Məhkəmə qərarları › İş №e-2(040)-924/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-924/2024

11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-924/2024 11.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi –İddiaçı, Maraqlı şəxs- “Maraqlı şəxs2” X6 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Rusiya Federasiyasının İdarəetmə və X2 filialından Nizami adına Gəncə Elm və Təhsil Mərkəzinə köçürülməsi barədə 08 sentyabr 2001-ci il tarixli 73 nömrəli əmrdəki “2001-ci il” söz birləşməsində “2000” rəqəminin, texniki səhvə yol verilməklə “2001” kimi qeyd olunması faktının müəyyən edilməsi və “2000” kimi oxunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 08 sentyabr 2000-ci il tarixdə Rusiya Federasiyasının İdarəetmə və X2 filialından Gəncə Elm və Təhsil Mərkəzinə (Nizami adına İnstituta) köçürülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2001-ci il tarixli 903 nömrəli əmri ilə Nizami adına Gəncə Elm-Təhsil mərkəzinin fəaliyyəti dayandırılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2001-ci il tarixdə Maraqlı şəxs2nə köçürülmüşdür. 2002-ci ildə həmin universitetin bakalavr pilləsini bitirərək A seriyalı № ******* nömrəli bakalavr diplomu almış, 2004-cü ildə Texnologiya Universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir və ona MNB seriyalı № 000784 nömrəli magistr diplomu verilmişdir. X3 “Tələbə-məzun” sisteminə diplom məlumatlarının yerləşdirilməsi ilə əlaqədar Təhsil Nazirliyinə və məzun olduğu Texnologiya Univeristetinə müraciət etmişdir. Bundan sonra diplom məlumatlarının DİM-nin “Tələbə-məzun” sisteminə daxil edilməsi üçün Maraqlı şəxs2 tərəfindən sənədləri müvafiq qaydada xx.xx.2024-cü il tarixli 42-01- 212/05 nömrəli məktubla X4 göndərilmişdir. X3 əməkdaşı Sahib Mərdanovun imzaladığı 133373 nömrəli cavab məktubunda qeyd edilmişdir ki: “Təqdim edilən sənədlərdən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixli 73 nömrəli əmrlə Gəncə Elm və Təhsil Mərkəzinə (Nizami adına İnstitut) köçürülmüşdür. Bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2001-ci il tarixli 903 nömrəli əmri ilə Gəncə Elm-Təhsil mərkəzinin fəaliyyəti dayandırılmışdır. Köçürülmə isə bu tarixdən sonra verildiyindən bu şəxsin təhsil məlumatlarının “Tələbə-məzun” sisteminə daxil edilməsi məqsədəuyğun hesab edilməmişdir.” (məktub əlavə olunub) Halbuki, sözügedən 73 nömrəli əmrdə texniki səhvə yol verildiyindən “2000” rəqəmi “2001” kimi qeyd edilmişdir. Bu faktı məzunu olduğu Texnologiya Universitetinin arxivində hal-hazırda mövcud olan, onun Gəncə Elm və Təhsil Mərkəzinə (Nizami adına İnstitut) və Texnologiya Universitetinə köçürülməsi ilə əlaqədar, eyni zamanda təhsili ilə bağlı bütün arxiv sənədləri təsdiq edir. Qeyd edir ki, hal-hazırda müqavilə ilə Dövlət qulluğu vəzifəsində çalışır və daimi Dövlət qulluğuna keçmək istəyir. Dövlət qulluğuna qəbul olunmaq üçün isə imtahan verməlidir. Ona görə də Dövlət qulluğu imtahanına buraxılması üçün diplom məlumatları DİM-in “Tələbə-məzun” sistemində olmalıdır. Lakin, X3 yuxarıda qeyd etdiyi sözügedən məktubundan göründüyü kimi Gəncə Elm və Təhsil Mərkəzinə (Nizami adına İnstitut) köçürülməsi barədə 73 nömrəli əmrdə yol verilmiş texniki səhv, yəni, “2000” rəqəminin “2001” kimi qeyd olunması, diplom məlumatlarının DİM-in “Tələbə-məzun” sisteminə daxil edilməsinə maneə yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarında hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinin əsaslarından biri kimi sənədi verən orqanın ləğv edilməsi göstərilmişdir. Qeyd edir ki, onun köçürülməsi barədə 73 nömrəli əmri vermiş Gəncə Elm və Təhsil Mərkəzi (Nizami adına İnstitut) ləğv edilmişdir. Ona görə də həmin hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən və təsdiq edilməsi zəruridir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək, onun Rusiya Federasiyasının İdarəetmə və X2 filialından Nizami adına Gəncə Elm və Təhsil Mərkəzinə köçürülməsi barədə 08 sentyabr 2001-ci il tarixli 73 nömrəli əmr olaraq tərtib edilmiş mətndə “2001-ci il” tarixinin əslində “2000-ci il” tarixi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs- “Maraqlı şəxs2” X6 nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəçinin tələbinə etiraz etmədiyini, Gəncə Nizami adına Universitetinin 08 sentyabr 2001ci il tarixli 73 nömrəli əmrinin 08 sentyabr 2000-ci il tarixli əmr kimi qeyd olunmasına etiraz etmədiyini, Gəncə Nizami adına Universitetinin 08 sentyabr 2001-ci il tarixli 73 nömrəli əmrinin 08 sentyabr 2000-ci il tarixli əmri kimi tanınmasına razı olduğunu bildirmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 04 dekabr 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 3-29-68/2-2240/24 saylı məktubdan görünür ki, onlar tərəfindən Nizami Gəncəvi adına Gəncə Universiteti üzrə əmr kitabları aşkar edilməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən 22 oktyabr 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 3-48- DA-4F/2-1876//4/2024 saylı məktubdan görünür ki, İddiaçı 08 sentyabr 2000-ci il tarixli 73 saylı əmrlə Nizami Gəncəvi adına Gəncə Universitetinə köçürülməsi barədə sorğuya cavab olaraq bildirilir ki, Nizami Gəncəvi adına Gəncə Universitetinin arxiv sənədləri filiala təhvil verilməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Gəncə şəhər Statistika idarəsi tərəfindən 24 sentyabr 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 3-34-23/2-177/2024 saylı məktubdan görünür ki, Gəncə şəhəri üzrə statistik vahidlərin Dövlət Reyestrində Gəncə X1 adına Gəncə Universitetinə dair məlumat mövcud deyildir. Nizami Gəncəvi adına Gəncə Universiteti 26 iyun 1996-cı il tarixindən 03 avqust 2001-ci il tarixədək Gəncə şəhəri üzrə statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. İş materiallarında olan: Rusiya Federasiyasının İdarəetmə və Biznes İnstitutunun 08 sentyabr 2000-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, maliyyə-iqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi İddiaçı Nizami adına Gəncə Universitetinə köçürülməsi əmr edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, İddiaçı 08 sentyabr 2000-ci il tarixdə Rusiya Federasiyasının İdarəetmə və X2 filialından Nizami adına Gəncə Elm və Təhsil Mərkəzinə köçürülməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamaqla qiymətləndirərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hal-hazırda “Maraqlı şəxs2” X6 arxivində saxlanılan, ərizəçi İddiaçı Rusiya Federasiyasının İdarəetmə və X2 filialından Nizami adına Gəncə Elm və Təhsil Mərkəzinə köçürülməsi barədə 08 sentyabr 2001-ci il tarixli 73 nömrəli əmr olaraq tərtib edilmiş mətndə “2001-ci il” tarixinin əslində “2000-ci il” tarixi olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Hal-hazırda “Maraqlı şəxs2” X6 arxivində saxlanılan, ərizəçi İddiaçı Rusiya Federasiyasının İdarəetmə və X2 filialından Nizami adına Gəncə Elm və Təhsil Mərkəzinə köçürülməsi barədə 08 sentyabr 2001-ci il tarixli 73 nömrəli əmr olaraq tərtib edilmiş mətndə “2001-ci il” tarixinin əslində “2000-ci il” tarixi olması faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar