Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-907/2025 25.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilməmiş qalan 2840 (iki min səkkiz yüz qırx) manat borcun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə borc olaraq verilmiş, ümumilikdə 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin ödənilməmiş 2840 (iki min səkkiz yüz qırx) manat hissəsinin, habelə bu barədə məhkəmədə iddianın qaldırılması üçün onun tərəfindən ödənilən dövlət rüsumunun pul əvəzinin Cavabdeh onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun tərəfindən caavbdeh Cavabdeh 2021-ci ilin yay aylarında 2 (iki) il müddətinə qaytarmaq şərti ilə 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğdə pul vəsaiti borc qismində verilmişdir. Cavabdeh tərəfindən götürülmüş öhdəlik cari tarixdə 6000 (altı min) manat həcmində icra edilmiş, qalan məbləğ isə bugünədək geri qaytarılmamışdır. Bununla bağlı onun tərəfindən Neftçala Rayon Prokurorluğuna ərizə ilə müraciət olunmuş, araşdırma zamanı Cavabdeh tərəfindən verilmiş izahatda iddia tələbinin hüquqi əsasını təşkil edən xüsusatlar tam olaraq etiraf edilmişdir. Belə olduğu halda, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehə borc olaraq vermiş olduğu ümumilikdə 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin ödənilməmiş 2840 (iki min səkkiz yüz qırx) manat hissəsi, habelə bu barədə məhkəmədə iddianın qaldırılması üçün onun tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutulmalı və onun xeyrinə ödənilməlidir. Cavabdeh 18 iyul 2025-ci il tarixdə məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, əvvəllər iddiaçının faktiki yaşayış yeri olan Azərbaycan Respublikasının Neftçala rayonunda işləmiş və həmin vaxtlar iddiaçı ilə tanış olmuş, sonradan münasibətləri dostluğa çevrilmişdir. O, həmin vaxtlar iddiaçının müəyyən şəxslərə, daha doğrusu müraciət edənlərə öz aralarında razılaşdıqları faiz müqabilində pul verdiyini bilmişdir. Bundan sonra iddiaçı onunla yaxınlığından sui-istifadə edərək, ona hədə-qorxu gələrək, qohumları, yaxınları arasında rüsvayedici məlumatlar yayacağı, kütləvi informasiya vasitələrində onu təhqir edəcəyi hədəsi ilə, habelə işlədiyi qurumun rəhbərliyinə barəsində şikayət etmək hədəsi ilə ondan təqribən altmış üç min manatdan çox pul almışdır. Yaranmış vəziyyətin get-gedə daha da dözülməz olacağını, iddiaçının onun barəsində şantaj xarakterli məlumatları yayacağını başa düşdükdən sonra, o, işlədiyi qurumdan işdən çıxmaq qərarına gəlmiş və işdən çıxmışdır. İşdən çıxdıqdan sonra İddiaçı onu rahat buraxacağını düşünmüş, lakin hadisələrin sonrakı axarında iddiaçının hələ də onu təhqir, şantaj etmək fikrindən əl çəkmədiyi məlum olmuşdur; bütün bunları göstərməkdə məqsədi yaranmış vəziyyətlə bağlı azacıq da olsa təsəvvür yaratmaqdır. Digər tərəfdən, verilmiş iddia ərizəsinə adi nəzər yetirdikdə aydın olur ki, iddia tamamilə əsassız və qanunsuzdur. İddia ərizəsində sübut kimi iddiaçının istinad etmək istədiyi yeganə məqam məhkəmə mübahisəsindən əvvəl barəsində Neftçala Rayon Prokurorluğuna etdiyi müraciət və həmin müraciət əsasında aparılmış araşdırmadır. İddiaçının Neftçala Rayon Prokurorluğuna etmiş olduğu müraciətdə guya onun həmin rayonda işlədiyi zaman İddiaçı rüşvət aldığı bildirilmiş və araşdırma zamanı bu hal öz təsdiqini tapmadığından cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra iddiaçı öz iddia ərizəsinə hüquqi don geyindirmək məqsədilə əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 443.2-ci maddələrinə (öhdəliklə bağlı) istinad etməyə çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi XİX fəsli öhdəliklər haqqında ümumi müddəalardan bəhs etməklə "öhdəliyin anlayışını, öhdəliklərin əmələ gəlmə əsaslarını, öhdəlikdə tərəflər" barədə qnunvericiliyin düzünə göstərişlərini özündə cəmləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində göstərilir ki, "öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır". Qanunvericiliyin bu göstərişindən aydın olur ki, "öhdəlik" tərəflər arasında razılaşdırılmış (tərəflərin iradə ifadəsi) şərtlər asasında bağlanılmış müqavilələr olduğu halda bir şəxsin başqa şəxs qarşısında müəyyən hərəkətlər etməli olmasını şərtləndirir. Hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında belə bir müqavilənin mövcudluğu aşkar olunmur ki, bu da özlüyündə iddianın əsassız olduğunu bir daha təsdiq edir. Daha sonra, iddia ərizəsində iddiaçı ona borc olaraq pul verdiyini bildirir ki, bu da tamamilə əsassızdr. Çünki belə bir fakt olmuş olsaydı, yəqin ki, iddiaçı iddia ərizəsinə bununla bağlı hər hansı bir təsdiqedici sənəd (borc müqaviləsi, adi əlyazması, sübut növü kimi qəbul ediləcək digər sənədlər) əlavə etmiş olardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsində göstərilir ki, "borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır". Qanunvericinin bu düzünə göstərişindən də aydın olur ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlə bağlı onların arasında borc müqaviləsi bağlanılmali idi, lakin belə bir müqavilə də mövcud deyildir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh etiraz ərizəsini oxumuşdur; etiraz ərizəsi cavabdehin verdiyi izahatla ziddiyyət təşkil edir. Onun iddiası tamamilə əsaslıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 21 avqust 2025-ci il tarixli hazırlıq iclasında iddianı qəbul etməyərək və özünün iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək, iddia tamamilə əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Neftçala Rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X1 icraatında olan 06-C/23 nömrəli material üzrə qəbul etdiyi 06 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Neftçala şəhəri X3 küçəsi ev A2 ünvanında yaşayan İddiaçı Lətafət adlı qadının sifarişi ilə Rəşad Xəlilov və Piyalə Xəlilovanın onu ölümlə hədələdiklərini, Cavabdeh ona 4940 (dörd min qırx) manat borcu olduğunu, təxminən beş-on gün bundan əvvəl Qalibin ona zəng vuraraq ölümlə hədələməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə etdiyi müraciəti əsasında Neftçala Rayon Polis Şöbəsində toplanmış material 26 yanvar 2023-cü il tarixdə Neftçala Rayon Prokurorluğuna daxil olmuşdur. Daxil olmuş materialın araşdırılması Nərmin Tapdıqlıya həvalə edilmişdir. Material üzrə araşdırma zamanı Neftçala Rayon Polis Şöbəsinin İstintaq qrupunun sabiq müstəntiqi Cavabdeh müstəntiq vəzifəsində işlədiyi müddət ərzində İddiaçı ona baldızı Fəridəni cinayət məsuliyyətinə cəlb etmək, ekspertizaya, Baş Prokurorluğa vermək və digər xərclər üçün 8360 (səkkiz min üç yüz altmış) manat məbləğində pul alması təsdiq olunmamışdır. Belə ki, toplanmış materialdan göründüyü kimi, Cavabdeh və İddiaçı arasında mehriban münasibətlər olmaqla, bir-birinə qarşılıqlı olaraq borc və sovqat vermişlər. Odur ki, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı müraciəti mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Ona görə də həmin xüsusat üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından Cinayət- Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən, onun barəsində cinayət işinin başlanması hissəvi rədd edilməlidir. İddiaçı müraciətində göstərdikləri, yəni Lətafət Məmmədovanın sifarişi ilə Rəşad Xəlilov və Piyalə Xəlilovanın onu ölümlə hədələməsi, Cavabdeh polis orqanlarında işləmədiyi müddətdə, yəni müraciət etməmişdən təxminən beş-on gün əvvəl ona zəng vuraraq ölümlə hədələməsi, İddiaçı hədə-qorxu ilə Cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul tələb etməsi ilə bağlı göstərdiklərinin araşdırılması Daxili İşlər orqanlarının səlahiyyatlərinə aid olduğundan həmin hissədə material ayrılaraq araşdırma aparılması üçün Neftçala Rayon Polis Şöbəsinə göndərilməlidir. Qərarın nəticə hissəsində: qərarın təsviri hissəsində göstərilənlərə əsasən Neftçala Rayon Polis Şöbəsinin İstintaq qrupunun sabiq müstəntiqi Cavabdeh müstəntiq vəzifəsində işlədiyi müddət ərzində İddiaçı ona baldızı Fəridəni cinayət məsuliyyətinə cəlb etmək, ekspertizaya, Baş Prokurorluğa vermək və digor xərclər üçün 8360 manat məbləğində pul alması təsdiq olunmadığından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusat üzrə Qalib Mammadovun barəsində cinayat işinin başlanmasının hissəvi rədd edilməsi, İddiaçı müraciətində göstərdikləri, yəni Lətafət Məmmədovanın sifarişi ilə Rəşad Xəlilov və Piyalə Xəlilovanın onu ölümlə hədələməsi, Cavabdeh polis orqanlarında işləmədiyi müddətdə, yəni müraciət etməmişdən təxminən beş-on gün əvvəl ona zəng vurarag ölümlə hədələməsi, İddiaçı hədə-qorxu ilə Cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul tələb etməsi ilə bağlı göstərdiklərinin araşdırılması Daxili İşlər orqanlarının səlahiyyatlərinə aid olduğundan həmin hissədə materialın ayrılaraq araşdırma aparılması üçün Neftçala Rayon Polis Şöbəsinə göndərilməsi, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı müraciəti mülki xarakterli olduğundan ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərar alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona 2840 (iki min səkkiz yüz qırx) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-907/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-907/2025
25.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver