləri yaşayış normalarına cavab verir. Hamam və sanitar qovşağı sanitar-gigiyena tələblərinə uyğundur. İş materiallarında olan: 2 Saylı Gəncə “ASAN-xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli 05/09S/160722-23 saylı arayışdan görünür ki, X19 18 oktyabr 1984-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kəlbəcər şəhərində doğulmuş, atası-Cavabdeh2 (xx.xx.1954), anası-X8 (xx.xx.1961), arvadı-X18 (xx.xx.1988), oğlu-X28dur (xx.xx.2020). İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Zəylik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli 179 nömrəli arayışdan görünür ki, ünvan 2 sakini Cavabdeh2 hal-hazırda müvəqqəti olaraq Daşkəsən rayonunun Quşçu kəndində yaşayır, ailə tərkibi aşağıdakı kimidir: 1) arvadı- X8-1961-ci il, 2) nəvəsi- X28-2020-ci il. Tətbiq edilməli hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): -33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir; qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. -33.2-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. -33.3-cü maddəsinə əsasən, X4 valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. -33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. -33.5-ci maddəsinə əsasən, qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. -34.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. -35.1-ci maddəsinə əsasən, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir; qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir; qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. -35.2-ci maddəsindən görünür ki, qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. -35.3-cü maddəsinə əsasən, qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. -35.6-cı maddəsindən görünü ki, yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar; himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin; Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -136.1-ci maddəsindən görünür ki, qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən (valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallardahakimin qeydi) uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. -136.2-ci maddəsinə əsasən, qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. -136.3-cü maddəsinə əsasən, uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. -137.1-ci maddəsinə əsasən, yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. -137.2-ci maddəsinə əsasən, uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. -137.3-cü maddəsinə əsasən, alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər (bu Məcəllənin 120.1.1—120.1.5-ci maddələri) qəyyum (himayəçi) ola bilməzlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır; dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 20 noyabr 1989-cu ildə BMT Baş Assambleyasının 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında Konvensiya”nın 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır; dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2020-ci il tarixli 392 nömrəli qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı” aşağıdakı kimidir: “1) dispanser müşahidəsinin İ, İİ və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi; 2) bütün növ infeksion (yoluxucu) xəstəliklər; 3) lokalizasiyasından asılı olmayaraq İİİ və İV dərəcəli bədxassəli yenitörəmələr; 4) dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları; 5) narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir, belə ki, İddiaçı öz tələblərinin əsaslı olduğunu təsdiq edən yetərli sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı iddianın təmin edilməsinə (Cavabdeh2 öz azyaşlı nəvəsi Yusif Umudovun üzərində qəyyumluğunun ləğv edilməsinə) əsas verən hallar aşkar edilməmişdir. Cavabdeh2 inzibati orqan- Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati praktikası olan 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərancamına olan etimad hüququ qanunla qorunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qəyyumluqla bağlı əvvəlki mübahisə üzrə Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)- 568/2023 saylı qətnaməsi (ilkin və qarşılıqlı iddiaların rədd edilməsi barədə) qanuni qüvvəsini almadan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamla uşağın Cavabdeh2 qəyyumluğuna verilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilməklə həmin mülki iş üzrə icraata xitam verildiyindən, hazırki halda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023cü il tarixli 83 saylı sərəncamının qanunsuz hesab edilməsinə əsas ola biləcək dəlil hesab edilə bilməz. Proses iştirakçılarına izah edilir ki, 03 iyul 2020-ci il tarixdə doğulmuş və valideynlərini itirmiş X20 qəyyum təyin edilənədək (həmçinin qəyyumluqla bağlı aidiyyəti sənədlər öz qüvvəsini alanadək), həmin uşağın daimi qeydiyyatda olduğu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı- Kəlbəcər Rayon İcra Hakimiyyəti onun qəyyumu hesab edilir. Həmçinin o da izah edilir ki, qəyyumluq uşağın on dörd yaşı bitənədək davam edir və sonra qəyyum himayəçi ilə əvəz olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Cavabdeh2 03 iyul 2020-ci il tarixdə doğulmuş nəvəsi X28 üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamı hazırki iddiaya münasibətdə dəyişdirilmədən saxlanılsın. 03 iyul 2020-ci il tarixdə doğulmuş X28 İddiaçı alınıb Cavabdeh2 himayəsinə verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron-məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetə daxil etmək yolu ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar